Month: December 2023

  • Семьям шехидов и инвалидам войны предоставлено еще 200 квартир и частных домов

    Министерство труда и социальной защиты населения Азербайджана предоставило семьям шехидов и инвалидам войны 200 квартир и частных домов в Баку и в 23 городах и районах страны.

    На мероприятии в Центре DOST №4 документы на жилье вручил заместитель министра труда и социальной защиты населения Анар Керимов.

    Он отметил, что семьи шехидов и инвалиды войны окружены заботой государства.

    После победы в 44-дневной Отечественной войне по поручению главы государства программа обеспечения жильем семей шехидов и инвалидов войны была расширена в пять раз.

    Семьям шехидов и инвалидам войны в 2023 году были предоставлены 1 500 квартир и частных домов, в послевоенный период – 6 000, а всего за прошедший период – 14 800 единиц жилья.

  • Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində, eləcə də ölkənin 23 şəhər və rayonunda ümumilikdə 200 mənzil və fərdi evi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib.

    4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov təqdim edib.

    O, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.

    Bildirilib ki, imtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ötən dövrdə uğurla davam etdirilib.

    Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı beş dəfə genişlənib.

    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 1 500, postmüharibə dövründə 6 000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.

    Mənzillərin sənədlərini əldə edən şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

  • Минздрав обратился к населению в связи с предстоящей праздничной неделей

    В связи с зимним сезоном и нестабильной погодой участились случаи заражения респираторными заболеваниями и сезонных инфекций гриппа, а также наблюдается рост заболеваемости корью в стране.

    Об этом говорится в сообщении Министерства здравоохранения Азербайджана.

    “К группам населения с высокой восприимчивостью к сезонным респираторным заболеваниям и кори относятся дети, которые по каким-либо причинам не прошли профилактическую вакцинацию, и лица с сопутствующими заболеваниями.

    Минздрав в целях охраны здоровья населения и предотвращения инфекций, в предстоящие выходные и праздничные дни, рекомендует, особенно лицам с повышенной восприимчивостью, использовать индивидуальные средства защиты дыхательных путей (медицинские маски), соблюдать гигиену рук, а также включать в ежедневный рацион продукты, богатые витаминами.

    Каждый гражданин должен с особой чуткостью и ответственностью относиться к своему здоровью, защищать себя и окружающих от вирусов”, – говорится в обращении ведомства.

  • Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT edib

    “Qış mövsümü və havaların qeyri-sabit keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir”.

    Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin əhaliyə müraciətində qeyd edilir.

    Bildirilir ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir.

    “Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.

    Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”, – deyə müraciətdə vurğulanır.

  • В Баку из магазина украли сигареты на 6 500 манатов

    27 декабря в Баку в магазине была совершена кража.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД), в результате оперативных мероприятий, проведенных сотрудниками Сабаильского районного управления полиции, по подозрению в краже табачных изделий на сумму 6 500 манатов задержан подросток, являющийся уроженцем Тертерского района.

    По данному факту ведется расследование.

  • Bakıda mağazadan 6 500 manatlıq oğurluq olub

    Bakıda mağazadan oğurluq olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 27-də axşam saatlarında rayon ərazisindəki mağazaların birindən 6 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Генсек ОТГ поздравил тюркский мир с наступающим Новым годом

    Поддержав суверенитет и территориальную целостность Азербайджана, лидеры стран Организации тюркских государств (ОТГ) проявили твердую позицию в отношении справедливости не только на региональной, но и международной арене.

    Об этом говорится в новогоднем поздравлении генерального секретаря организации Кубанычбека Омуралиева.

    По его словам, встреча на саммите в Астане открыла новую и важную страницу в тюркском мире.

    “Тюркский мир продемонстрировал единую позицию по отношению к международным геополитическим процессам. Мы укрепили сотрудничество в рамках ОТГ и продолжаем расширять его примерно по 30 областям”, – отмечается в сообщении.

    Генсек также пожелал, чтобы грядущий год был более успешным и плодотворным для организации.

  • TDT Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib

    “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli mövqelərini ortaya qoyublar”.

    Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub.

    Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb:

    “Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq mövqe nümayiş etdiriblər”.

    Bildirilib ki, ötən il ciddi uğurlar əldə olunub:

    “TDT daxilində əməkdaşlığımızı inkişaf etdirdik. 30-a yaxın sahədə münasibətləri genişləndiririk”.

    Baş katib 2024-cü ilin TDT üçün daha uğurlu olmasını arzulayıb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Февральские фьючерсы на марку WTI подешевели на 0,17% – до 71,65 доллара за баррель, а мартовские на Brent – на 0,14%, до 77,04 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 0,17% ucuzlaşaraq, bir barelinin qiyməti 71,65 ABŞ dolları olub.

    “Brent” markalı neftin mart füçersləri 0,14% ucuzlaşaraq, bir barelinin qiyməti 77,04 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg