Month: February 2024

  • “Emin 444”ün qətl törətmiş xalası oğlu ilə bağlı QƏRAR

    Ali Məhkəmədə “Emin 444” kimi tanınan Emin Səfərovun ölümünə görə qətl törətmiş onun xalası oğlu Samir Şirəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

    Qeyd edək ki, hadisə 2022-ci il mart ayında Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

    Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

    Zaur Yusifov “Emin 444” ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

    Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə 2021-ci ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

    Zaur Yusifovun qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Çünki onu qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.

  • Bakıda ana 4 yaşlı uşağını gecə küçəyə atıb

    Ötən gecə Bakıda küçədən dörd yaşlı uşaq tapılıb.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şəxsi feysbuk hesabında paylaşım edib.

    O qeyd edib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib. Dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.

  • Bakıda ailə üzvlərini amansızlıqla qətlə yetirən şəxs psixiatrik xəstəxanada qeydiyyatda olub

    Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir.

    “Qafqazinfo” xəbər verir ki, Ə.Əhmədov barəsindəki ən ciddi və ağır iddia onun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlıdır. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib.

    Mövzu ilə bağlı apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur və iddia edilən cinayətlə bağlı qeydiyyat mövcud deyil.

    Bununla yanaşı, onun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub.

    Qohumları ilə bərabər Ə.Əhmədovu tanıyan digər şəxslər, eləcə də məktəb yoldaşları onda psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini bildiriblər.

    Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var.

    Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

  • Кабмин Азербайджана сегодня уйдет в отставку

    Кабинет министров Азербайджана сегодня уйдет в отставку.

    Новость дополняется

  • Nazirlər Kabineti bu gün istefa verəcək

    Nazirlər Kabineti bu gün istefa verəcək.

    Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qalib gələn İlham Əliyev bu gün and içib.

    Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

    Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

    Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

    Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

  • Enerji içkilərinin insan sağlamlığına təhlükəsi – Kardioloqdan xəbərdarlıq

    Müntəzəm olaraq enerji içkilərindən istifadə insan orqanizmini məhv edir.

    Bu barədə rusiyalı kardioloq və diyetoloq Asiyat Xaçırova danışıb.

    “Əgər insan enerji içkisi istehlak edir və üstündən hələ qəhvə də içirsə, bu, ikiqat pisdir, çünki bu zaman kofeinin miqdarı həddindən çox olur və ürək-damar sisteminə zərərli təsir göstərir. Bundan əlavə, kofeinə fərdi həssaslığın da olması mümkündür”, – o xəbərdarlıq edib.

    Həkim vurğulayıb ki, böyüklər üçün kofeinin gün ərzində icazə verilən istehlak dozası 400 milliqramdır. Həmçinin, enerji içkilərində şəkərin miqdarı da önəmlidir.

    Onun sözlərinə görə, enerji içkilərinin tərkibində olan taurin və L-karnitin kimi maddələr də insan sağlamlığına mənfi təsir göstərə bilər.

    Kardioloq izah edib ki, taurin və L-karnitin idmançılar tərəfindən dözümlülüyü artırmaq üçün istifadə edilən metabolik dərmanlardır. Bununla belə, enerji içkiləri çox vaxt daha az aktiv həyat tərzi keçirən insanlar tərəfindən istehlak edilir.

    Mənbə: iz.ru

  • В Милли Меджлисе проходит церемония инаугурации Президента Азербайджана Ильхама Алиева

    В эти минуты в Милли Меджлисе проходит церемония инаугурации Президента Азербайджанской Республики Ильхама Алиева.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Milli Məclisdə and içib – YENİLƏNİR

    Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir.

    President.az xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.

    Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.

    Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək deyib:

    – Hörmətli xanımlar və cənablar.

    Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.

    Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

    Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

    – Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

    Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib:

    – Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.

    Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.

    * * * * *

    Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Азербайджан после антитеррористических мероприятий передал Армении тела 173 человек – ОФИЦИАЛЬНО

    Государственная комиссия по делам военнопленных, заложников и пропавших без вести граждан Азербайджана готова к сотрудничеству с Арменией в сфере обеспечения поисков пропавших без вести лиц с обеих сторон.

    Об этом говорится в заявлении структуры.

    “Государственная комиссия Азербайджанской Республики по делам военнопленных, заложников и пропавших без вести граждан приветствует заявление соответствующей структуры Республики Армения о готовности к сотрудничеству в сфере определения судеб лиц, пропавших без вести в военных действиях, и, как всегда, считает целесообразным объединение усилий в этом направлении.

    Следует отметить, что Азербайджанская Республика, руководствуясь нормами международного гуманитарного права и соответствующими положениями трехстороннего заявления, подписанного 10 ноября 2020 года, при тесном участии российского миротворческого контингента и Международного комитета Красного Креста (МККК) оказала всестороннюю помощь армянской стороне в проведении поисковых работ на территориях, где велись военные действия. После 44-дневной войны были обнаружены и переданы армянской стороне тела 1 713 человек, после военной напряженности, произошедшей на условной армяно-азербайджанской границе 12-14 сентября 2022 года – тела 157 человек, после антитеррористических мероприятий, проведенных 19-20 сентября 2023 года – тела 173 человек.

    3 890 граждан Азербайджана были зарегистрированы в госкомиссии как пропавшие без вести в первой Карабахской войне, и по состоянию на 1 января 2024 года идентифицированы останки только 25 из них.

    В то же время госкомиссия считает необходимым привлечь к процессу поиска мест захоронения пропавших без вести граждан Азербайджана руководивших боевыми действиями Армении до 1994 года полевых командиров и других уполномоченных лиц, обладающих достаточными сведениями о местонахождении массовых захоронений.

    Государственная комиссия еще раз заявляет о своей готовности сотрудничать с соответствующими структурами Республики Армения в области обеспечения поисков пропавших без вести лиц с обеих сторон, соблюдая принципы точности и прозрачности, а также в атмосфере взаимного доверия”, – говорится в информации.

  • Azərbaycan antiterror tədbirlərindən sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib – RƏSMİ

    “Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır”.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib.

    “Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib.

    Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.

    Eyni zamanda, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.

    Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”, – məlumatda qeyd edilib.