Month: December 2023

  • Bakıda 36 yaşlı qadın yol qəzasında yaralanıb

    Bakının Xətai rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Həsənova Təhminə Bəxtiyar qızı xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır .

  • Baydenin təyyarəsi yaxınlığında UNO aşkar edilib

    Amerika prezidenti Cozef Baydenin təyyarəsinin eniş etdiyi zaman Los-Anceles hava limanı üzərində uçan naməlum obyekt (UNO) görünüb.

    Bu barədə “The New York Post” yazıb.

    Hadisə dekabrın əvvəlində baş verib. Nəşrin məlumatına görə, sferik aparatı iki videoqraf aşkarlayıb. Həmin şəxslər beşinci nəsil F-35 qırıcısına yanacaq doldurulması zamanı çəkilmiş videogörüntülərdə qəribə obyekt görüblər.

    Söhbət “bir nömrəli təyyarə”ni müşayiət edən obyektdən gedir. Üstəlik, həmin an Ağ Ev sahibinin özü də hava gəmisinin salonunda olub.

    “Bunu da gördünüzmü? Yolumuzun üstündən nəsə uçdu. Bu odur? Haqqında danışdığımız UNO? – deyə videonun müəlliflərindən biri Coşua Solorzano bildirib.

    Lakin onun qardaşı Peter Solorzano bu versiya ilə razılaşmayıb. O hesab edir ki, təyyarənin yanındakı hava şarı olub.

  • Lukaşenko: “Biz Ermənistanı itirə bilərik”

    “Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”.

    Bunu Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

    “Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” – deyə Lukaşenko əlavə edib.

    Mənbə: Sputnik

  • Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib

    Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır.

    Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə tutulub:

    – Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar;

    – Növbəli işdə – gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir;

    – Böyük, orta və kiçik xüsusi rütbələr müvafiq təqdimat əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.

  • Təbii qazdan istifadə ilə bağlı əhaliyə RƏSMİ MÜRACİƏT

    Baş Prokurorluq təbii qazdan istifadə edən əhaliyə müracət edib.

    Prokurorluqdan verilən məlumata görə, müraciətdə deyilir:

    “Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. İşığı yandırmaq və söndürmək olmaz. Hər iki halda qığılcım əmələ gəlir.

    – Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.

    – Qaz cihazlarından istifadə edərkən əvvəl kibriti və ya digər alışqanı yandırın sonra qaz kranını açın.

    – Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.

    – Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdirib 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.

    – Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.

    – Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101-112 nömrəli telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 nömrəli telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.

    – Mənzildə olan tüstü bacalarının ildə bir dəfə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.

    Qaz cihazlarından istifadə zamanı qadağan edilir:

    – Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurudulması;

    – Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması. Məsələn kimyəvi tərkibli təmizləyici vasitələr.

    Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız!”

  • İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan generala baş çəkib

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənova baş çəkib.

    “Report” xəbər verir ki, başçəkmədə komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov iştirak ediblər.

    T.Həsənov saxlanma şəraitindən razı olduğunu söyləyib. O, gigiyena vasitələri, dərman preparatları ilə təmin edildiyini bildirib.

    Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

    Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

    Hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə onun məhkəməsi davam edir. Naxçıvana gediş-gəlişlə əlaqədar olaraq proses onlayın keçirilir.

  • Qusar sakinlərindən ŞİKAYƏT: “İki gündür işıqsız qalmışıq”

    Qusar rayon sakinləri elektrik enerjisinin verilməsində yaranan problemlərdən narazıdırlar.

    Bu barədə Oxu.Az-a rayonun Aşağı Ləgər kənd sakinləri bildiriblər.

    Onların sözlərinə görə, iki gündür işıqsız qalıblar:

    “Külək əsdi və işıqlar söndü. İki gündür ki, işıqla bağlı olan problem öz həllini tapmır”.

  • Синоптики предупреждают о сильном ветре

    В Баку и на Абшеронском полуострове ночью и утром 26 декабря, а также во второй половине дня 27 декабря ожидается усиление юго-западного ветра до 15-18 м/с, временами до 20 м/с.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    С вечера 25 декабря до 28-го числа в горных и предгорных районах порывы западного ветра достигнут 15-20 м/с, местами – 23-28 м/с.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Dekabrın 25-də axşamdan 28-də gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

  • Bakıda keçmiş rektor prorektorun qətli üçün 40 min dollar ödəyib – RƏSMİ

    “Elm və Təfəkkür Universiteti”nin prorektorunun öldürülməsində təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Xəbər verildiyi kimi “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

    İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

    Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə zəruri tədbirlərin icrası davam etdirilir.

    Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.