Month: Fevral 2024

  • Nobel Sülh Mükafatına namizədlərin sayı açıqlandı

    Payızda Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparacaq.

    Norveç Nobel İnstitutundan verilən açıqlamaya görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub.

    Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord göstərici 2016-cı ildə – 376 qeydə alınıb.

    Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər. Buna baxmayaraq, hər il müəyyən namizədlərin irəli sürülməsi ilə bağlı mətbuatda namizədlik hüququ olan təşkilatlardan və ya şəxslərdən məlumatlar sona çatır.

    Onların arasında Norveç Nobel Komitəsinin keçmiş və indiki üzvləri və onun məsləhətçiləri, əvvəlki Sülh Mükafatı laureatları, milli parlamentlərin üzvləri, tarix, fəlsəfə, hüquq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var.
    //TASS

  • Abşeronda gənc oğlan intihar edib

    Abşeron rayonunda 29 yaşlı gənc intihar edib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərindəki “Abşeron” gənclər şəhərciyində qeydə alınıb.

    Belə ki, 1995-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov yaşadığı evdə özünü asaraq həyatına son verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,56% azalaraq 86,61 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 83,54 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Bakı sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanıldı – FOTO

    Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

    Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Sumqayıtda 17 yaşlı qız itkin düşüb

    Sumqayıtda 17 yaşlı qız itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Taleh qızı Əhmədova ötən gün “Xəzər bağları” adlanan yaşayış massivində yaşadığı evdən heç bir söz demədən çıxıb və itkin düşüb.

    Faktla bağlı polisə məlumat verilib.

  • Çində doğum nisbətinin artırılması üçün lotereya biletləri paylanacaq

    Çinin Sian şəhərinin hakimiyyəti nikah şəhadətnaməsini təqdim edən yeni evlənənlərə veriləcək lotereya biletlərinə 700 min yuan (təxminən 165 min manat) ödəyəcək.

    Qeyd olunur ki, bu yolla səlahiyyətlilər doğum nisbətini artırmağa çalışırlar.

    Kampaniya noyabrın 30-dək davam edəcək. Mükafatların ölçüsü və uduşlu biletlərin sayı məlum deyil.

    Xatırladaq ki, Çinin əhalisi artıq ikinci ildir ki, azalır. Eyni zamanda, uşaqların doğulması 2016-cı illə müqayisədə iki dəfə azalıb.

    Ölkə adambaşına düşən ÜDM-ə nisbətdə uşaq böyütmək üçün ən bahalı yerlərdən biridir.
    //octagon.media

  • Səhər gümrah oyanmaq üçün nə etməli?

    Bəzən səhərlər yuxudan oyananda yorğun, halsız olursunuz. Çox vaxt isə işə getmək belə istəmirsiniz. Gecə nə qədər tez yatsanız da, səhər bu hal keçmir.

    Buna səbəb yeyib-içdiklərinizdir. Bu məlhəm özünü yorğun, əzgin hiss edən, stress keçirənlər üçün əsl çıxış yoludur.

    Şüşə bankaya tozağacı tumurcuqlarından yığıb, üzərinə araq və ya spirt tökün. 14 gün qaranlıq otaqda saxlayın. Gündə üç dəfə yeməkdən yarım saat əvvəl bu məlhəmdən bir çay qaşığı içmək adamı gümrah saxlayır, stresdən uzaq tutur.

    Bu məlhəm həm də ürək ağrılarını aradan qaldırır.

  • “YouTube”dan musiqisevərlər üçün əla xidmət: İnternetsiz də dinləmək olacaq

    “Google”un musiqi striminq xidməti “YouTube Music” kompüterlərdə oflayn oxutmaq üçün mahnı yükləmək seçimini əlavə edib.

    Bu barədə “Android Polis” xəbər yayıb.

    Məlumata görə, bunun üçün “YouTube Music”in veb-versiyasında alboma və ya fərdi səhifəyə baxarkən “Kitabxanada saxla” düyməsi seçilməli və yükləmə indikatoruna basılmalıdır. Yadda saxlanılmış fayllar “YouTube Music”in “Kitabxana” səhifəsində “Yükləmələr” bölümündə olacaq.

    Mahnıların kataloqu istifadəçinin aktiv internet bağlantısını saxlaya bildiyi, yəni ən azı 30 gündə bir dəfə xidmətə daxil olduğu müddətcə əlçatan olacaq.

    O da vurğulanır ki, veb-versiyanın yeni funksionallığı masaüstü kompüterlər üçün ayrıca “YouTube Music” tətbiqinin olmaması problemini həll edəcək.

    Hələlik yeni funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır.

  • Çində pilotsuz hava taksisi ilk şəhərlərarası uçuşunu HƏYATA KEÇİRDİ – VİDEO

    Çinin “AutoFlight” şirkəti ilk dəfə pilotsuz hava taksisini işə salıb – nəqliyyat vasitəsi Şençjen və Çjuhay şəhərləri arasında 50 kilometrlik yolu cəmi 20 dəqiqəyə qət edib.

    Qeyd olunur ki, İnci çayının deltası şəhərlər arasında yerləşdiyi üçün quru yolu ilə səyahət bir neçə saat çəkir.

    Tərtibatçı çətin relyeflə əhatə olunmuş şəhərlərdə yeni aeromobil növünə tələbat olacağını gözləyir.

    Bu sahədə həmçinin “eHang” şirkəti də fərqlənib – artıq Çində kommersiya daşımaları işə düşüb. Ehtimal olunur ki, müvafiq nəqliyyat növündən turizm şirkətləri hava marşrutları və ekskursiyaların açılması üçün istifadə edəcəklər.
    //osnmedia.ru

  • Mobil telefonlar necə izlənilir? – VİDEO

    Mobil telefonunu satmaq istəyənlərin şəxsi məlumatları oğurlana bilər.

    Xezerxeber.az-ın məlumatına görə, smartfonun yaddaşında şəxsi məlumatlar mövcud olduğu üçün, onu satmaq, kiməsə hədiyyə etmək doğru hesab edilmir. Bir çox insan mobil telefonlarını satan zaman yaddaşını təmizləyir və şəxsi məlumatları silir. Ancaq onu da bilmək lazımdır ki, bu bilgilər xüsusi proqramlar vasitəsilə geri qaytarıla bilir.

    Bəs ikinci əl mobil cihazların alış-verişi ilə məşğul olanlar telefonların yaddaşını necə təmizləyir?

    Ekspertlər düşünürlər ki, bu, kifayət qədər təhlükəsiz deyil. Şəxsi məlumatların olduğu İT avadanlıqlarını satışa çıxardıqda, onların yaddaş qurğularını çıxarmaq lazımdır. Yox əgər bu mümkün deyilsə, həmin cihaz köhnəldiyi zaman məhv etmək daha məqsədəuyğundur. Kompüterlərdə yaddaş qurğusunu asan bir formada cihazdan ayırmaq olsa da, smartfonlarda bu proses cihazın quruluş və strukturuna görə kifayət qədər bahalı bir əməliyyatdır. Ona görə də, bunu həyata keçirmək səmərəli bir seçim deyil.

    Ətraflı süjetdə: