Month: December 2023

  • Dünya bazarında qızılın qiyməti artıb

    Dünya bazarında qızılın qiyməti təxminən bir faiz artaraq tarixdə ilk dəfə 1 unsiyası 2 100 ABŞ dollarını keçib.

    Məlumata görə, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr füçersləri 17,7 ABŞ dolları və yaxud 0,85% bahalaşaraq 1 unsiyası 2 107,15 ABŞ dolları olub.

    Gümüşün dekabr füçerslərinin qiyməti isə 0,1% artaraq 1 unsiyası 25,32 ABŞ dolları təşkil edib.

    Mənbə: Ura.ru

  • “Location” klubundakı partlayışda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər

    “Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 6-na təyin edilib.

    Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan başqa, digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin aprelində Səbail rayonunda qeydə alınıb.

    Belə ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

    Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

    Partlayış nəticəsində bir nəfər – gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Fərqanə Fərhad qızı Eynullayeva xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

    İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

    Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

    Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.

    Cinayət işi üzrə 53 zərərçəkmiş var. Zərərçəkmişlərin siyahısında qalmaqallı bloqer, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürovanın da adı yer alıb. O, həmin partlayışda ağır xəsarət alıb. Belə ki, onun saçları, əlləri, üzü, ayaqları yanıb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Январские фьючерсы на марку WTI подешевели на 0,68% – до 73,57 доллара за баррель, февральские на Brent – на 0,77%, до 78,27 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin yanvar füçersləri 0,68% ucuzlaşaraq, bir barelinin qiyməti 73,57 ABŞ dolları olub.

    “Brent” markalı neftin fevral füçersləri 0,77% ucuzlaşaraq, bir barelinin qiyməti 78,27 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Самухе мужчину и его племянника задержали по подозрению в краже – ФОТО

    В Самухском районе два человека задержаны по подозрению в совершении кражи.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД, в местный отдел полиции поступила информация о краже в одном из частных жилых домов в селе Колайыр.

    На место происшествия незамедлительно выехала оперативная группа. В ходе предварительного расследования было установлено, что неизвестные незаконным путем проникли в квартиру и украли оттуда различные предметы домашнего обихода на общую сумму 3 500 манатов.

    В результате оперативно-разыскных мероприятий был задержан подозреваемый в совершении преступления, ранее судимый Ровшан Магеррамов. В ходе следственно-оперативных мероприятий, проведенных в отношении подозреваемого, выяснилось, что преступление он совершил вместе со своим племянником Сарханом Балакишиевым. Последний также задержан.

    По данному факту проводится расследование.


  • Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıblar – FOTO

    Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb və məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla mənzilə daxil olaraq oradan ümumi dəyəri 3 500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb.

    Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cinayəti bacısı oğlu Sərxan Balakişiyevlə birlikdə törətməsi də məlum olub.

    Polis əməkdaşları S.Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil veriblər.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


  • В Британии установят радар для слежения за объектами в космосе

    Комплекс армейских казарм в Уэльсе был определен как площадка для установки новой глобальной радиолокационной системы Великобритании для обнаружения, отслеживания и идентификации объектов в глубоком космосе.

    Согласно информации, программа Deep Space Advanced Radar (DARC) предполагает установку трех наземных радаров в Великобритании, Австралии и США. Они могут идентифицировать объекты на расстоянии 35 000 км от Земли.

    Предпочтительным местом были названы казармы Кавдор в Пембрукшире (Уэльс), где в настоящее время находится полк связи британской армии, который должен быть перебазирован в 2028 году.

    Решение было объявлено по результатам переговоров глав военных ведомств США, Великобритании и Австралии в американской Калифорнии в рамках военного союза AUKUS.

    Источник: rossaprimavera.ru

  • Böyük Britaniyada kosmosdakı obyektləri izləmək üçün radar quraşdırılacaq

    Uelsdəki ordu kazarma kompleksi dərin kosmosdakı obyektləri aşkar etmək, izləmək və müəyyən etmək üçün Böyük Britaniyanın yeni qlobal radar sisteminin yeri kimi müəyyən edilib.

    “Deep Space Advanced Radar” proqramı və ya “DARC” proqramı Böyük Britaniya, Avstraliya və ABŞ-də üç yerüstü radarın quraşdırılmasını nəzərdə tutur.

    Onlar Yerdən 35 min kilometr məsafədə olan obyektləri müəyyən edə bilirlər.

    Bunun üçün uyğun olan yer kimi hazırda Britaniya ordusunun rabitə blokunun yerləşdiyi və 2028-ci ildə köçürülməli olduğu Uelsin Pembrukşir bölgəsindəki “Kavdor” kazarması qeyd olunub.

    Qərar AUKUS hərbi ittifaqı çərçivəsində Kaliforniyada Böyük Britaniya və ABŞ müdafiə nazirləri ilə Avstraliya baş nazirinin müavini və müdafiə naziri arasında aparılan danışıqlardan sonra elan edilib.

    Mənbə: rossaprimavera.ru

  • Россиянка отдала ведьме золотые украшения на более чем 20 000 долларов за снятие порчи

    Жительница российского Омска отдала свои золотые украшения для снятия порчи.

    Согласно информации, представившаяся ведьмой женщина по имени Розанна связалась с 40-летней омичкой в Instagram и рассказала, что на нее наложили порчу. Та поверила и спросила, что нужно делать. Колдунья потребовала выслать ей все золото, так как это “негативный металл”, который, по ее словам, мешает чистить ауру.

    Таким образом, омичка выслала Розанне по почте в Подмосковье драгоценностей на 2,1 млн рублей (около 23 000 долларов). В ответ ведьма сообщила, что аура чиста, после чего потерпевшая наконец раскусила обман и потребовала вернуть золото. Ворожея прислала обратно небольшую часть драгоценностей, а остальное обещала вернуть за 430 000 рублей (4 700 долларов).

    Жительница Омска пошла в полицию, однако там ей отказали в открытии дела, не увидев в случившемся состава преступления.

    Источник: Telegram-канал Shot

  • Rusiyalı qadın falçıya altı kiloqram qızıl verdi

    Omsk sakini cadunu aradan qaldırmaq üçün özünü cadugər kimi təqdim edən qadına 6 kiloqram qızıl-zinət əşyasını verib.

    Məlumata görə, Rosanna adlı falçı “Instagram”da 40 yaşlı qadınla əlaqə saxlayıb və xanıma onun tilsimləndiyini bildirib.

    Omsklu qadın isə buna inanıb və nə etmək lazım olduğunu soruşub. Falçı evdəki bütün qızılların ona göndərilməsini tələb edib. O bildirib ki, qızıl auranın təmizlənməsinə mane olan “mənfi metal”dir.

    Omsk sakini evindəki bütün qızıl-zinət əşyalarını poçtla Moskva vilayətindəki Rozannaya göndərib. Falçı bir müddət sonra auranın təmizləndiyini dedikdə, zərərçəkən qızılın qaytarılmasını tələb edib. Rosanna 1 kiloqram qızılı geri göndərib, qalanını isə pul qarşılığında qaytaracağına söz verib.

    Qadın polisə müraciət edib, lakin polis hadisədə heç bir cinayət tərkibi görmədiyi üçün iş açmaqdan imtina edib.

    Mənbə: Gazeta.ru