Month: December 2023

  • Ağdamda nəhəng mərkəzi park salınacaq

    Yenidən qurulan Ağdam şəhərinə köçürüləcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün addımlar atılır.

    APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yeni salınan yaşayış kompleksləri ilə yanaşı, Ağdam şəhərində beş hektar ərazidə mərkəzi park salınacaq. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya – Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq:

    “Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi Parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı, şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də ən gözəl məkanlardan biri olacaq”.

  • Dövlət sərhədində İran vətəndaşları saxlanılıblar, səkkiz kq narkotik götürülüb

    Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfərin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1968-ci il təvəllüdlü Qulamrza Qaçaq oğlu Cəmşidi və 1988-ci il təvəllüdlü Siyamək Səmədulla oğlu Yusifzadə – olduğu müəyyən edilib.

    Saxlanılan şəxslərin üzərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və güclü təsiredici vasitə hesab edilən “Metadon M-40” həbləri aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

    Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Zati-aliləri, hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram.

    Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən cəmiyyətdə və idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Sizin uzaqgörən liderliyiniz və ölkənizin davamlı inkişafına sadiqliyiniz həqiqətən də ilhamverici və nümunəvidir. Qoy Sizin siyasətiniz və müdrikliyiniz ölkənizi daha böyük inkişafa doğru aparsın və həyatın bütün sahələrində parlaq gələcəyi təmin etsin!

    Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Doğum gününüz mübarək!”

  • По случаю Дня солидарности азербайджанцев мира и Нового года будет организован фейерверк

    В Баку 1 января в 00:00 по случаю Дня солидарности азербайджанцев мира и Нового года будет организован праздничный фейерверк.

    Как сообщает Report, уже начались подготовительные работы возле часовой вышки на территории Приморского национального парка.

  • Bakıda Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq olacaq

    Yanvarın 1-də saat 00:00-da Bakıda 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək.

    “Report” xəbər verir ki, artıq Dənizkənarı Milli Parkın ərazisində Saat qülləsinin yaxınlığında hazırlıq işlərinə başlanılıb.

  • “Nikosayağı” adı ilə tanınan bloqerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərildi

    Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

    İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

    Hadisə ilə bağlı cinayət işi açılıb.
    //oxu.az

  • Неприятный сюрприз от Солнца: планету накроет мощная магнитная буря

    Целая серия вспышек на Солнце приведет к тому, что очередная магнитная буря произойдет раньше, чем это ожидалось.

    Впору уже сбиться со счета, но последние месяцы возросшая активность Солнца провоцирует все новые и новые магнитные бури на Земле, чреватые разными неприятностями. В ночь на 26 декабря на нашей звезде произошло множество вспышек, а потому уже сегодня мы ощутим на себе их последствия.

    А ведь совсем недавно, 19 декабря, мощнейшая магнитная буря уже обрушивалась на Землю. Тогда СМИ со ссылкой на прогнозы специалистов сообщили, что очередных неприятностей, причем не слишком больших, можно ждать только 31 декабря и 1 января. По обновленным же данным российской Лаборатории солнечной астрономии ИКИ и ИСЗФ, конец года и вовсе будет относительно спокойным. Так что сегодняшнее сообщение можно считать полной неожиданностью.

    Все это говорит о том, что расслабляться не следует, поскольку дальше, по всей вероятности, будет еще хуже. Эксперты прогнозируют, что в будущем году могут произойти настолько мощные вспышки, что возможно даже массовое отключение интернета по всей планете. А все потому, что в 2024 году наступит пик 11-летнего цикла солнечной активности.

    В среднем магнитные бури длятся от 2 до 5 дней. В это время у метеозависимых людей могут наблюдаться головокружения, обострения хронических болезней, боли в суставах и скачки давления. Сильная же магнитная буря (больше 4 баллов по Kp-индексу) может спровоцировать даже нарушения в работе сердечно-сосудистой системы и привести к инсультам и инфарктам.

    Специалисты рекомендуют избегать повышенных нагрузок, по возможности не ходить на работу, пить больше воды, сохранять спокойствие, питаться полезными продуктами и, разумеется, не курить и не пить алкогольных напитков. Правда, последняя рекомендация в предновогодние дни многим покажется нелепой.

    Источник: newizv.ru

  • Bu gün Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək

    Bir sıra günəş partlayışları gözləniləndən daha tez baş verən növbəti maqnit qasırğasına səbəb olacaq.

    Son aylarda Günəşin artan aktivliyinə görə Yer kürəsində getdikcə daha çox maqnit qasırğaları olur. Dekabrın 26-na keçən gecə ulduzumuzda çoxlu partlayış baş verib və buna görə də bu gün onların nəticələrini hiss edəcəyik.

    Mütəxəssislər əlavə stresdən qaçmağı, lazım olmadıqca küçəyə çıxmamağı, daha çox su içməyi, sakit olmağı, sağlam qidalar yeməyi və təbii ki, siqaret çəkməməyi, spirtli içkilər içməməyi tövsiyə edirlər.

    Mənbə: newizv.ru

  • Prezident dövlət agentliyinə 1,2 milyon manat ayırdı

    Prezident İlham Əliyev Quba rayonunun Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Səbaildə avtomobil yolları əsaslı təmir olunacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.