Month: December 2023

  • Jurnalist Şamo Emin həbs edildi

    Jurnalist Şamo Emin həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

    Məhkəmənin qərarı ilə Ş.Emin haqda 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edirdi. Bundan əvvəl kanalın rəhbəri Əziz Orucov da eyni ittihamla həbs edilib.

  • Yararlı olduğu halda hərbi xidmətdən yayınan şəxslərin DİQQƏTİNƏ: “Müvafiq tədbirlər gücləndirilir”

    “Çağırış yaşına çatan hər bir vətəndaş hərbi xidmət keçməlidir. Düşünürəm ki, bu, hər bir azərbaycanlı vətəndaşın şərəf borcudur”.

    Bunu Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev qurumun “Instagram” səhifəsindəki canlı yayımında çıxışı zamanı deyib.

    O bildirib ki, hərbi xidmətə yararlı olduğu halda Vətənə borcunu yerinə yetirməkdən boyun qaçırmış şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır:

    “Qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 321-ci maddəsində çağırış yaşına çatan şəxslərin çağırışdan boyun qaçırması, eləcə də səfərbərlikdən yayınması ilə bağlı məqamlar qanunla tənzimlənir. Belə ki, CM-in həmin maddəsi əsasında, tibbi müayinədən keçərək hərbi xidmətə yararlı olması sübuta yetirildiyi halda xidmətdən yayınan şəxslər buna görə məsuliyyət daşıyırlar. Onların barəsində müvafiq tədbirlər görüləcək.

    Belə ki, 2023-cü ilin sentyabr ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) eləcə də ərazi üzrə prokurorluqlarla birlikdə hərbi xidmətdən boyun qaçırmış şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə tədbirlər gücləndiriləcək”.
    //oxu.az

  • Talassemiyalı xəstələrinin valideynlərinə 900 min manatlıq dələduzluq edən qadın həbs edilib

    Talassemiya xəstələrin valideynlərinə 980 min manatdan çox dələduzluq edən qadın həbs edilib.

    Bunu Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki canlı yayımda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

    O bildirib ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı bu ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub:

    “Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talasimiya xəstəsəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.

  • Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb

    Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.

    “Report”un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

    Həmin vəzifəyə hələlik təyinat olmayıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

    Xatırladaq ki, üç həftə əvvəl yeni nazir Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyevi də vəzifəsindən kənarlaşdırıb.

  • Gömrük tarifi ilə bağlı qanunda dəyişikliklər edildi

    “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə 20.0-cı maddə üzrə aşağıdakı məzmunda 20.0.4-1-ci maddə əlavə edilir:

    “20.0.4-1. qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən malların idxalı”.

    Bundan başqa, 20.0.24 – 20.0.28-ci maddələr əlavə edilir:

    “20.0.24. neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar;

    20.0.25. Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

    20.0.26. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl;

    20.0.27. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

    20.0.28. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələrin idxalı”.

    Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • Bakıda atalarını söyən şəxsi öldürərək yandıran qardaşlardan xəbər var

    Bakıda qətl və quldurluqda təqsirləndirilən Xəyal və Tuqay Bayramovların barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum olunublar. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

    Qeyd edək ki, hadisə 2019-cu il noyabrın 23-də Bakının Nərimanov rayonu ərazisində baş verib. Gəncə şəhər sakinləri 1986-cı il təvəllüdlü Tuqay Bayramov və 1991-ci il təvəllüdlü Xəyal Bayramov Naxçıvan şəhər sakini, 1964-cü il təvəllüdlü Adəm Abdullayevi amansızlıqla qətlə yetiriblər.

    Cinayət hadisəsini törətmək üçün qabaqcadan əlbir olan qardaşlar niyyətlərini həyata keçirmək üçün mətbəx bıçağı və dəmir parçası ilə silahlanıblar. Ceyhun Hacıbəyli küçəsi, 9 ünvanının qarşısında əvvəl küt alətlə, sonra isə bıçaqla Adəm Abdullayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra cibindən mobil telefon, içərisində 1 000 manat pul və bank kartları olan pul qabını götürüblər. A.Abdullayevi Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi 1 ünvanındakı boş əraziyə gətirərək, daha iki zərbə vuraraq ölməsinə tam əmin olduqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədi ilə neft məhsulunu meyitin üzərinə töküb yandırıblar.

    Təqsirləndirilən Tuqay Abbasov ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl aralarında yaranan mübahisə zamanı Adəm onu təhqir edib. O, qardaşı Xəyala “bir nəfər var, atamızı söyüb, onu cəzalandırmaq lazımdır” deyib və cinayət hadisəsini həyata keçiriblər.

    Məhkəmə, Tuqay Bayramov və Xəyal Bayramovun Cinayət Məcəlləsinin 120.2.1-ci,120. 2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.

  • В метро будут организованы праздничные программы для пассажиров

    ЗАО “Бакинский метрополитен” организует для жителей и гостей столицы праздничные программы по случаю Дня солидарности азербайджанцев мира и Нового года.

    По информации, предоставленной структурой, местом проведения основных мероприятий станет ближайшая к центру города станция “Ичеришехер”.

    28 декабря на ней будут выставлены ретро-вагоны, украшенные новогодней атрибутикой. В тот же день на перроне станции откроется выставка, посвященная новогодним традициям и героям народов мира.

    В 11:30 29-30 декабря Дед Мороз и Снегурочка придут на встречу с маленькими пассажирами. В шоу с насыщенной программой, которая продлится более двух часов, свое мастерство продемонстрируют различные сказочные персонажи и цирковые артисты.

    В ходе мероприятия, следуя еще одной традиции метрополитена, веселый и остроумный Бахрам Багирзаде проведет автограф-сессию для детей.

    30-31 декабря на четырех станциях бакинской “подземки” будут организованы концертные программы, состоящие из двух частей. Шоу начнется в 10:30 на станции “Ичеришехер”, а затем продолжится на станциях “Сахиль”, “28 Мая”, “Элмляр Академиясы”. Каждая часть концертной программы будет длиться по 45 минут и передаваться следующим станциям как эстафета до 15:00.

  • Metropolitendə sərnişinlər üçün bayram proqramları təşkil ediləcək

    “Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə bayram proqramları təşkil edəcək.

    Qurumdan verilən məlumata görə, Yeni ilin əsas tədbirlərinin məkanı şəhər mərkəzinə ən yaxın yerləşən “İçərişəhər” stansiyası olacaq.

    Dekabrın 28-də burada qış nağıllarının rəmzlərinə uyğun bəzədilmiş retro vaqonlardan ibarət qatarın nümayişinə başlanacaq. Həmin gün qatarların ətrafında dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi də başlanacaq.

    Dekabrın 29-30-da saat 11:30-dan isə stansiyada Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gələcəklər. İki saatdan artıq davam edəcək zəngin proqramlı şouda müxtəlif nağıl personajları və sirk ustaları da məharətini göstərəcək.

    Tədbirin gedişində metropolitenin daha bir ənənəsinə uyğun olaraq şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirəcək.

    Dekabrın 30-31-i milli həmrəyliyimizi və Yeni ili səciyyələndirən musiqi parçalarının da yer alacağı konsert proqramları 4 stansiyada təşkil olunacaq. “İçərişəhər” stansiyasında saat 10:30-da başlanacaq iki hissədən ibarət proqram daha sonra “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında davam etdiriləcək. Konsert proqramının hər hissəsi hər biri 45 dəqiqə davam edəcək və növbə ilə 15:00-a qədər estafet növbəti stansiyalara veriləcək.

  • Почему интерес к автомобилям местного производства невелик?

    Согласно последнему отчету Госкомстата, за 11 месяцев текущего года выпущено 3 079 единиц легковых автомобилей, что на 1 267 единиц больше по сравнению с соответствующим периодом прошлого года.

    К 1 декабря количество готовых автомобилей составило 859 единиц.

    Почему же автомобили отечественного производства остаются на складах?

    Отвечая на вопросы Bizim.Media по данной теме, экономист-эксперт Фуад Ибрагимов связал это с увеличением производства электромобилей.

    “Мир переходит к ускоренному производству электромобилей. За последние два месяца количество таких автомобилей в Азербайджане выросло примерно на 10%. Большинство из них экспортируется из Китая. Кроме того, они освобождены от таможенных пошлин. В каждом вопросе есть нюанс конкурентоустойчивости”, – сказал он.

    По словам эксперта, хотя автомобили местного производства носят марку “Сделано в Азербайджане”, по сути это не совсем так.

    “Определенные детали автомобилей завозятся из-за рубежа и собираются на наших заводах. При этом эти машины не отвечают современным требованиям, они не способны конкурировать ни с электромобилями, ни с другими современными автомобилями”, – считает он.

    По мнению Ф.Ибрагимова, транспортные средства отечественного производства можно продавать в страны Ближнего Востока.

    “Либо их можно экспортировать за рубеж после модернизации в соответствии с современными стандартами”, – отметил экономист.

  • Yerli istehsal olan avtomobillərə maraq niyə AZDIR?

    Dövlət Statistika Komitəsinin son hesabatına əsasən, cari ilin 11 ayında 3 079 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1267 ədəd çox minik avtomobili istehsal olunub.

    Dekabrın 1-nə qədər hazır avtomobillərin sayı 859 ədəd olub.

    Bəs, yerli istehsal olunan avtomobillər niyə anbarlarda qalıb?

    Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov bunu elektromobil istehsalının artması ilə əlaqələndirib:

    “Dünyada elektromobil istehsalına sürətli keçid dövrünü yaşanılır. Son 2 ayda Azərbaycanda da belə avtomobillərin sayı təxminən 10 faiz artıb. Onların da çoxu Çindən gəlir. Bundan başqa, gömrük rüsumlarından azad olunublar. Hər bir məsələdə rəqabətədözümlülük nüansı var”.

    Onun sözlərinə görə, ölkəmizdə istehsal olunan avtomobillərin isə adı bizim olsa da, “dadı” bizim deyil:

    “Ona görə avtomobillərin müəyyən hissələri xarici ölkələrdən gətirilir və bizim zavodlarda yığılır. Buna görə də müasir dövrün tələblərinə cavab vermir. Eyni zamanda, həm elektromobillər, həm də digər müasir avtomobillərlə rəqabət aparmaq qabiliyyətinə malik deyil”.

    Ekspert düşünür ki, daxili istehsal olan avtomobilləri Yaxın Şərq istiqamətindəki ölkələrə satmaq olar:

    “Ya da müasir dövrün tələblərin uyğun şəkildə modernizasiya etdikdən sonra xarici ölkələrə satmaq olar”.