Month: December 2023

  • Попавший в аварию президент ПФЛ отправлен в Турцию для операции

    Сегодня утром около 06:30 на участке дороги Евлах – Агдам – Лачын, проходящем по территории Агдамского района, автомобиль Mercedes Vito, за рулем которого находился житель города Баку Расул Гафарлы, потерял управление и врезался в дорожный знак во время движения в направлении Ханкенди.

    В результате инцидента президент Профессиональной футбольной лиги (ПФЛ) Эльхан Самедов получил серьезные телесные повреждения.

    Как сообщает Bizim.Media, он отправлен в Турцию на специальном самолете для проведения операции.

    Отметим, что у президента ПФЛ был диагностирован большой открытый перелом правой голени, перелом правого локтевого сустава.

    Стоит добавить, что в результате инцидента пострадали шесть человек.

  • Qəzaya düşən PFL prezidenti əməliyyat üçün TÜRKİYƏYƏ APARILIR

    Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

    Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.

    Bizim.Media-nın əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

    Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.

  • Sabiq icra başçısı vəfat etdi – FOTO

    Beş il (1994-1999) Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş İnqilab Nadirov bu gün vəfat edib.

    83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.

    O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989-1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.

  • Sabirabadda 54 yaşlı kişinin meyiti tapılıb

    Sabirabadda kişi meyiti tapılıb.

    Hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Mirzəyev Vadər Mahmud oğlunun meyiti yaşadığı evdə aşkar edilib.

    Mərhumun baş nahiyəsində xəsarətlər olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan millisinin baş məşqçisi: “Bir az təcrübəmiz çatmadı”

    “Bir az təcrübəmiz çatmadı”.

    “Report”un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Rumıniya yığması ilə 5:5 hesablı heç-heçə etdikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

    41 yaşlı mütəxəssis gərgin mübarizə olduğunu bildirib:

    “Uşaqlar çox yaxşı idilər. Oyun bizim nəzarətimizdə idi. Rəqib müdafiədən çıxış edirdi. Rəqib 5-in 4-ə yaxşı oynamağı bacarır. Buna hazırlaşmışdıq. Amma praktika başqadır. Heyətimizdə yeni oyunçular var idi. Hamısından razı qaldım”.

    Çalışdırıcı qapıçı Rövşən Hüseynlidən razı qalıb: “Rəqib qapıçını dəyişdirdiyi zaman çox yaxşı çıxış edir. Bəlkə birinci qolda zərbəni qapıçımız dəf edə bilərdi. Amma ümumilikdə Rövşən Hüseynlidən razı qaldım. Onda hansısa səhv görmədim”.

    Vitali Borisov bir neçə legionerin müxtəlif səbəblərdən oynamadığını vurğulayıb:

    “Edu qırmızı vərəqəyə görə oynamırdı. 1-2 nəfər isə zədəli idi. Gənclərlə oynamaq lazımdırsa, bu proses vaxt aparacaq”.

  • Azərbaycanın gələn il üçün FİFA referiləri açıqlandı

    2024-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin adlarına aydınlıq gəlib.

    Median.Az AFFA-ya istinadən xəbər verir ki, FİFA tərəfindən təsdiqlənmiş siyahısıda dörd referi yer alıb.

    Növbəti ildə də Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar.

    Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva baş hakimlərə kömək edəcəklər.

    Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də fəaliyyət göstərəcəklər.

    Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər.

  • Qəzzaya humanitar yardım aparan 300-dən çox təyyarə Misirdədir

    Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan 300-dən çox yük təyyarəsi Fələstin anklavında gərginliyin artmasından sonra Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin hava limanına enib.

    Bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin Şimali Sinay əyalətindəki rəhbəri Xalid Zaid məlumat verib.

    “Oktyabrın 12-dən indiyədək sektorun sakinlərinə humanitar yardım daşıyan 305 təyyarə Əl-Ariş hava limanına gəlib”, – deyə Zayed bildirib. O əlavə edib ki, anklava çatdırılmaq üçün 8,5 min ton dərman, ərzaq məhsulları, geyim, çadırlar, şəxsi gigiyena vasitələri, o cümlədən onlarla təcili yardım maşını və bir neçə səhra xəstəxanası Sinayın şimalına təyyarə ilə gətirilib.

    Mənbə: TASS

  • “Plana düşən” evlərə “kəsilən” 1500 AZN – Kompensasiyanın məbləği artacaqmı?

    Paytaxtda bir çox köhnə binalar və ya fərdi yaşayış məntəqələri sökülür. Onların yerlərində ya parklar salınır, ya yeni yollar çəkilir, ya da hündürmərtəbəli binalar tikilir.

    Buna baxmayaraq, bir çox hallarda evləri sökülməli olan sakinlər narazılıq edirlər. Bu narazılığa əsas səbəb isə hər kvadrat metr üçün verilən pulun az miqdarda olmasıdır.

    Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyini deyir.

    Həmin evlərin kvadrat metrini isə 2, hətta 3 dəfə baha satırlar. Bu isə öz növbəsində süni qiymət artımına şərait yaradır.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Publika.az-a açıqlama verib.

    O qeyd edib ki, son illərdə tikinti şirkətlərinin çoxu əvəzləşməyə üstünlük verirlər:

    “Həmin ərazidə bina tikilmirsə bu halda həmin şəxsə pul verilir. Bəzi hallarda vətəndaşlar belə şikayətlər edəndə qeyd edirlər ki, bu rəqəm guya Nazirlər Kabineti tərəfindən müəyyən və təsdiq olunub.

    Buna görə də dəyişməz qiymətdir. Lakin belə bir şey yoxdur. Nazirlər Kabineti ərazilərə görə tikinti şirkətləri üçün qiymət təsdiq etmir. Bu bir ticarətdir.
    Vətəndaş istəyir ki, öz məhsulunu baha satıb, ucuz alsın. Bu bazarın qanunauyğunluğudur. Tikinti şirkəti də təbii ki, bütün planlarını mənfəət götürmək üzərində qurub. Buna görə də tikinti şirkətini ittiham etmək olmaz.

    Vətəndaşın konstitusiya tərəfindən verilən hüququ var ki, evini istədiyi qiymətə satsın.

    Heç bir tikinti şirkəti məcburi şəkildə vətəndaşı evindən çıxara və evi söka bilməz. Belə hal baş verən zaman mülkiyyətçi prokurorluğa şikayət etməlidir.

    Bu zaman isə prokurorluq məsələni araşdırır, hətta tikinti şirkəti barəsində cinayət işi belə açıla bilər. Hesab edirəm ki, bu bir mənəvi məsələdir.

    Eyni zamanda, bunun arxasında çox ciddi iqtisadi reallıqlar dayanır. Bu da bazarın qanunauyğunluqlarından biridir”.

  • Röya Ayxan illər sonra Yeni il gecəsi səhnə alacaq

    Dekabrın 30-u və 31-də, Yeni il axşamı “Şazeli Səhnə” restoranında möhtəşəm konsert proqramı baş tutacaq.

    Belə ki, 30-31 dekabr illər sonra ilk dəfə, Azərbaycanın Xalq artisti, milyonların sevimlisi Röya canlı konsert proqramı ilə Yeni ilin ilk gününü məhz “Şazeli Səhnə” də keçirəcək.

    Qeyd edək ki, 31 dekabr Ayaz Babayev də “Şazeli Səhnə”də səhnə alacaq.

  • Bakıda dönərxanada yanğın olub

    Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan dönərxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    “Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.