Month: December 2023

  • Bakıda yaşayan sakinlər mənzillərə çıxarış ala bilmirlər? – İDDİA (VİDEO)

    Səkkiz ildir mənzillərinə köçüblər, amma çıxarış ala bilmirlər.

    Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri iddia edirlər ki, tikinti şirkəti mənzillərinə çıxarış vermir.

    Sakinlər yaşadıqları binada qeydiyyatda olmadıqlarına görə, uşaqlarını ərazidə yerləşən məktəblərə göndərə, mənzillərin çıxarışı olmadığı üçün isə sata da bilmirlər.

    Daha ətraflı süjetdə:

  • В Шуше восстанавливается знаменитая баня Ширинсу – ВИДЕО

    Появились новые кадры из культурной столицы Азербайджана – города Шуша.

    Соответствующий сюжет был показан в эфире телеканала Общественного телевидения (İTV).

    На видео можно увидеть знаменитую шушинскую баню Ширинсу (Şirinsu hamamı).

    Отмечается, что в настоящее время на разрушенном армянами историческом памятнике ведутся ремонтно-восстановительные работы.

    Подробнее – в сюжете İTV:

  • Şuşadan yeni görüntülər: Məşhur “Şirinsu hamamı” təmir edilir – VİDEO

    İşğaldan azad edilmiş Şuşa şəhərindən yeni görüntülər yayılıb.

    Bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.

    Belə ki, kadrlarda Şuşanın məşhur “Şirinsu hamamı”nı görmək mümkündür.

    Hazırda isə ermənilərin dağıtdığı abidədə təmir-bərpa işləri aparılır.

    Ətraflı süjetdə:

  • FHN-dən güclü küləklə əlaqədar əhaliyə MÜRACİƏT

    Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

    FHN-dən verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

    “Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!”

  • Prezident sosial sığorta ilə bağlı qanunda dəyişikliyi təsdiqlədi

    “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə 14.8-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilir:

    “Sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun yarandığı gündən etibarən həyata keçirilir.

    Sığortaolunan seçim hüququnu itirdikdə məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır”.

    Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • Baş nazirdən avtomobillərin utilizasiyası ilə bağlı QƏRAR

    Nazirlər Kabineti nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edilməsi haqqında qərar qəbul edib.

    Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması”, “Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması” və “Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənədin forması” təsdiq olunub.

  • МККК навестил содержащихся под арестом в Баку карабахских сепаратистов, им переданы посылки от семей

    В декабре сотрудники Международного комитета Красного креста (МККК) вновь навестили лиц армянского происхождения, информация о которых была предоставлена азербайджанской стороной.

    Об этом АПА сообщила руководитель отдела по связям с общественностью азербайджанского представительства МККК Илаха Гусейнова.

    Она отметила, что были проведены встречи один на один с задержанными и созданы условия для связи с их семьями.

    “Мы также передали им посылки от их родных. В этих посылках, которые время от времени передаются по согласованию с соответствующими органами, содержатся личные вещи. В соответствии со своим мандатом в ходе посещений МККК оценивает обращение с задержанными и условия их содержания, создает условия для восстановления или продолжения их контактов с семьями. В соответствии с процедурами МККК, наблюдения и рекомендации относительно посещений доводятся только до сведения удерживающей стороны”, – сказала И.Гусейнова.

    Отметим, что правоохранительные органы Азербайджана задержали и доставили в Баку экс-главарей сепаратистского режима, функционировавшего в Карабахе – Аркадия Гукасяна, Бако Саакяна, Араика Арутюняна, бывшего так называемого “министра иностранных дел” Давида Бабаяна, а также “спикера парламента” Давида Ишханяна, генералов Леву Мнацаканяна, Давида Манукяна и экс-“госминистра” Рубена Варданяна.

  • BQXK Qarabağda saxlanılan separatçılara baş çəkib

    Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

    Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

    O bildirilb ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb:

    “Biz həmçinin onlara ailələrindən bağlamalar da çatdırdıq. Aidiyyəti orqanlarla razılaşdırılaraq vaxtaşırı verilən bu bağlamalarda ailələrin onlara göndərdiyi şəxsi əşyalar olur.

    Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

    Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “rəhbərləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

  • Mülki Məcəllədə dəyişikliklər edildi

    Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə Məcəllənin 90-cı maddə üzrə aşağıdakı məzmunda 90.3-1-ci maddə əlavə edilir:

    “90.3-1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər.

    Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir”.

    Bundan başqa, 103-cü maddə üzrə aşağıdakı məzmunda 103.4-1-ci maddə əlavə edilir:

    “103.4-1. Səhmdar cəmiyyətin səsvermə hüququna malik olan səhmdarlarının üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və cəmiyyətin səhmdarı olmaqla (əlavə buraxılmış səhmləri əldə etməklə) cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər. Əlavə buraxılmış səhmlərin cəmiyyətə qarşı pul tələbinin əvəzləşdirilməsi ilə əldə edilməsinə qapalı yerləşdirmə üsulu ilə yol verilir. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir”.

    Eyni zamanda, 104-cü maddə üzrə aşağıdakı məzmunda 104.1-1-ci maddə əlavə edilir:

    “104.1-1. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyət tərəfindən əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır”.

    Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • İlham Əliyevdən İcbari tibbi sığorta fondu ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmana əsasən, İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 2 811 428 292 manat, xərcləri 2 811 428 292 manat məbləğində təsdiq edilib.