Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Müstəqillik Günü, Bəhreyn Krallığını isə Milli Günü münasibətilə təbrik edib.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşımlar edilib.
Month: December 2023
-
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, – deyə o bildirib.
R.Qasımov əlavə edib ki, Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
“Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq”.
-
İşdən çıxarılan polkovnik-leytenant hansı maddələrlə ittiham edilir?

Ötən ay vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb edilən Şərur rayonunun hərbi komissarının nədə ittiham olunduğu məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Həsən Məmmədov külli miqdarda rüşvət almaqda təqsirləndirilir.İttihamda deyilir ki, hərbi komissar çağırışçıların qanunsuz olaraq hərbi xidmətdən yayınmasına və qoşun növləri üzrə bölünmənin şəffaf prosedurlar üzrə aparılmamasına şərait yaradıb, bunun müqabilində bir neçə nəfərdən ümumilikdə 17 min manat rüşvət alıb.
H.Məmmədov Cinayət Məvəlləsinin 311.3.1-ci ( 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma-külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, rayon prokuroru tərəfindən həbsi tələbi ilə məhkəməyə təqdimat verilib.
Şərur Rayon Məhkəməsi polkovnik-leytenantın həbsini zəruri hesab etməyib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
-
Küveytin yeni əmiri elan edildi

Küveyt hökuməti vəliəhd şahzadə Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabahı yeni əmir elan edib.
Bu barədə Küveyt dövlət televiziyası məlumat verib.Qeyd edək ki, bu gün Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında dünyasını dəyişib.
Mənbə: RİA Novosti
-
Naxçıvanda 621 min manatlıq kibercinayət edənlər saxlanılıblar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıblar.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.Belə ki, Babək rayon sakinləri Mircoşqun Məhərrəm oğlu Seyidov və Hikmət Məhərrəm oğlu Edilxanov 10-na yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və beş bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlarda dövriyyə 621 min manat olub.
Eyni zamanda, Nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayətlər üzrə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini İlqar İslam oğlu Səfərov saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.
Faktla bağlı araşdırmalar davam edir.
-
Azərbaycanda qış turizm mövsümünə start verilib

16-17 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.
Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib.
O, həmçinin bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (“ISMF”) beynəlxalq seriya yarışının keçiriləcəyi haqqında məlumat verilib.
Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.
Mediaturda KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə ediblər.
Mediatur çərçivəsində, həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və bloqerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellərdə gecələyənlərin sayı 67 821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158 506 nəfər təşkil edib.
-
Али Асадов отправился с рабочим визитом в РФ

Премьер-министр Азербайджана Али Асадов отправился с рабочим визитом в Российскую Федерацию (РФ).
Об этом сообщили в пресс-службе Кабинета министров республики.
-
Əli Əsədov Moskvaya işgüzar səfərə gedib

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb. -
Скончался эмир Кувейта

В возрасте 86 лет скончался эмир Кувейта Наваф аль-Ахмед аль-Джабер ас-Сабах.
Об этом сообщило кувейтское государственное телевидение, в эфире которого было зачитано официальное заявление канцелярии эмира о смерти шейха Навафа.В конце ноября сообщалось о его госпитализации из-за проблем со здоровьем.
Наваф аль-Ахмед аль-Джабер ас-Сабах находился на престоле Кувейта с сентября 2020 года. После него власть перейдет его младшему брату, наследному принцу Мишааль аль-Ахмед аль-Джабер ас-Сабаху.
Источник: ТАСС
-
Küveyt əmiri vəfat etdi

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.
Bu barədə Küveyt dövlət televiziyası məlumat verib.Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın 86 yaşında dünyasını dəyişdiyi bildirilib.
Mənbə: TASS


