Month: December 2023

  • “Yuventus” transferlə bağlı danışıqlar aparır

    “Yuventus” klubu transferlə bağlı danışıqlar aparır.

    Məlumata görə, klub hələlik transfer hədəfini müəyyənləşdirməyib, lakin “Şaxtyor”dan Georgi Sudakov və “Atletiko”dan Rodriqo De Paulun ətrafı ilə danışıqlar aparır.

    “Yuventus”çular, həmçinin “Atalanta”nın yarımmüdafiəçisi Tön Kopmeynerslə də maraqlanırlar. Turin klubunun 25 yaşlı niderlandlı ilə maraqlanması hələ bu ilin fevralında məlum olub. Yayda “Atalanta” ona 50 milyon avro qiymət qoysa da, yanvarda bu qiymət 40-45 milyon avroya düşə bilər.

    “Yuventus” Sudakov üçün 25 milyon avro ödəməyə hazırdır. Ukraynalı futbolçu bu mövsüm bütün turnirlərdə “Şaxtyor”un heyətində 17 oyun keçirib. Onun üç qol və bir məhsuldar ötürməsi var.

    Mənbə: championat.com

  • Sumqayıtda qadının çantasından patron aşkarlanıb

    Sumqayıt şəhərində qadının çantasından patron aşkarlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, Səbail rayon sakini, 1990-cı il təvəllüdlü Könül Mehman qızı Mehtiyevanın əl çantasından bir ədəd doqquz kalibrli “Makarov” tipli tapançaya məxsus patron aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda növbəti güzəştli mənzillərin seçim prosesi başa çatıb

    Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 432 mənzilin seçim prosesi başa çatıb.

    “Report” xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.

    “371 mənzil üzrə seçim ərizələri imzalanıb, qalan mənzillər seçilib və onlar üzrə ərizələr növbəti günün sonuna kimi imzalanıb təqdim olunacaq. Həmin müddət ərzində onlar hər hansı texniki problem yaşayarlarsa, bizə müraciət etdikləri təqdirdə əlaqəli qurumlar tərəfindən həmin şəxslərə yardım göstəriləcək”, – deyə o bildirib.

    F. Qurbanlı vurğulayıb ki, satış prosesinə hər hansı kənar müdaxiləyə qarşı həm funksional, həm də təhlükəsizlik tədbirləri görülüb:

    “Əyani olaraq izlədiyimizə görə seçim prosesinə heç bir kənar müdaxilə olmayıb”.

    Xatırladaq ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km, 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzil, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə bir mənzil satışa çıxarılıb.

    “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

  • Захид Орудж намерен баллотироваться в президенты на выборах в 2024 году

    Председатель правления Центра социальных исследований, депутат Захид Орудж объявил о намерении выдвинуть свою кандидатуру на предстоящих президентских выборах.

    Об этом он сообщил Report.

    Депутат также заявил, что в ближайшие дни официально представит документы в Центральную избирательную комиссию.

    Внеочередные президентские выборы в Азербайджане назначены на 7 февраля 2024 года.

    15 декабря на расширенном заседании правления партии “Ени Азербайджан” (ПЕА) было принято решение о выдвижении кандидатуры действующего Президента Ильхама Алиева на выборы главы государства.

  • Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb

    Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlayıb.

    O, bu barədə “Report”a açıqlamasında məlumat verib.

    Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.

    Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir:

    “Biz təkcə birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın yeni yüz ilinə – Zəfər əsrinə səs veririk! Biz elə etməliyik ki, 7 fevral şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək qalib azərbaycanlıların “Ədalətin zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk”.

    “Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcək”, – deyə Z.Oruc vurğulayıb.

  • Ильхам Алиев поздравил короля Бахрейна

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо королю Бахрейна Шейху Хамаду ибн Исе Аль Халифе.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана рад передать Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю национального праздника Королевства Бахрейн.

    Уверен, что мы и впредь будем прилагать совместные усилия для укрепления дружественных отношений между Азербайджаном и Бахрейном, расширения нашего представляющего взаимный интерес сотрудничества как в двусторонней, так и в многосторонней плоскости.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, дружественному народу Бахрейна – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

    Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Azərbaycandan qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 11 nəfər saxlanılıb – VİDEO

    Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.

    Bu barədə DİN-dən bildirilib.

    Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, məsuliyyət tədbirləri görülüb.

    Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib.

    Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,12 доллара (0,15%) и составила 81,38 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,15% azalaraq 81,38 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

    2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.