Month: December 2023

  • Masallıda meşəlik ərazidən “Kalaşnikov” avtomatı aşkarlanıb

    Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AK-74” markalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

  • Число заявок на пособие по безработице в США выросло

    Число американцев, впервые обратившихся за пособием по безработице, на прошлой неделе увеличилось на 12 тыс. – до 218 тыс. человек.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом говорится в отчете Министерства труда США.

    Согласно пересмотренным данным, неделей ранее этот показатель составил 206 тыс., а не 205 тыс. человек, как сообщалось прежде. Аналитики в среднем ожидали роста до 210 тыс. с объявленного ранее уровня предыдущей недели.

    Среднее число заявок на пособие по безработице в стране за последние четыре недели, менее волатильный показатель, снизилось до 212 тыс. с пересмотренных 212,25 тыс. неделей ранее.

    Количество продолжающих получать пособие американцев за неделю, завершившуюся 16 декабря, увеличилось до 1,875 млн по сравнению с пересмотренными 1,861 млн человека неделей ранее.

    Эксперты также в среднем ожидали его роста до 1,875 млн, но с объявленного ранее уровня предыдущей недели в 1,865 млн человека.

  • ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı artır

    İlk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı keçən həftə 12 min artaraq 218 min nəfərə çatıb.

    Median.Az
     “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında deyilir.

    Yenidən işlənmiş məlumatlara görə, bir həftə əvvəl bu rəqəm daha əvvəl bildirildiyi kimi 205 min deyil, 206 min olub. Analitiklər öncəki həftənin daha əvvəl elan edilmiş səviyyəsindən orta hesabla 210 minə qədər artım gözləyirdi.

    Daha az dəyişkən göstərici olan ölkədə son dörd həftə ərzində işsizlik müavinəti üçün müraciət edənlərin orta sayı bir həftə əvvəl hesablanmış 212,25 mindən 212 minə düşüb.

    Dekabrın 16-da sona çatan həftə üçün hələ də müavinət alan amerikalıların sayı 1,875 milyon nəfərə yüksəlib.

  • Sahil Babayev: “Beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib”

    Son beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib, dəstək verilib.

    Median.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

    Nazir bildirib ki, onların 478 min nəfəri münasib işlə təmin olunub, 76 min ailə üçün özünüməşğulluq proqramları yaradılıb:

    “Bu proqramlar çərçivəsində onlar mikro və kiçik biznes qurmaq üçün imkanları təmin olunub. 598 min nəfərə peşəyönümlü xidmət, 22 min nəfərin peşə hazırlığı təmin edilib, 131 min nəfər ödənişli ictimai işlərə cəlb olunub. Eyni zamanda nisbətən yeni proqram olan, təqribən 3 min nəfəri əhatə edən əməkhaqqının birgə maliyyələşməsi proqramına başlamışıq”.

  • YAP Mərkəzi Aparatının və yerli təşkilatlarının 2024-cü il üçün gəlir-xərc smetaları təsdiqlənib

    Dekabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

    Median.Az xəbər verir ki, partiyanın şəhər və rayon təşkilatlarının sədrləri iclasda onlayn formatda iştirak ediblər.

    YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

    YAP Mərkəzi Aparatının rəhbəri prezident seçkiləri ilə bağlı partiyanın İdarə Heyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq qarşıda duran vəzifələrə toxunaraq gündəlikdə duran məsələləri elan edib.

    İclasda ilk olaraq seçkilərlə əlaqədar bir sıra məsələlərə baxılıb.

    YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev isə MSK-nın iclaslarını müşahidə edəcək şəxs təyin edilib. Bundan əlavə, səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.

    Sonra iclasda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının icrasının yekunlarına dair hesabat müzakirəyə çıxarılıb. Bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəli olub, nəzərdə tutulan bütün tədbirlərin icrası təmin edilib. İdarə Heyətinin üzvləri müzakirələrdən sonra hesabatı təsdiqləyiblər.

    Daha sonra iclasda YAP Mərkəzi Aparatının və yerli təşkilatlarının 2024-cü il üçün gəlir-xərc smetaları təsdiq olunub. Eyni zamanda, partiyanın Qobustan, Lerik, Yardımlı, Xızı, Daşkəsən, Xocalı, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Xocavənd təşkilatlarının aparatlarına 2024-cü il üçün təsdiq edilmiş gəlir-xərc smetaları üzrə yaranmış mənfi fərqin qarşılanması məqsədilə dotasiyaların ayrılması və Yeni Azərbaycan Partiyasının cari fəaliyyəti ilə bağlı digər məsələlərə də baxılıb. Müzakirələr zamanı YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Elmar Qasımov, Elşad Mirbəşiroğlu və Mübariz Qurbanlı məsələlərə münasibət bildirib, müvafiq qərarlar qəbul olunub.

    İclasa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin üzvlərini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.//report.az

  • YAP Prezident seçkilərində məntəqələrdə müşahidə aparacaq şəxslərini müəyyənləşdirib

    Yeni Azərbaycan Partiyası (YAP) Prezident seçkilərində müşahidə aparacaq şəxslərini müəyyənləşdirib.

    “Report”un xəbərinə görə, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

    Belə ki, iclasda səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.

    Qeyd edək ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.

  • В регионах выпал снег, высота волн на Каспии достигала 5,2 м – ФАКТИЧЕСКАЯ ПОГОДА + ОБНОВЛЕНО

    По состоянию на 15:00 28 декабря, на территории Азербайджана сохраняется нестабильная погода, дует сильный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Максимальная скорость северо-западного ветра в Баку и на Абшеронском полуострове достигла 30 м/с, в высокогорье Загатальского района (Алибей) – 40м/с, Шеки – 25 м/с, 22 м/с, Исмайыллы, Агдаме – 22м/с, Гейчае – 21м/с, Агстафе – 20 м/с, Мингячевире – 19 м/с, Барде, Джейранчеле – 18 м/с, Ширване – 17 м/с, Тертере – 16 м/с, Загатале, Габале – 15 м/с.

    По данным станции “Нефтяные камни”, высота волн на Каспии достигала 5,2 м.

    В настоящее время в Шабране идет дождь, а в Алтыагадже, Габале, Халтане, Шахдаге, Грызе, Гусаре, Губе, Шеки, Гахе (Сарыбаше) – снег.

    Температура воздуха в Баку и на Абшеронском полуострове составила до 10, в Нахчыванской Автономной Республике – 7-12, низменных районах – 14-18, в горных районах – 0-5 градусов тепла, в высокогорье – до 7 градусов мороза.

  • Neft Daşlarında dalğanın hündürlüyü 5,5 metrə çatıb – FAKTİKİ HAVA + YENİLƏNİB

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub.

    Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib.

    Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,5 metrə çatıb.

    Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada yağış, Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

    Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

  • Göyçayda pirotexniki vasitələr satan şəxslər barəsində tədbir görülüb

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Çərəkə və Kürd kəndlərində yerləşən mağazalarda gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

    Polis əməkdaşları tərəfindən həmin mağazalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək

    Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlilər və iqtisadi modellərdə süni intellektin (Aİ) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

    Median.Az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

    “Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək”, – deyə Bəyanatda qeyd olunub.