Month: December 2023

  • В Агстафинском районе сгорел грузовик

    В селе Гейджали Агстафинского района загорелись кабина и моторная часть грузового автомобиля Mercedes.

    Об этом сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям.

    По имеющимся данным, остальная часть транспортного средства была защищена от огня.

    Пожар был потушен подразделениями пожарной охраны.

  • Ağstafada yük avtomobili yanıb

    Ağstafa rayonunun Göycəli kəndində “Mercedes” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Гяндже задержаны подозреваемые в наркоторговле

    Сотрудники Главного управления полиции города Гянджа и его подведомственных структур осуществили ряд мер по выявлению лиц, занимавшихся незаконным оборотом наркотиков.

    Об этом сообщили Report в гянджинской региональной группе пресс-службы МВД.

    Было отмечено, что в результате проведенных оперативно-разыскных мероприятий задержаны около 20 человек, подозреваемых в продаже и распространении наркотических средств, ввезенных на территорию страны различными способами, в том числе в город Гянджа.

    При обыске при каждом задержанном были обнаружены и изъяты различные наркотические средства.

    Задержанные сообщили, что приобретали наркотические средства в соцсетях у незнакомых им граждан иностранных стран с целью продажи и распространения их на территории города Гянджа.

    При осмотре дома, в котором проживали несколько человек, было обнаружено и изъято огнестрельное оружие. В отношении каждого из этих лиц возбуждены уголовные дела, продолжаются следственные мероприятия.

  • Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

    Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb.

    Saxlanılmış hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.

    Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı Gəncə şəhəri ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aralarında əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir neçə şəxsin yaşadığı evə baxış keçirilən zaman narkotik maddələrlə yanaşı odlu silahlar da aşkarlanaraq götürülüb. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.

    Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

  • “Google” artıq istifadəçilərin geolokasiya məlumatlarını hüquq-mühafizə orqanlarına verməyəcək

    Amerikanın “Google” texnologiya korporasiyası “Google Maps” kartoqrafik xidmətini yeniləyib. Yeniliklərdən biri “Google”un istifadəçilərin yerləşmə tarixçəsi haqqında məlumat toplamaqdan imtina etməsi olub ki, bu məlumatlar indi şirkətin serverlərində deyil, onların cihazlarında saxlanılacaq.

    Bu barədə məlumat qurumun rəsmi bloqunda dərc olunub.

    “Google”, “Bloomberg” nəşriyyatının araşdırmasından bir neçə ay sonra geolokasiya məlumatı ilə bağlı siyasətini yeniləyib.

    Jurnalistlər müəyyən ediblər ki, ABŞ polisi cinayət təhqiqatları ilə əlaqədar vətəndaşların yeri və axtarış sorğularını əldə etmək üçün getdikcə orderlərdən daha çox istifadə etməyə başlayıb. Eyni zamanda, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta zorakılıq olmadan qanun pozuntuları hallarında da şəxsi məlumatları tələb edir və bəzən hadisələrə heç bir aidiyyəti olmayan insanlarla maraqlanırlar.

    Ekspertlərin fikrincə, istifadəçinin geolokasiyası məlumatlarını toplamaqdan imtina “Google”a qanuni olaraq polisin və digər hüquq-mühafizə orqanlarının tələblərinə məhəl qoymamağa imkan verəcək. Bəzi istifadəçilər öz yerdəyişmələri haqqında məlumatı “Google”un bulud yaddaşında şifrələnmiş formada saxlamaq qərarına gəlsələr belə, şirkət təhlükəsizlik qüvvələrinin sorğularına cavab verə bilməyəcək.

    Eyni zamanda, rəqəmsal hüquq və azadlıqların müdafiəsi üzrə mütəxəssislər xatırladırlar ki, polis hələ də onlardan axtarış sorğularının tarixini təqdim etməyi tələb edə bilər. Əks axtarış hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Google”da müəyyən terminlərlə məlumat axtaran, məsələn, cinayətin törədildiyi yerin yaxınlığındakı ünvanı “Google”da axtaran hər kəsi göstərəcək.

    Mənbə: gazeta.ru

  • Kanada Latviyaya hava hücumundan müdafiə və PUA əleyhinə sistemlər yerləşdirəcək

    Kanada 2024-cü ildə Latviyada helikopterlər, qısamənzilli hava hücumundan müdafiə sistemləri, PUA əleyhinə sistemlər yerləşdirəcək.

    Bu sözləri Kanadanın milli müdafiə naziri Bill Bler deyib.

    B.Bler, həmçinin əlavə edib ki, Kanada təcili surətdə NATO-nun Latviyadakı hərbi kontingenti üçün 32 milyon ABŞ dolları dəyərində mobil tank əleyhinə raket sistemlərinin alınmasını təşkil edəcək.

    Qeyd edək ki, hazırda Latviyada 1000-ə yaxın kanadalı hərbçi var və 2026-cı ilə qədər onların sayının 2 200-yə çatdırılması planlaşdırılır.

    Mənbə: LETA

  • Релоканты и армяне массово покидают Армению?

    После начала российско-украинского конфликта и особенно широкомасштабных санкций против России в прошлом году большое количество российских граждан были вынуждены покинуть страну и некоторые из них разместились в Армении.

    Об этом говорится в статье, опубликованной в армянском издании “168 жам”.

    “Некоторые из них также перенесли свой бизнес и начали работать из Армении, что способствовало как увеличению потребительского спроса, так и высокому экономическому росту, зафиксированному в некоторых отраслях. Однако в этом году поток российских граждан прекратился. Релоканты постепенно начали уезжать. Часть, вероятно, вернулась, другая часть предпочла уехать в другие страны.

    Причины отъезда из Армении разные, начиная от социально-экономических, заканчивая политическими. Слишком высока не только арендная плата за квартиры, но и цены на потребительские товары. Также одной из причин выезда из Армении, вероятно, является проводимая властями Армении антироссийская политика и формирование негативных настроений по отношению к россиянам”, – отмечается в информации.

    По официальным данным, в этом году в Армению въехали 1 459 000 граждан России. Число покинувших Армению составило почти 1 469 000 человек.

    “Это означает, что часть тех, кто переехал и обосновался в Армении в прошлом году, уже успел уехать.

    Однако на смену уезжающим россиянам приходят индийцы. За десять месяцев прошлого года количество приехавших в Армению граждан Индии составило почти 16 700. В этом году их число достигло 42 800.

    Помимо этого, Армению продолжают покидать граждане республики. Число уезжающих продолжало расти. А это значит, что сколько бы власти ни говорили о высоких темпах экономического роста и создании хороших условий для жизни, миграция не только сохраняется, но и достигает достаточно высоких темпов”, – говорится в статье.

  • Ermənistana köçən Rusiya vətəndaşları və ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər?

    Ötən il Rusiya-Ukrayna münaqişəsinin başlanmasından və xüsusilə Rusiyaya qarşı irimiqyaslı sanksiyalardan sonra xeyli sayda Rusiya vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb və onların əksəriyyəti Ermənistanda məskunlaşıb.

    Bu barədə Ermənistanın “168 Jam” nəşrində dərc olunan məqalədə deyilir.

    “Onlardan bəziləri bizneslərini köçürüb Ermənistanda fəaliyyətə başlayıblar ki, bu da həm istehlak tələbinin artmasına, həm də bəzi sənaye sahələrində qeydə alınan yüksək iqtisadi artıma öz töhfəsini verib. Lakin bu il Rusiya vətəndaşlarının axını dayanıb. Ölkəyə köçənlər isə tədricən oranı tərk etməyə başlayıblar. Bəziləri, çox güman ki, geri qayıdıb, digər hissəsi isə başqa ölkələrə getməyi seçib.

    Ermənistanı tərk etməyin səbəbləri müxtəlifdir, sosial-iqtisadidən tutmuş siyasiyə qədər. Təkcə mənzil kirayələri deyil, həm də istehlak mallarının qiymətləri çox yüksəkdir. Həmçinin Ermənistanı tərk etməyin səbəblərindən biri də yəqin ki, Ermənistan hakimiyyətinin apardığı anti-Rusiya siyasəti və ruslara qarşı mənfi əhvali-ruhiyyənin formalaşmasıdır”, – deyə məlumatda qeyd olunub.

    Rəsmi məlumatlara görə, bu il Ermənistana 1 459 000 Rusiya vətəndaşı daxil olub. Ermənistanı tərk edənlərin sayı isə təxminən 1 469 000 nəfər olub.

    “Bu o deməkdir ki, ötən il Ermənistana köçüb məskunlaşanların bir qismi artıq gedib. Bununla belə, gedən rusiyalıların yerini hindistanlılar tutur. Ötən ilin on ayında Ermənistana gələn Hindistan vətəndaşlarının sayı təxminən 16 700 nəfər olubsa, bu il onların sayı artaraq 42 800 nəfərə çatıb.

    Bundan əlavə, respublika vətəndaşları Ermənistanı tərk edirlər. Gedənlərin sayı artır. Bu o deməkdir ki, hakimiyyət yüksək iqtisadi artım templərindən və yaxşı yaşayış şəraitinin yaradılmasından nə qədər danışsa da, miqrasiya nəinki davam edir, həm də kifayət qədər yüksək templərə çatır”, – deyə məqalədə deyilir.

  • Sabah Bakıya sulu qar yağacaq – PROQNOZ

    Ölkə ərazisində dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Səhərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq.

    Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq.

    Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

  • DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib

    “Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciətində deyilib.

    Bildirilib ki, son günlər müşahidə olunan yağmurlu hava şəraitini nəzərə alaraq, sürücülər avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar:

    “Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur”.