Month: April 2024

  • Bakıda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ

    Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.
     
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
     
    Bildirilib ki, “Realmedia.az” internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
     
    Fakt əsasında Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
     
    “Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər”, – DİN-dən vurğulanıb.
     
    Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.

  • Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı – FOTO

    Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

    DİN-dən bildirilib ki, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.

    Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.

    “R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər”, – məlumatda qeyd olunub.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



  • Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

    Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

    Lent.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi üzrə məsul Vüsal Cahangiri məlumat verib.

    Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb:

    “Elektron viza birillik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanı olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxslərin əlaltıları bu il eyni vizalarla vətəndaşları aldadıblar.

    Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var – Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür.

    Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deportasiya və cərimələr gözləyir”.

  • Ən çox balı onlar topladı – SİYAHI

    Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb.

    Median.Az “Azərbaycan Universtetləri” səhifəsinə istinadən həmin siyahını təqdim edir:

    1. Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi)

    2. Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri, 1 saylı orta məktəb)

    3. Harunova Humay Abdurahman qızı (Qax rayonu, 4 saylı şəhər orta məktəbi)

    4. Məmmədov Fərid Ruslan oğlu (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya)

    5. Hüseynli Aytac Vüqar (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya)

    6. Səfərova Leyla Abuzər qızı (Saatlı rayonu, Varxankənd kənd orta məktəbi)

    7. Nəzirova Ayşən Fikrət qızı (Qax rayonu, 4 saylı şəhər orta məktəbi)

    8. Həsənli Rəsul Təbib oğlu (Bakı şəhəri, Nizami rayonu, 62 saylı məktəb-lisey)

    9. Hacılı Lamiyyə Firdovsi qızı (Biləsuvar rayonu, Xırmandalı kənd 1 saylı orta məktəbi)

    10. Garayzadə Kənan Rafiq qızı (Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiətriyaziyyat təmayüllü))

    11. Əzimli Ayla Nemət qızı (Bakı şəhəri, Sabunçu rayonu, 28 saylı orta məktəb)

    12. Əlizadə Rəbiyyə Həsən qızı (Bakı şəhəri, Nərimanov rayonu, 57 saylı orta məktəb)

    13. İsgəndərli Həcər Emil qızı (Ağstafa rayonu, Həsənsu kənd orta məktəbi)

    14. Nuruyev Elgün Akif oğlu (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya)

    15. Abdullayeva Türkan Ceyhun qızı (Sumqayıt şəhəri, 16 saylı orta məktəb)

    16. Yusifova Səbinə Vüqar qızı (Qazax rayonu, Dəmirçilər kənd orta məktəbi)

    17. Hüseynzadə Hafizə Canpolad qızı (Naxçıvan şəhəri, 1 saylı orta məktəb)

    18. Nağıyeva Leyla Arif qızı (Naxçıvan şəhəri, 12 saylı orta məktəb)

    19. Hacızadə Nihad Samir oğlu (Bakı Türk Liseyi, Türkiyə Dəyanət Vəqfi)

    20. Əbilov Ziya Namiq oğlu (Naxçıvan MR Şərur rayonu, Fizika-riyaziyyat təmayüllü lisey)

    21. Xasıyeva Jalə Ceyhun qızı (Bakı şəhəri, Nərimanov rayonu, 36 saylı orta məktəb)

    22. Quliyeva Leyla Eldar qızı (Bakı Türk liseyi, Türkiyə Dəyanət Vəqfi)

    23. Məmmədsoy Həmidə Valeh qızı (Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey)

    24. Rzayeva Ceyran Anar qızı (Masallı rayonu, Şərəfə kənd orta məktəbi)

    25. Əsədullayev Amin Arif oğlu (Masallı rayonu, 3 saylı şəhər orta məktəbi)

    26. Mirzəli Ülkər Səməd qızı (Bakı şəhəri, Səbail rayonu, 329 saylı orta məktəb)

    27. Əlizadə Sevinc Fuad qızı (Füzuli rayonu, 33 saylı orta məktəb)

    28. Cəfərova Nərmin Ənvər qızı (Bakı şəhəri, Nizami rayonu, 238 saylı orta məktəb)

    29. İsmayıllı Kənan Mehman oğlu (Naxçıvan MR Culfa ray., 3 saylı şəhər orta məktəbi)

    30. Həsənzadə Ayla Anar qızı (Bakı şəhəri, Kaspi liseyi)

    31. Əzizova Həqiqət Anar qızı (Gəncə şəhəri, 27 saylı Riyaziyyat-informatika təmayüllü lisey)

    32. Rüstəmli Fidan Sənan qızı (Bakı şəhəri, Sabunçu rayonu, 72 saylı məktəb-lisey)

    33. Hüseynova Nuray Emin qızı (Gəncə şəhəri, 39 saylı şəhər orta məktəbi)

    34. Əliyev Məhəmməd Vüsal oğlu (Bakı şəhəri, Ankara Məktəbi məktəb-liseyi (əvvəlki 77 saylı orta məktəb)

    35. Rüstəmzadə Sona Səfər qızı (Kəlbəcər rayonu, 37 saylı orta məktəb)

    36. Əliyev İlkin Fariz oğlu (Bakı şəhəri, Nərimanov rayonu, 36 saylı orta məktəb)

    37. Çələbi Nurlanə Elşən qızı (Bakı şəhəri, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya)

    38. Gülməliyeva Sevil Rövşən qızı (Quba rayonu, Aşağı Atuc kənd orta məktəbi)

    39. Əhmədova Nəzrin Ramil qızı (Gəncə şəhəri, 30 saylı şəhər orta məktəbi)

  • Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

    Bakıda uşaq evində intihara cəhd olub.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

    Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb.

    Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

    Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb.

    Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

  • Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı

    Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Rəşad Dağlı tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı idi. Vətəndaşların kifayət qədər sevgisini və dərin hörmətini qazanan söz ustadının azadlığa çıxmasını istəyən kifayət qədər insan var.

    Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti “əfv sərəncamını” verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir.

    Bəs, görəsən, “əfv sərəncamı” ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, cəzadan və cinayət məsuliyyətindən azad etməyin bir neçə forması var:

    “Cəzadan və cinayət məsuliyyətindən azad etməyin əsas növləri amnistiya və əfvetmədir. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində, yəni kütləvi şəkildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Bunun nəticəsində cinayət törətmiş şəxslər, cinayət məsuliyyətindən azad oluna bilər, onların cəzalarının müddəti azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər, o cümlədən həmin şəxslərin üzərindən məhkumluqları götürülə bilər”.

    Hüquqşünas qeyd edir ki, “əfvetmə” birbaşa fərdi qaydada təyin olunmuş şəxslər barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən bir sənəddir.

    Onun sözlərinə görə, cinayət törətməyə görə məhkum olunan şəxslər “əfv sərəncamı” ilə faktiki olaraq cəzalarından tam azad oluna bilərlər və ya həmin cəzaların bir hissəsi ləğv olunub, azaldıla bilər: “Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər var ki, bu şəxslərin də “əfv sərəncamı”na düşməsi mümkündür və onların cəzası 25 ildən çox olmayan müddətə əvəz oluna bilir. Eyni zamanda şəxslərin üzərindən məhkumluqları götürülür”.

    Ramil Süleymanov əlavə edib ki, meyxanaçı Rəşad Dağlı cəzasının təxminən 1 il və yaxud il yarımını çəkib, amma hazırki halda “əfv sərəncamı” ona şamil olunmayacaq, çünki hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarsını çəkmiş olmalıdır. Cəzanın yarısı çəkildikdən sonra şəxsin özü və ya yaxın qohumları tərəfindən müvafiq qaydada ərizə ilə Əfv Komissiyasına müraciət olunmaqla şəxsin əfv olunmasına nail olmaq mümkündür.

  • Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

    Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Belə ki, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

    Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • “YouTube” yeni dizaynı sınaqdan keçirir – FOTOLAR

    “YouTube” öz veb versiyasında yeni dizaynı sınaqdan keçirməyə başlayıb.

    Bununla belə, istifadəçilər yeni tərtibatdan çox da razı deyillər.

    Video pleyerin altında video başlığı, təsviri, kanal adı, bəyənmə sayı, paylaşımlar və şərhlər kimi seçimlər yeni dizaynda sağ tərəfə köçürülüb.

    Əvvəllər video təsvirinin olduğu yerdə indi “tövsiyə olunan videolar” bölməsi də var.

    Hazırda məhdud sayda istifadəçi ilə sınaqdan keçirilən yeni dizayn istifadəçilər tərəfindən bəyənilməyib. Bəzi istifadəçilər yeni tərtibatı uyğun olmayan məzmunlu vebsaytlarla müqayisə edibər.





    //azxeber.com

  • Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

    Portuqaliya milllisinin və “Əl-Nəsr”in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq.

    Bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.

    Bildirilib ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi Ronaldonun iki oyunluq diskvalifikasiyası ilə bağlı qərar verəcək.

    Eyni zamanda komitə portuqaliyalını matçdakı insidentlə bağlı sorğu-sual edib və futbolçu haqsız yerə qırmızı vərəqə aldığını bild
    Xatırladaq ki, görüşün 86-cı dəqiqəsində Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını partnyoruna tərəf atıb, arxasını çevirərək hakimə tərəf yelləyib.

    Bu mövsüm Ronaldo bütün turnirlərdə 37 matçda iştirak edib, 36 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

    ///Baku.ws