Month: Yanvar 2024

  • Sürücülərin NƏZƏRİNƏ – Bu yolda məhdudiyyət tətbiq edilir

    Bakının bir küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Bildirilib ki, Cavanşir körpüsünün üzərində, “Azneft” dairəsində sıxlığın qarşısını almaq məqsədilə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində fasilələrlə məhdudiyyət tətbiq edilir.

    “Sürücülərdən nəzərə almaları xahiş edilir”, – məlumatda qeyd olunub.

  • Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair qaydaların pozulmasına görə yeni cərimələr tətbiq olunacaq

    Bu gündən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.

    Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına, yəni:

    – “İcazə” blankının doldurulması zamanı məlumatların pozulmasına, təhrif olunmasına və yenidən yazılmasına;

    – “İcazə” blankının başqa şəxslərə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

    Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • ƏDV keşbek gəlir vergisindən azad edilib

    Bu gündən əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına görə əldə olunan gəlirlər vergidən azad edilib.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV keşbek) görə əldə olunan gəlirlər gəlir vergisindən azad edilib.

  • “Makarov” tapançası gəzdirən şəxs yeni ilin ilk günü saxlanılıb – VİDEO

    Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

    Onun üzərindən bir ədəd “Makarov” markalı tapança, altı ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib. Araşdırmalar davam etdirilir.

    “Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər”, – deyə məlumatda vurğulanır.

  • AZAL Londonun daha bir hava limanına uçuşlara başlayır

    Bu il martın 31-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır.

    Bu barədə AZAL-dan bildirilib.

    Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə üç dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək.

    Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluq səbəbindən Qatvik aeroportuna yönəlirlər.

    Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üçsinifli – ekonom, komfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsi ilə həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə – həyata keçirilir.

    Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi.

  • Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub

    Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.

    Ölkədə 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ayolacaq.

    1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 ilolacaq.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

    “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

  • Nazirlikdən avtomobillərini nizamsız parklayan sürücülərə XƏBƏRDARLIQ

    Fövqalədə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərini nizamsız parklayan sürücülərə müraciət edib.

    Müraciətdə bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:

    Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

    “Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”, – müraciətdə vurğulanıb.

  • Saatlıda canavarlar kəndə hücum edib

    Saatlıda canavarlar kəndə hücum edib, 14 baş xırdabuynuzlu heyvanı parçalayıb, 8-ni yaralayıb.

    Median.Az report-a iatinasən xəbər verir ki, hadisə səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.

    Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Qəhəldə saxlanılan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 8-ni isə yaralayıb.

    Bu barədə baytarlıq şöbəsinə məlumat verilib.

    Hadisə yerinə gələn baytarlar tərəfindən ərazidə dizinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.

  • 2024-cü ildə bu bürclərə XƏBƏRDARLIQ – İlin ən şanssızları açıqlandı

    2024-cü ilin ən şanssız bürcləri bəlli olub. Şanssızlığınız sizi məyus etməsin. Verəcəyiniz qərarların nəticələri bir qədər kədərli ola bilər. Lakin unutmayaq ki, cəhd və risk etməsəniz öyrənə bilməzsiniz…

    Astroloqların fikrincə bu il torpaq elementinin bürcləri üçün bir qədər çətin keçəcək.

    Median.Az xarici astroloqların araşdırmalarına iatinadən 2024-cü ilin ən şanssız bürclərini təqdim edir:

    Buğa

    İş həyatlarında problemlərlə qarşılaşmaq ehtimalı var. Yeni iş təklifi gəlməyə və ya mövcud iş yerlərində vəzifəyə təin edilməyə bilərlər. Ekanomik baxımdan çətin dövr Buğaları gözləyir.

    Qız
    Səhhətləri ilə bağlı problemlə üzləşə bilərlər. Xüsusilə də xroniki nasazlığı olan Qız bürcləri bu dövrdə diqqətli olmalıdırlar.

    Balıq

    Ailəvi problemlər yarana bilər. Xüsusən də valideyn-övlad münasibətləri korlana, ailə daxili münaqişələr yarana bilər.

    //Baku.ws

  • Abşeron və Binəqədinin bəzi əraziləri niyə işqısız qalıb? – Səbəb bilindi

    “Azərişıq” ASC-yə məxsus yarımstansiyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35 kV-luq əsas xətt, həmçinin 6 kV-luq yeraltı kabellərin zədələnməsi nəticəsində Abşeron və Binəqədi rayonunlarının bir hissəsinin elektrik enerji təchizatı dayandırılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, vətəndaşların atdığı fişəng nəticəsində baş verib.

    Bu səbəbdən 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.
    “Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: “Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.