Month: December 2023

  • Mixail Mişustin Azərbaycan Prezidentini təbrik edib

    Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    “Report” xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin daimi diqqətinizi xüsusi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası nəticəsində iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlıq getdikcə inkişaf edir, energetika, sənaye, gəmiqayırma və logistika sahələri üzrə perspektivli birgə layihələr həyata keçirilir. Regionlararası əlaqələr və işgüzar münasibətlər genişlənir.

    Əminəm ki, əməkdaşlığın daha da dərinləşməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin irəli sürülməsi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam şəkildə cavab verir.

    Sizinlə Moskvada və Bakıda görüşlərimizi böyük məmnunluqla xatırlayıram. Açıq ünsiyyətimizi davam etdirməkdən şad olacağam.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

  • Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

    Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    “Report” xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Siz dəqiq məqsədlərə çatmaq və ölkənizə sədaqət nümayiş etdirməklə peşəkar fəaliyyətinizdə çox uğurlara nail olmusunuz. Sizin uzaqgörən dövlət xadimi və müdrik lider keyfiyyətləriniz sayəsində Azərbaycan Respublikası böyük inkişaf və tərəqqi əldə edib, beynəlxalq arenada ölkənizin nüfuzu durmadan yüksəlir.

    Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Sizin daimi diqqətinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası dialoq üzrə tərəfdaş kimi təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə səy göstərir. Əminəm ki, Sizin dəstəyinizlə biz qarşılıqlı faydalı əməkdaşlıq üçün daha çox səy göstərəcəyik.

    Sizə və ailənizə səmimi-qəlbdən xoşbəxtlik və cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

    Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Pakistanın Ali Məhkəməsi İmran Xanı zaminə buraxıb

    Pakistanın Ali Məhkəməsi “Dövlət sirləri aktını” pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xanı və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşini zaminə buraxıb.

    Bu barədə yerli mediada xəbər yayılıb.

    Bildirilir ki, ali məhkəmə instansiyasının qərarı gözlənilməz olub.

    Məhkəmənin hökmünə əsasən, onların hərəsi bir milyon Pakistan rupisi dəyərində girov qoyub.

    Bundan əvvəl məlum olub ki, Pakistanın keçmiş baş naziri İmran Xan fevralın 8-də ölkədə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

  • Kasım-Jomart Tokayev İlham Əliyevə təbrik məktubu göndərib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Qardaş Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin dayanıqlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən irimiqyaslı sosial-iqtisadi və ictimai-siyasi dəyişikliklərin böyük uğurları Sizin adınızla sıx bağlıdır.

    Əlamətdar haldır ki, Azərbaycanın görkəmli dövlət xadimi
    Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi ildə Siz respublikanın ərazi bütövlüyünü tam bərpa etməklə ümummilli Zəfərə nail oldunuz.

    Əminəm ki, Azərbaycan xalqı Sizin strateji kursunuzu rəhbər tutaraq inamla irəliləməkdə davam edəcək, güclü və çiçəklənən dövlət quruculuğunda yeni-yeni zirvələr fəth edəcəkdir.

    Etimada əsaslanan səmimi münasibətlərimizin, Qazaxıstan-Azərbaycan dostluq əlaqələrinin, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə Sizin şəxsi böyük töhfənizi yüksək qiymətləndirirəm.

    Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

  • Biləsuvarda “Qırmızı Kitaba” düşən quşları ovlayan şəxs saxlanıldı

    Biləsuvarda adı “Qırmızı Kitaba” düşən quşları ovlayan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Muğan bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini Faiq Həsənovun rayonun Muğan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov etdiyi aşkarlanıb.

    Həmin şəxsdən ovladığı, adı Azərbaycanın “Qırmızı Kitab”ına düşən 2 ədəd bəzgək quşu və 1 ədəd ov tüfəngi götürülüb.

    Faktla bağlı F.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

  • Dünya Bankı Azərbaycanda iki dövlət şirkətində qadınların rolunun artırılması üzrə tövsiyələr hazırlayıb

    Dünya Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də qadınların rolu ilə bağlı araşdırma apararaq, tövsiyələrini hazırlayıb.

    “Report” xəbər verir ki, bu barədə Bankın Azərbaycan ofisinin proqram koordinatoru Leyla Tağıyeva deyib.

    O bildirib ki, hər iki qurumun bu məsələyə münasibəti müsbətdir və qadınların iştirakını artırmaq üçün müəyyən işlər görülür: “Biz burada işçi qüvvəsinə, qadınlarla bağlı insan resurslarının siyasətinə, bir sıra prosedurlara və qadınların sayına baxdıq. Həmçinin işə qəbul və işdə saxlanma prosedurlarına, karyeranın inkişafı, liderlik mövzularına nəzər yetirdik. Bu istiqamətdə təhlillər apardıq”.

    L.Tağıyeva qeyd edib ki, təhlillər bir neçə istiqamətdə aparılıb: “İlk olaraq rəsmi sənədlərə baxıldı, son üç ilin təhlili aparıldı. Qadınların aldığı əməkhaqqı, onların çalışdığı sahələrdə roluna da diqqət yetirilməlidir. Ümumiyyətlə, qadınların say baxımından vəziyyətinin yaxşı olduğu deyilən şirkətlərdə ilk əvvəl onların vəzifə və maaşına baxılmalıdır. Çünki həmin şirkətlərdə qadınlar təmizləyici və bu tip işlərdə çalışa bilər. Bu zaman sayın bərabər və ya çox olması o dərəcədə əhəmiyyət kəsb etmir. Bundan əlavə qadınlar üçün şirkətlər tərəfindən infrastruktur da uyğun olmalıdır”.

    “Azərbaycan Dəmir Yolları” və Bakı Limanında qadınlar üçün xüsusi güzəştlərin tətbiq edildiyini bildirən Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb ki, burada analar, yeni övladı olmuş valideynlər üçün müəyyən güzəştlər var: “Bakı Limanında çalışan qadınların sayı son 3 ildə 20 % artıb. Hazırda Bakı Limanında 617 şəxs çalışır və 20 % artımdan qadınların sayı 51-ə çatıb. “Azərbaycan Dəmir Yolları”nın isə 15 000-ə yaxın əməkdaşı var ki, təbii olaraq qadınların sayı digərlərinə nisbətdə daha çoxdur. Hazırda hər iki şirkət rəhbər vəzifələrdə və texniki fəaliyyətlərdə qadınların sayının artırılması ilə bağlı hədəfləri müəyyən etmək üçün düşünür. Daha bir məsələ isə kommunikasiya strategiyasına diqqət yetirilməsidir. Həm şirkət daxilində, həm də kənarda dəmir yollarının obrazı kişilərlə əlaqəli olub. Amma indi fotolarda qadınların da olduğunu görürük ki, bu da müsbət hal kimi dəyərləndirilir”.

    Şirkətlərin qadınlar barədə siyasətinə toxunan L. Tağıyeva deyib: “Qurumların gender bərabərliyi üzrə rəsmi siyasəti olmalıdır. Bu siyasət şirkətdə çalışanların məlumatlandırılması üçün çox vacibdir. Şirkətlərdə qadınların fəaliyyəti ilə bağlı hesabatlılıq olmalıdır. Hazırda bir çox şirkət könüllü olaraq bu barədə məlumatlar toplayır, lakin bununla bağlı heç bir hesabat vermirlər. Həmçinin cəmiyyətdə qadınların iş həyatı ilə bağlı təlimlərə çox ehtiyac var. Qadınların çalışması ilə bağlı stereotiplər var. Bu məsələdə yalnız şirkət rəhbərinin maarifləndirilməsi kifayət etmir, şirkətdə çalışan hər kəs bu istiqamətdə məlumatlandırılmalıdır. Məsələn maşinistdən niyə maşinist qadınların olmadığını soruşanda bu işin çox məsuliyyətli olduğunu deyir. Bizim cərrah qadınlarımızın olduğunu nəzərə alsaq artıq cəmiyyətdə qadınların məsuliyyət götürdüyünü görə bilərik”.

    Onun fikrincə, ən önəmli məsələlərdən biri isə şirkətlərdə qadınların qısnamaya məruz qalmasıdır: “Azərbaycanda dövlət şirkətlərində bunlara rast gəlinməsə də, özəl şirkətlərin az qismində bu cür hallar olur. Bununla bağlı xüsusi mexanizm yaradılmalıdır. Hazırda heç bir şirkətdə belə bir mexanizm yoxdur. Bir qadın şirkətdə qısnamaya məruz qalarsa, müraciət edə biləcəyi yer ya insan resursları bölməsinədir, ya da yoxdur. Ancaq insan resurslarına müraciət edilməsi də düzgün yanaşma deyil. Qadınlar üçün anonim müraciət edə biləcəyi, kömək alacağı və şirkətin dəstəyini görə biləcəyi yer, rəsmi bir siyasət olmalıdır”.

    Dünya Bankının nümayəndəsi vurğulayıb ki, gələcəkdə ali təhsil müəssisələrində və peşə məktəblərində qadınların maarifləndirilməsi, karyerada inkişaf üçün yol göstərilməsi istiqamətində fəaliyyət göstərmək nəzərdə tutulub.

  • Biləsuvarda adı “Qırmızı Kitaba” düşən quşları ovlayan şəxs saxlanılıb

    Biləsuvarda adı “Qırmızı Kitaba” düşən quşları ovlayan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini Faiq Həsənovun rayonun Muğan kəndi ərazisində ov üçün təyin olunmayan yerdə qanunsuz ov etdiyi aşkarlanıb.

    Həmin şəxsdən qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən iki ədəd bəzgək quşu və bir ədəd ov tüfəngi götürülüb.

    Faktla bağlı F.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib

  • Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir.

    Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım.

    Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

  • Çingiz Mustafayevin şəhid olduğu kənddən görüntülər – VİDEO

    Milli qəhrəman Çingiz Mustafayevin şəhid olduğu kəndin görüntüləri yayılıb.

    Bununla bağlı görüntüləri AzTV-də yayımlanıb.

    Çingiz Mustafayev 1992-ci ilin 15 iyununda Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.

    Həmin görüntüləri təqdim edirik:

  • Patriarx Kirill Prezident İlham Əliyevə məktub göndərib

    Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Siz atanızın layiqli varisi olaraq 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yüksək məsuliyyətlə çalışırsınız. Siz təcrübəli dövlət lideri, doğma ölkəsini hərarətlə sevən bir insan kimi onun sosial-iqtisadi inkişafına, cəmiyyətdə millətlərarası dialoqun və vətəndaş həmrəyliyinin dəstəklənməsinə böyük töhfə verirsiniz.

    Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına qayğıkeş münasibətə və konstruktiv qarşılıqlı fəaliyyətə görə Sizə minnətdaram. Ümidvaram ki, bu fəaliyyət gələcəkdə də insanların həyatında daimi əxlaqi dəyərlərin, xeyirxahlıq ideallarının və şəfqətin təsdiqlənməsinə kömək edəcək.

    Sizə möhkəm cansağlığı, daim ruh yüksəkliyi, sülh və Azərbaycan xalqının maraqları naminə gələcək fəaliyyətinizdə Uca Yaradanın köməyini arzulayıram”.