Month: December 2023

  • “Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular​ – VİDEO

    “Düşən pullar” intellektual müsabiqəsində maraqlı anlar yaşanıb.

    AzTV-nin məşhur müsabiqə proqramına qonaq olan “Parni iz Baku” KVN komandasının üzvü, aktyorlar Emil Abbasov və Azər Məmmədzadə 100 min manat uğrunda mübarizə aparıblar.​

    Aktyorlar səkkiz mərhələdən ibarət olan yarışın üç mərhələsini uğurla başa vurublar.

    Qonaqlar dördüncü mərhələdə astronomiya ilə bağlı suala cavab verməkdə çətinlik çəkiblər.

    Onlar bu mərhələdə nə az, nə çox, əllərində olan 47 500 manatı itiriblər.​

    Həmin görüntüləri təqdim edirik:

  • В бакинском метро возникло столпотворение – ФОТО

    В бакинском метро возникло столпотворение.

    Как сообщает Median.Az, данная ситуация наблюдалась на входе на станцию “Ичеришехер”.

    Так, из-за большого числа людей перед станцией образовалась длинная очередь.

  • Bakı metrosunda sıxlıq yarandı – FOTO

    Bakı metrosunun “İçərişəhər” stansiyasının girişində sıxlıq yaranıb.

    Median.Az xəbər verir ki, sıxlıq səbəbindən metrostansiyaya qarşısında izdiham yaşanıb.

    Buna görə də, insanlar metroya giriş etməkdə müəyyən çətinliklərlə üzləşiblər.

  • В Украине погиб российский генерал-майор

    Заместитель командующего 14-м армейским корпусом Северного флота России генерал-майор Владимир Завадский погиб в зоне боевых действий в Украине.

    Об этом написал в своем Telegram-канале губернатор Воронежской области Александр Гусев.

    Отмечается, что до августа 2021 года В.Завадский командовал 4-й гвардейской Кантемировской Краснознаменной танковой дивизией.

    Источник: ТАСС

  • Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu

    Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynadakı müharibə əməliyyatları zamanı həlak olub.

    Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında paylaşım edib.

    “Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski müharibə zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, Voronej vilayətinin sakinlərinin xüsusi rəğbətini qazanmış Qırmızı Bayraqlı 4-cü Qvardiya Kantemirov Tank Diviziyasına komandirlik edib”, – deyə o, paylaşımda qeyd edib.

    Qusev, həmçinin Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib.

  • Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub

    Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.

    Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib.

    “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır”, – məlumatda vurğulanıb.

  • Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

    Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Ağdaş rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngi polis şöbəsinin əməkdaşları tərəfindən təhvil götürülüb.

    Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu istiqamətdə zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

  • Xidmət direktoru: “Muxtar respublikada epidemioloji vəziyyət stabildir”

    “Muxtar respublikada epidemioloji vəziyyət stabildir”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin direktoru Pəri Əliyeva jurnalistlərə müsahibəsində deyib.

    O qeyd edib ki, muxtar respublikada fəaliiyət göstərən ümumtəhsil müəssilərəində dövrü dezinfeksiya işlərinə başlanılıb: “Naxçıvan şəhərində yerləşən bütün ümumtəhsil məktəblərinin hər birində dezinfeksiya işləri aparılıb və sona çatdırılıb. Rayon ümumtəhsil məktəblərində isə rayon gigiyena və epidemiolojiya mərkəzləri tərəfindən aparılmaqdadır. Məktəbəqədər təhsil müəssisələrinin isə bir qismi dezinfeksiya olunmuş, bir qisminin isə həftəsonu dezinfeksiya olunması nəzərdə tutulub. Bu da bağçalarda uşaqların çoxluğu ilə əlaqədardır”.

    Xidmət direktoru onu da bildirib ki, muxtar respublikada immunizasiya yaxşı aparıldığından burda epidemioloji cəhətdən stabillik nəzərə çarpır:

    “Peyvənddən imtina halları bizdə demək olar ki, yox dərəcəsindədir. Ona görə, də bu gün Naxçıvanda geniş yayılmış yoluxma hallarına rast gəlmirik”.

  • ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb

    İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr – 03 noyabr) məlumatında deyilir.

    Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

  • AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb

    Bu ilin ötən dövrü ərzində 16 ölkənin müraciəti əsasında 272 xarici müəssisədə qiymətləndirmə aparılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) yayıb.

    Qiymətləndirmənin nəticələrinə əsasən, həmin obyektlərdən 214-ü təsdiq, 20-si isə şərti təsdiq olunaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Uyğunsuzluqlar aşkarlandığı üçün İran İslam Respublikasında fəaliyyət göstərən “Yazd Moein Dam Industrial Slaughterhouse Complex” və “Edalat Dam”, həmçinin Monqolustan Respublikasına məxsus “Choibalsan Group” və Pakistan Respublikasında fəaliyyət göstərən “Snow King Frozen Foods” müəssisələrinin təsdiqindən imtina olunub.

    Qiymətləndirmə aparılmış 34 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.

    Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən təsdiqlənməlidir. Bununla bağlı qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər.

    2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün AQTA-ya müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksəkriskli qida və yem məhsullarının idxalına isə məhdudiyyət tətbiq olunacaq. Bununla da, həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan məhsulların respublikamıza idxal edilməsi mümkün olmayacaq.

    Ona görə də, istehsal etdikləri qida və yem məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün obyektlər tərəfindən qeydiyyat və təsdiq üçün vaxtında müraciət edilməlidir.