Month: December 2023

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Февральские фьючерсы на марку WTI подешевели на 0,21% – до 75,41 доллара за баррель, а на Brent – на 0,11%, до 80,98 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 0,21% ucuzlaşaraq, bir barelinin qiyməti 75,41 ABŞ dolları olub.

    “Brent” markalı neftin fevral füçersləri 0,11% ucuzlaşaraq, bir barelinin qiyməti 80,98 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Smartfon istifadəçilərinə PIN kodları oğurlayan virusla bağlı XƏBƏRDARLIQ

    PIN kodları və digər parolları oğurlamaq üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə edərək “Android” əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonlarda əsas ekranın kilidinin açılmasının qarşısını alan yeni növ “Chameleon” zərərli proqram təminatı (PT) yayılır.

    Bu barədə “ThreatFabric” şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssislərinin yeni hesabatına istinadən məlumat yayılıb.

    “Chameleon” “Google Chrome” brauzeri üçün quraşdırma faylı ilə yayılır. Zərərli PT-ni “Chrome”un legitim versiyasına əlavə etmək üçün dələduzlar “darknet”də məşhur olan “Zombinder” xidmətindən istifadə edirlər. “Zombinder” zərərli fraqmentləri adi proqramların koduna daxil edir və onları aşkar etməyi çətinləşdirir.

    Smartfona daxil olduqdan sonra, “Chameleon” biometrik kilidin açılması xidmətlərində xətalara gətirib çıxarır. Xəta istifadəçiləri PİN kodu daxil etməklə cihazın kilidini açmağa məcbur edir. Zərərli proqram bu kombinasiyanı qeyd edir və sonra sahibinin xəbəri olmadan smartfonun kilidini açmaq üçün ondan fon rejimində istifadə edir.

    “Chameleon” uzun müddət qeyri-aktiv vəziyyətdə ola bilər, sonra isə birdən bloku açıb bank tətbiqi vasitəsilə vəsaitlərindən istifadə edə bilər. Bundan əlavə, “Chameleon” digər xidmətlərdən parolları, eləcə də məxfi məlumatları oğurlamaq üçün istifadə olunur.

    Yeni virusdan qorunmaq üçün “Threat Fabric”in mütəxəssisləri “Google Play”də “Play Protect” funksiyasını işə salmağı və “Android” tətbiqləri üçün quraşdırma fayllarını endirməməyi tövsiyə edirlər.

    Mənbə: BleepingComputer

  • В Сумгайыте пропала 14-летняя девочка

    В Сумгайыте без вести пропала девочка-подросток.

    Как сообщает Report, 26 декабря Айлин Гусейнова (2009 г.р.), покинув здание курсов индивидуальной подготовки по школьным предметам в 9-м микрорайоне, ушла в неизвестном направлении и не вернулась домой.

    Полиция проинформирована о факте, ведется расследование.

  • Sumqayıtda 14 yaşlı qız itkin düşüb

    Sumqayıtda 14 yaşlı qız itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova dekabrın 26-da 9-cu mikrorayon ərazisində təhsil aldığı fərdi hazırlıq kursundan çıxaraq naməlum istiqamətə gedib və itkin düşüb.

    Faktla bağlı polisə məlumat verilib.

  • 2024-cü ildə dünyada ərzaq ehtiyatları azalacaq

    İxrac məhdudiyyətləri və iqlimin mənfi təsiri səbəbindən 2024-cü ildə əsas qida məhsullarının qlobal təchizatı azalacaq. Bu il Asiyanın əksər hissəsinə quraqlıq gətirən El-Ninyo hava hadisəsi düyü, buğda, palma yağı və digər məhsulların tədarükünü təhdid altına alaraq 2024-cü ilin birinci yarısına qədər davam edəcəyi proqnozlaşdırılır.

    Bunu “IKON Commodities” kənd təsərrüfatı broker şirkətinin konsultasiya xidmətləri üzrə direktoru Ole Hou bildirib.

    O əlavə edib ki, Çin böyük həcmdə buğda və qarğıdalı almaqla “bazarı təəccübləndirir”.

    2023-cü ildə düyü qiymətləri artıq Hindistandakı quraqlıq səbəbindən 40-45 faiz artaraq son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Hindistanda gələn il də quraqlıq olacağı gözlənilir və anbar ehtiyatları son yeddi ilin ən aşağı səviyyəsinə düşdüyü üçün ilk dəfə düyü idxalına başlaya bilər.

    Quraqlıq fonunda Avstraliyada məhsulun azalmasına görə, əsas alıcılar olan Çin və İndoneziya böyük həcmdə buğda üçün ixracın onsuz da məhdud olduğu Şimali Amerika, Avropa və Qara dəniz regionuna müraciət edəcək.

    Mənbə: Reuters

  • В Баку убит 33-летний мужчина, подозреваемый задержан

    27 декабря около 03:00 в полицию поступила информация о смерти Этибара Алиева (1990 г.р.) от колото-резаных ран в Наримановском районе Баку.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Согласно данным, правоохранители задержали подозреваемого в совершении данного преступления Эльшана Набиева (1975 г.р.).

    По предварительной информации, инцидент произошел на почве личного конфликта.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Paytaxtda 33 yaşlı kişi öldürülüb, saxlanılan var

    Dekabrın 27-də saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Yusif oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Elşən Firudun oğlu Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Zəfəranın qiyməti rekord həddə çatıb

    İranda premium zəfəranın qiyməti kiloqramı 1,4 min dollara qalxıb.

    Qiymətin rekord artımı qlobal iqlim dəyişikliyi problemi ilə izah edilib.

    Şaxtalı qışlar, quraq yazlar və isti yaylar ölkənin şərq rayonlarına mənfi təsir göstərib. Su mənbələrinin quruması İranda məhsulun 400 tondan 170 tona düşəcəyi gözlənilir. Nəticədə premium zəfəranın qiyməti il ərzində iki dəfə artaraq daxili bazarda 1,4 min dollara, xaricdə isə 1,8 min dollara yüksəlib.

    Qeyd edək ki, İran dünya bazarında zəfəranın 90 faizdən çoxunu istehsal edir. Bir kiloqram zəfəran istehsal etmək üçün 170 minə qədər çiçək tələb olunur. Onlar əl ilə yığılır və sonra qurudulur.

    Mənbə: Lenta.ru

  • Ağdamdan Xankəndiyə qatarla nə zaman gedəcəyik? – VİDEO

    Yaxın gələcəkdə Ağdama daha sonra isə Xankəndiyə dəmir yolunun fəaliyyətə başlaması Qarabağ bölgəsinin iqtisadi və turizm potensialından tam istifadə ediməsinə imkan yaradacaq.

    Artıq Bakı-Xankəndi dəmir yolunun Bərdə – Ağdam hissəsinin çəkilişi başa çatıb.

    2024-cü ildə isə Xankəndiyə dəmir yolu xətti çəkiləcək.

    Prezidentin xüsusi nümayəndəsi olan Emin Hüseynov bildirib ki, Ağdam şəhərində daxili yolların uzunluğu 200 km-ə yaxındır:

    “Burada geniş, altı-səkkiz zolaqlı prospektlər var. Tarixi-mədəni mərkəz hissəsi beş yaşayış kompleksindən, açıq səma altında İşğal Zəfər Muzeylərindən, İmarət Kompleks Sarayından, Cümə Məscidindən və İnzibati mərkəzdən ibarətdir. Şəhərin mərkəzi hissəsinin hazır olması ilə yanaşı, bu hissələri əhatə edən daxili yol komunikasiya şəbəkəsi də qrafikdə göstərilmiş zamana uyğun olaraq hazır edilib təhvil veriləcək”.