Month: Fevral 2024

  • Əməkdar artist yıxılıb: Vəziyyəti ağırdır

    Bir müddət əvvəl ölüm xəbəri ilə gündəmə gələn Əməkdar artist Kifayət Gəncəli xəstəxanaya yerləşdirilib.

    Axşam.az-ın məlumatına görə, bu barədə aparıcı Elgiz Əkbər proqramında deyib. O bildirib ki, aktrisa yıxılıb və vəziyyəti pisdir:

    “Yıxılıb huşunu itirib. Heç kimi tanımırdı. Neçə gündür komada idi, ayılmırdı. İnsult keçirib. Həkimlə əlaqə saxladıq. Deyirlər ayılıb”.

  • Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılmasına başlanılıb

    “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb”.

    Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

    “Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, – məlumatda deyilir.

  • Dörd il öncə müəmmalı şəkildə itkin düşən Goranboy sakininin nəşi tapılıb? – VİDEO

    Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.

    “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı Vüqar adlı şəxs danışıb.

    O bildirib ki, Cavidin nəşi ya dayısının, ya da Astanın (Astan Məsim oğlu Cəfərov – red.) bağındadır. Çünki bir ay qabaq Astanın bağında kart oynayarkən davaları düşüb.

    Qeyd edək ki, A.Cəfərov barədə iddia Cavidin itkin düşdüyü gün kənd ərazisində polislər tərəfindən aparılan axtarışlar zamanı Astana məxsus olan, istifadə edilməyən sahəyə suyun buraxılması olub. Bu səbəbdən polislər həmin gün sözügedən ərazidə axtarış apara bilməyiblər.

  • Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı

    Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

    Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib.

    “Qatı duman səbəbindən yaranan görmə məhdudiyyətinə görə Çanaqqala boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, – deyə qurumdan bildirilib.

    Mənbə: Haber Global

  • Daha bir azyaşlı erkən nikahın qurbanı oldu – VİDEO

    Masallı rayonunda yeniyetmənin zorla ərə verilməsi barədə iddia yayılıb.

    “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində 12 yaşında olduğu deyilən yeniyetmənin özündən yaşca çox böyük biri ilə evləndirilməsi barədə məlumat verilib.

    Lalə Azərtaş həmin şəxslərin görüntüsünü təqdim edərək “Video oğlanın həyətində çəkilib. Gülü dərib qıza verir. Elə bil bir ata gülü qızına verir. Adətən çəkiliş edib sonra yayımlayıram. Amma bu dəfə əlimdə video və fotolar var deyə yayımlayıram” , – deyə şərh edib.  

    Ətraflı süjetdə:

  • MN: “Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir”

    “Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar”.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    “Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur”, – məlumatda deyilir.

  • Vətəndaşların NƏZƏRİNƏ: Sabah bir rayonun qaz təchizatında fasilə yaranacaq

    Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

    Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Məşhur aktrisa HƏBS EDİLDİ

    Fələstini dəstəkləyən etiraz qrupuna qatılan məşhur aktrisa tutulub.
     
    “Euphoria” serialının ulduzu Hanter Şafer İsrailə qarşı “Jewish Voice For Peace” adlı yəhudi təşkilatının Fələstin üçün təşkil etdiyi etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. 
     
    Təşkilat üzvləri  ABŞ Prezidenti Co Baydenin də qatıldığı “The Late Night Show with Set Meyers” proqramının çəkildiyi studiyanın qarşısında etiraz aksiyası keçirib.
     
    Qeyd edək ki, karyerasına məşhur brendlərin siması kimi başlayan Hanter Şafer 2019-cu ildə aktyorluğa start verdiyi “Euphoria” serialı ilə böyük uğur qazanıb.
     
    Həmçinin o, özünü trans qadın kimi təqdim edir.
    //sfera.az

  • Bu kənddə kişilərə küçəyə çıxmaq qadağandır – FOTOLAR

    Bursanın Dipsizgöl kəndində ildə bir gün kişi və qadınlar arasında rol və yer dəyişikliyi baş verir.
     
    Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmişdə kənddə tətbiq edilən, lakin zamanla unudulan bir ənənə son 4 ildə kəndin idarıçisi Levent Aslanın təşkilatçılığı ilə yenidən canlanmağa başlayıb.
     
    Belə ki, ənənəyə görə, qadınlar kənd çayxanasında və kənd meydanında doyunca vaxt keçirir, kişilərə isə komendant saatı tətbiq edilir. Beləliklə, hər kəs bir-biri ilə empatiya qura bilir. Burada əsas məqsəd gender bərabərliyinin kənddə də təmin olunması və qadınların ictimai həyatda iştirakını təmin etməkdir. Layihə kişilər və qadınlar arasında gender bərabərliyi və kənd turizmi baxımından önəmlidir.


  • “4 uşaq atası olan icra başçısı niyə toy etməlidir, Alidənin sevgisinə inanmıram…” – Novella Cəfəroğlu

    Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. 
     
    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb:
     
    “Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?! 
     
    Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?! 
     
    Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?” 
     
    Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib: 
     
    “Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi? 
     
    Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”.