Month: Yanvar 2024

  • Polis dörd rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

    Bakının Nəsimi rayonunda polis əməliyyat keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Kürdəmir rayon sakini Pünhan İmanov saxlanılıb.

    Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və yeddi ədəd patron aşkar olunub.

    Bundan başqa, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Səbbaqi saxlanılıb. Ondan çəkisi iki kiloqramdan artıq marixuana aşkar edilib.

    Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini Fədakar Mürşüdov saxlanılıb. Ondan iki kiloqram heroin və 350 qram metamfetamin aşkar olunub.

    Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini Nicat Quliyev saxlanılıb.

    Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Quliyevin evinə baxış zamanı oradan lüləsi kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 10 ədəd patron aşkar olunaraq götürülüb.

  • Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği müəyyənləşdi – FOTO

    Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”ni və “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


    Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən 2 il müddətinə 50% tətbiq edilir.

    Bu Qərarın 1-ci və 3-cü hissələri 2024-cü il fevralın 1-dən, 2-ci hissəsi 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

    Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

  • Azərbaycanlı qadınları Türkiyəyə aparmaqda ittiham edilən şəxsə bəraət verildi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Lalə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Lalə Əsədova dərhal məhkəmə iclası zalından azadlığa buraxılıb.

    İttihama görə, Lalə Əsədova Azərbaycan vətəndaşı olan 2 qadının etibarından sui-istifadə edərək Türkiyənin Trabzon şəhərinə aparıb, orada cinsi istismara məruz qoyub. Həmin şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (İnsan alveri) maddələri ilə ittiham irəli sürülüb.

  • Bakıda bacısını vəhşicəsinə qətlə yetirən şəxsə HÖKM OXUNDU

    Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    İttiham aktında qeyd edilib ki, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.

    Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı – 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb.

    Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılaraq, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb.

    Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşına hökm oxunub

    Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif “Ədalət hərəkatı” partiyasının lideri İmran Xanı və onun həyat yoldaşı Büşra Bibini korrupsiya və xaricdən göndərilən hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə 14 il həbs cəzasına məhkum edib.

    Bundan əvvəl Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

    Qeyd edək ki, Xan 2018-22-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı etimadsızlıq votumu nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

    Mənbə: TASS

  • Azərbaycanın məşhur sənətçisi vəfat etdi – FOTO

    Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov ötən gecə 69 yaşında dünyasını dəyişib.

    Milli.az xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək çatışmazlığı və hipertoniyadan əziyyət çəkirdi.

    Eldar Əliabbas oğlu Qafarov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.

    1983-cü ildə Yuli Qusmanın teatrında, 1984-89-cu illərdə Rəşid Behbudov adına Mahnı Teatrında, 1990-2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın kollektivində fəaliyyət göstərib.

    Müxtəlif illərdə Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücəddinov, Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif Süleymanbəyli, İlqar Muradov, İlqar Xəyal kimi sənətkarlarla əməkdaşlıq edib.

    Salman Qəmbərovun “Bakustik Jazz” və “Lətif” layihələrinin iştirakçısı olub.

    Almaniya, Fransa, İsveçrə, Monqolustan, Argentina, Avstriya, Ukraynada keçirilən musiqi festivallarında iştirak edib.

    Son vaxtlar “AzTV”nin estrada ansamblında və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllim işləyirdi.

  • Rusiyada olan Azərbaycan vətəndaşlarının səs verəcəkləri məntəqələr açıqlanıb – SİYAHI

    Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş konsulluqlarda seçki məntəqələri açılacaq.

    Secki-2024.az saytının xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

    Seçki məntəqələrinin ünvanları:

    Moskva şəhəri, Voznesenski prospekti, 15;

    Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;

    Yekaterinburq şəhəri, Karl Leybnits küçəsi, 5;

    Məlumat üçün bildirək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkisi dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənardaqalma bülletenləri gətirmələri xahiş olunur.

  • DİN-dən kiberhücumlarla bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

    Qurumdan verilən məlumata görə, müraciətdə deyilir:

    “Kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq.

    – Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;

    – Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

    – İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

    – “Yüksəkgəlirli onlayn iş imkanı” kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın. Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin;

    – Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

    – Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;

    – Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;

    – “Haker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;

    – Saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun;

    – Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin”.
    Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb-səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etmək tövsiyə olunur.

  • Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb

    Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb.

    Bu barədə Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Məlumata görə, qurum Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirib. Aparılmış təhlillər nəticəsində Sədərəklə Dilucu arasında vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvarın 30-dan sözügedən ərazidə yeni marşrut təşkil edilib. Marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcək.

    İndiyə qədər sərnişinlər Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində olublar. Bu istiqamətdə yeni marşrutun açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaq.

  • Türkiyənin təhsil naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

    Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib.

    “Report” xəbər verir ki, qonaqlar Fəxri xiyabanında ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

    Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.