Month: December 2023

  • АЖД: В праздничные дни поезд будет курсировать в Габалу ежедневно

    Скорый пассажирский поезд по маршруту Баку – Габала – Баку с учетом растущего спроса в праздничные дни будет курсировать ежедневно.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги” (АЖД).

    По информации, 30-31 декабря и с 1 по 6 января 2024 года поезд будет отправляться из Баку в Габалу в 07:30, а из Габалы в Баку – в 19:00.

    Ознакомиться с графиком движения и приобрести билеты можно на сайте www.ady.az или через приложение ADY Mobile.

  • ADY: “Bayram günlərində qatarlar hər gün Qəbələyə hərəkət edəcək”

    Artan sərnişin tələbatı nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus sürətli sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.

    ADY-nin verdiyi məlumata görə, qurum sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.

    Belə ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01-06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

    “Həmçinin Qəbələ Dəmiryol Vağzalında yeni fəaliyyətə başlamış “coffeeshop” sərnişinlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz”, – deyə məlumatda deyilir.

  • Bakıda qanunsuz dərman satan Türkiyə vətəndaşı ilə bağlı məhkəmə qərar çıxardı

    Bakı Apellyasiya Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə vətəndaşı Emrah Özcanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 800 manat məbləğində cərimə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə dair müddəalar xaric olunub.

    İttihama görə, Türkiyə vətəndaşı Emrah Özcan həmyerliləri olan digər iki şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Bu məqsədlə təqsirləndirilən şəxs qrupun digər üzvü “Eyyüp” adlı şəxsin vasitəsilə Türkiyədən istintaqa məlum olmayan şəraitdə Azərbaycan ərazisinə satış məqsədilə idxal etdiyi qeydiyyatdan keçirilməmiş 9 250 manat dəyərində 5 qutu “Tesentriq” və 2 300 manat dəyərində 2 qutu “Perjeta” adlı dərman preparatını naməlum vaxtda və şəraitdə, həmçinin “Eyyüp” adlı şəxsin tapşırığı ilə Hasan (şərti) tərəfindən 24 mart 2023-cü il tarixində Türkiyədən özü istifadə etmək adı ilə gömrük nəzarətindən keçirilərək satış məqsədilə ölkəyə idxal edilən bir qutunun qiyməti 850 manat olan 20 qutu “Opdivo 100mq/10ml” adlı dərman preparatını satış məqsədilə əldə edib. O, 24 mart 2023-cü il tarixində Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Merida” adlı hotelin qarşısında həmin “Opdivo 100mq/10ml” adlı dərman preparatından iki qutunu 1000 manata zərərçəkmiş V.V.-yə (şərti), 4 ədədini isə təkrarən istintaqa məlum olmayan digər şəxslərə, eləcə də həmin tarixdə 2 qutu “Perjeta” adlı dərman preparatını 1800 manata zərərçəkmiş V.V.-yə təkrar satıb. Daha sonra Emrah Özcan 14 qutu “Opdivo” və 5 qutu “Tesentriq” adlı dərman preparatlarını isə müvəqqəti qaldığı “Merida” hotelin otağında qanunsuz olaraq satış məqsədilə saxlayıb. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə, saat 13:05-də həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs icazəsi və iştirakları ilə həmin hotelin otağında sözügedən dərmanlar olmaqla ümumilikdə külli miqdarda 21 150 manat dəyərində dərman vasitələri aşkar edilərək götürülüb.

  • Милли Меджлис поздравил Ильхама Алиева и Мехрибан Алиеву

    Милли Меджлис поздравил Президента Азербайджана Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиеву с Днем солидарности азербайджанцев мира и наступающим Новым годом.

    Как сообщает Report, об этом заявила спикер Милли Меджлиса Сахиба Гафарова на сегодняшнем заседании осенней сессии парламента.

    Она предложила направить от имени Милли Меджлиса поздравительное письмо главе государства и Первому вице-президенту в связи с Днем солидарности азербайджанцев мира и Новым годом.

    Депутаты аплодисментами поддержали предложение председателя парламента.

  • Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

    Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

    Bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin payız sessiyasının bugünkü iclasında bildirib.

    Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.

    Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.

  • HƏMAS girovlarla bağlı danışıqları bərpa etmək istəyir

    Qətər HƏMAS-ın girovlarla bağlı danışıqları bərpa etmək istəyi barədə İsraili xəbərdar edib.

    Məlumata görə, qətərli vasitəçilər İsrailə bildiriblər ki, HƏMAS 40-a yaxın girovun azad edilməsi ilə bağlı razılığa gəlmək üçün danışıqlar masasına qayıtmağa razıdır.

    Qeyd edək ki, İsrail Qətərin mesajına çox diqqətlə yanaşır və yaxın gələcəkdə HƏMAS-ın nə qədər ciddi olduğunun aydınlaşacağını vurğulayır. Son günlər danışıqlar dondurulub.

    Mənbə: gazeta.ru

  • Сегодня народному артисту Азербайджана Рауфу Бабаеву исполнилось бы 86 лет

    Сегодня день рождения народного артиста Азербайджана, певца Рауфа Бабаева.

    Он родился 30 декабря 1937 года в Западном Азербайджане.

    Учился в бакинской средней школе №8. В 1956 году окончил Бакинское музыкальное училище имени Асафа Зейналлы, где впервые увлекся джазом и познакомился с будущими товарищами по квартету “Гая”, а в 1962-м – Азербайджанскую государственную консерваторию по классу ударных инструментов.

    В ранние годы работал музыкантом и вокалистом в Азербайджанском государственном русском драматическом театре, в Азербайджанском государственном эстрадно-симфоническом оркестре и в Азербайджанской государственной филармонии, выступал с джазовыми концертами.

    В 1965 году по приглашению Мурада Кажлаева вместе с группой азербайджанских артистов уехал в Махачкалу, где стал солистом организованного при Дагестанской филармонии вокально-инструментального ансамбля “Гуниб”. Осенью того же года коллектив вернулся в Баку, где продолжил выступать под названием “Гая”.

    В 60-70-е годы культовый азербайджанский ансамбль “Гая” можно было услышать во всех уголках Советского Союза. Особое место в творчестве квартета занимает конкурс вокалистов 1966 года, проходивший в Москве. Получив приглашение за 25 дней до начала конкурса, “Гая” тем не менее успевает подготовить к конкурсу 10 песен и одерживает блестящую победу. С этого момента “Гая” приобретает всесоюзную известность и становится культовой группой.

    В 1968 году группа принесла Советскому Союзу первую золотую медаль на международном фестивале в Болгарии. Этот легендарный джазовый квартет был единственным в своем роде и имел неповторимый стиль. Музыканты “Гая” объездили более 50 стран и выступали на одной сцене с лучшими исполнителями того времени.

    После более чем 20 лет бурной творческой деятельности и успешного участия в конкурсах и фестивалях квартет распался. Бабаев стал художественным руководителем уже нового состава ансамбля и одновременно преподавал в музыкальной школе имени Леопольда и Мстислава Ростроповичей в Баку.

    В 1995-2001 годах был художественным руководителем детской вокальной группы Bəri bax.

    В 1978 году он получил звание заслуженного артиста Азербайджанской ССР, а в 2006-м – народного артиста Азербайджана. В 2017 году был удостоен ордена “Шохрат”.

    Рауф Бабаев скончался 27 марта 2020 года. Похоронен на II Аллее почетного захоронения в Баку.

  • Mərhum xalq artisti Rauf Babayevin doğum günüdür

    Bu gün Azərbaycanın xalq artisti, mərhum müğənni Rauf Babayevin anadan olduğu gündür.

    Rauf Babayev 1937-ci il dekabrın 30-da Qərbi Azərbaycanda anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb. 1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960-1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962-1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlayıb, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968-1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972-1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987-2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləyib.

    Rauf Babayev ötən əsrin 60-80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış edib, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanıb. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil edib. “Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanıb.

    Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr verib. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri olub.

    Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

    Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

  • ГДП обратилась к водителям в связи с праздниками – ВИДЕО

    Главное управление Государственной дорожной полиции (ГУГДП) обратилось к участникам дорожного движения в связи с Днем солидарности азербайджанцев мира и празднованием Нового года.

    Как сообщили в ГУГДП, в связи с предстоящими праздниками дорожная полиция переходит на усиленный режим работы.

    “В связи с празднованием Дня солидарности азербайджанцев мира и Нового года с 31 декабря 2023 года по 7 января 2024 года в стране объявлены нерабочими днями. Опыт прошедших лет показывает, что в такие продолжительные праздники городское население выезжает в различные регионы республики, в связи с чем интенсивность движения транспорта на дорогах несколько возрастает. Но, к сожалению, нарушение некоторыми водителями правил дорожного движения повышает вероятность ДТП на дорогах.

    Для предупреждения аварий и обеспечения безопасности участников движения личный состав ГДП в период праздников будет нести службу в усиленном режиме, контроль на улицах и дорогах будет ужесточен”, – говорится в заявлении.

    ГУГДП призвало всех участников дорожного движения, особенно водителей, впервые выезжающих в освобожденные от оккупации районы, быть предельно внимательными на дорогах, не садиться за руль уставшими, сонными или под воздействием каких-либо лекарственных препаратов, перед выездом проверять техническое состояние транспортного средства, следить за текущими погодными условиями, а также строго соблюдать правила дорожного движения, чтобы не подвергать опасности свою жизнь и жизнь родных.

  • DYP bayramla əlaqədar sürücülərə müraciət edib – VİDEO

    Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli bayram günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətin aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

    Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

    Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına, xüsusilə də işğaldan azad olunmuş rayonlara ilk dəfə gedən sürücülərə yollarda son dərəcə diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, mövcud hava şəraitini və yolun dağlıq relyefdən keçməsini nəzərə alaraq, enişli ərazilərdə daha çox avtomatik transmissiyalı avtomobillərdə “tiptronik” funksiyasından, mexaniki transmissiyalı nəqliyyat vasitələrində isə aşağısürətli ötürücülərdən istifadə etməyi tövsiyə edir, eləcə də hər bir hərəkət iştirakçısını özünün və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.