Month: December 2023

  • Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib

    Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Şöbəsinə (PŞ) daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

    Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.

    Faktla bağlı 28-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

    Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal RPİ 28-ci PŞ-yə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib. Silah-sursat həmin şəxsdən götürülüb.

    Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

  • Külək güclənəcək, qar yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

    Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

  • Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Малайзии в Азербайджане

    4 декабря Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Малайзии в нашей стране Ахмада Камризамиля Бин Мохда Рзы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Geomaqnit qasırğası gözlənilir

    Geomaqnit sahəsinin aktivliyi bir dekabrda proqnozlaşdırıldığı kimi G3 (güclü) geomaqnit qasırğasınadək yüksəlib. Hazırda Kp indeksi ikiyə bərabərdir.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Proqnoz günlərində (4-11 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

    Enerjisi 2 MeV-dən çox olan elektron selinin 4-6 dekabrda tac dəliyindən yüksək sürətli axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

    Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliyindən yüksək sürətli axınların təsiri ilə 700km/san-dək artacağı və tac kütlə atılmalarınını (TKA) da əlavə təsiri gözlənilir.

    Geomaqnit sahəsi-tac dəliyindən yüksək sürətli axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah isə TKA-nın təsiri ilə G1 (zəif) geomaqnit qasırğası gözlənilir.

  • “İnstagram”dan yeni funksiya: Hekayələr 7 gün ərzində silinməyəcək

    “Mənim həftəm” funksiyası sayəsində Instagram istifadəçilərə hekayələrinə 24 saat deyil, 7 gün baxmaq imkanı verəcək.

    “İnstagram” sosial media platforması “Hekayələr” funksiyasının nümayiş vaxtını uzadacaq yeni funksiya üzərində işləyir.

    Bu xüsusiyyət ilə istifadəçilərin platformadakı hekayələrinə 24 saat deyil, 7 gün baxmaq olar. Digər tərəfdən, istifadəçilər istədikləri zaman hekayələrini silə biləcəklər.

    “Mənim Həftəm” adlanan bu funksiyanın istifadəçilərə nə vaxt çatacağı hələlik məlum deyil.

    “İnstagram”ın belə bir funksiya üzərində çalışdığı və tezliklə istifadəçilərə təqdim etməyi hədəflədiyi qeyd edilib.
    //azxeber.com

  • “Mənə yazığınız gəlsin” – Erməni diversant

    Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

    Hakim təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan hüquqlarını izah edib, dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edildiyini bildirib. İş üzrə dövlət itthamının müdafiəsi prokuror Müşfiq Rəhimova həvalə edilib.

  • DİN kibertalama və kiberdələduzluqla bağlı növbəti müraciət edib – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

    DİN-in məlumatında bildirilib ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

    “Özünüzü dələduzlardan qoruyun. Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir. DİN vətəndaşları ayıq-sayıq olub bu kimi detallara diqqət etməyə çağırır”, deyə DİN vurğulayıb.

  • Ermənistan təzminat ödəməlidir

    “Ermənistan bizə təzminat ödəməlidir”.

    APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

    “Beynəlxalq məhkəmələr bizə dəstək göstərməlidir. Ermənistan törətdiyi terrora görə təzminat ödəməlidir”.

  • Мировые цены на золото обновили рекорд

    Мировые цены на золото обновили рекорд – стоимость унции на нью-йоркской бирже Comex утром 4 декабря составила 2 100 долларов.

    Цена декабрьского фьючерса на золото на нью-йоркской бирже Comex выросла на 17,7 доллара, или на 0,85%, до 2 107,15 доллара за тройскую унцию.

    Декабрьский фьючерс на серебро подорожал на 0,1%, до 25,32 доллара за унцию.

    Источник: ura.ru