Month: December 2023

  • Шуша-1976: архивные кадры чарующего города – ВИДЕО

    Обнародованы старые кадры одного из самых чарующих уголков нашей страны – города Шуша.

    Соответствующую запись распространило Общественное телевидение Азербайджана (İTV).

    Отметим, что эти кадры были запечатлены в культурной столице в 1976 году.

    Подробнее – в сюжете:

  • Şuşa 1976-cı il: Füsunkar şəhərin arxiv görüntüləri – VİDEO

    Azərbaycanın füsunkar guşələrindən biri olan Şuşa şəhərinin arxiv görüntüləri yayımlanıb.

    Həmin görüntülər İTV-də yayımlanıb.

    Belə ki, kadrlarda 1976-cı ildə Şuşa şəhərindən olan görüntülər əks olunub.

    Sözügedən süjeti tədqim edirik:

  • Sabirabadda beş min nəfərə yaxın sakin yolsuzluqdan əziyyət çəkir – VİDEO

    Beş min nəfərə yaxın sakinin yaşadığı Sabirabadın Muğan Gəncəli kəndinin yolları sözün əsl mənasında keçilməzdir.

    Xezerxeber.az-ın məlumatına görə, payız-qış fəslində isə vəziyyət dözülməz olur.

    Vətəndaşların müraciət etdiyi problemlə bağlı Kənd İcra Nümayəndəliyindən bildirilib ki, kəndin yolunun yenidən çəkilməsi 2024-cü il regionların sosial-iqtisadi inkişaf planına salınıb.

    Daha ətraflı süjetdə:

  • Pirotexniki vasitələr ölkəyə qanunsuz yolla gətirilir? – VİDEO

    Pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslər aşkar edildikdə saxlanılır.

    Xezerxeber.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin, Əməliyyat-İstintaq Baş İdarəsinin böyük müstəntiqi Taleh Məhərrəmov bildirib ki, pirotexniki vasitələr də mülki dövriyyəsi məhdudulaşdırılmış əşyaların sırasına aiddir.

    Yəni bu da o deməkdir ki, pirotexniki vasitələrin qanuni dövriyyəsi mümkündür.

    Bəs sahibkarlar pirotexniki vasitələri ölkəyə necə gətirə bilərlər?

    Ətraflı süjetdə:

  • В Сумгайыте 28-летний наркоман совершил самоубийство

    Житель города Сумгайыт скончался в результате нанесенных себе увечий.

    Как сообщает АПА, 19 декабря примерно в 15:00 ранее судимый по различным статьям и страдающий наркотической зависимостью 28-летний Кянан Ибрагимов нанес себе ножевое ранение.

    Сотрудники полиции доставили мужчину в больницу.

    Несмотря на медицинское вмешательство, он скончался в медучреждении примерно в 20:00.

    Данную информацию подтвердили в пресс-службе Министерства внутренних дел.

  • Sumqayıtda narkotik aludəçisi özünə xəsarət yetirərək ölüb

    Sumqayıt şəhərində narkotik aludəçisi özünə xəsarət yetirib.

    APA-nın məlumatına görə, dekabrın 19-da saat 15 radələrində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 28 yaşlı Kənan Ağamir oğlu İbrahimov şəhər ərazisində özünə bıçaqla xəsarət yetirib.

    O, polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

    Göstərilən tibbi müdaxilələrə baxmayaraq, saat 20 radələrində xəstəxanada ölüb.

    Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqləyiblər.

  • В Гейгельском районе родился мертвый ребенок

    В Гейгельском районе родился мертвый ребенок.

    Как сообщает АПА, Фирангиз Рустамова обратилась в Гейгельскую центральную районную больницу в связи с беременностью на сроке 36-37 недель.

    В тот же день около 20:00 женщина родила мертвого ребенка.

    По данному факту ведется расследование.

  • Göygöldə uşaq ölü doğulub

    Göygöldə uşaq ölü doğulub.

    APA xəbər verir ki, Firəngiz Məhəmməd qızı Rüstəmova 36-37 həftəlik hamiləliklə bağlı Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

    Həmin gün qadın saat 20 radələrində orada 36-37 həftəlik ölü döl doğub.

    Faktla bağlı araşdırma aparılır.

  • Daxili orqanlarını satışa çıxaranlar var: Onları hansı CƏZA gözləyir?

    Bu gün sosial şəbəkələr reklam baxımından ən əlverişli vasitədir. İnsanlar da bundan istifadə edərək əl işlərini və bacarıqlarını nümayiş etdirib, satışa çıxarırlar. Sosial şəbəkələrdə, hətta narkotik satışı ilə məşğul olanlara da rast gəlinir.

    Daha bir qaranlıq məsələ isə insanların daxili orqanlarının satışı ilə bağlıdır. Xüsusilə, “Instagram”da orqanların satışı ilə bağlı tez-tez rast gəlinən elanlara qiymətlər də əlavə edilir. Sosial şəbəkələrdə qan satışından ürəyə qədər, bütün orqanların satışı təklif olunur.

    Bununla yanaşı, qadınların və həkimlərin folekullarla bağlı paylaşdıqları elanlar da çoxluq təşkil edir. Yəni qadınlar öz folekullarını müəyyən pul qarşılığında satır, eyni zamanda, həkimlər müəyyən şərtlərlə, müəyyən məbləğ qarşılığında folekul donoru axtardıqlarını elan edirlər. Belə məlum olur ki, folekulları alan ginekoloqlar süni mayalanma əməliyyatları edərkən həmin folekulları övlad sahibi olmaq istəyən qadınlara daha yüksək qiymətə satırlar.

    Halbuki orqanların reklamı, satışı qanunla qadağandır.

    Xatırladaq ki, ötən il “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yeni qanun qəbul olunub. Bu qanun imkan verir ki, qohum olmayan şəxslərdən, eyni zamanda meyitdən də orqan donorluğu götürülməsi tətbiq olunsun.

    Bəs daxili orqanlarını satışa çıxaranlarla necə mübarizə aparılır? Bu cür şəxsləri hansı cəza gözləyir?

    Mövzu ilə bağlı Bizim.media-ya danışan hüquqşünas Ruslan Vəliyev həmin insanları 3-5 ilədək həbs cəzasının gözlədiyini deyib:

    “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı ilə məşğul olanlar 3 ilədək müddətə, ağırlaşdırıcı hallarda isə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

    Vəkil bu cür qanunsuz elanlarla aidiyyəti qurumların mütəmadi məşğul olduqlarını bildirib:

    “Bu cür elanlar üzrə satıcılar və alıcılar DİN monitorinq qrupları tərəfindən izlənilir və cinayət məsuliyyətinə cəlb olunurlar”.

  • Cevdet Yılmaz: “Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”

    “Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”.

    “Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Azərbaycanda son illərdə ən böyük tarixi hadisə Qarabağın işğaldan azad edilməsidir.

    “Bu böyük zəfərə liderlik edən başda Ali Baş Komandan, Prezident İlham Əliyevə və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirik. Zəfər əldə edərkən şəhid olanlara rəhmət diləyirik. İndi işğaldan azad edilən bu torpaqların bərpa və dirçəldilməsi zamanıdır. Qarabağın çox güclü, inkişaf etmiş bölgə olması üçün əməkdaşlığımızı ən yuxarı səviyyədə davam etdirəcəyik. Turizmdən kənd təsərrüfatına qədər bütün sahələr daxil olmaqla əməkdaşlığımız davam edəcək”, – C.Yılmaz bildirib.