Month: April 2024

  • Bayram günləri harada dincəlmək olar? – VİDEO

    Ramazan bayramı ilə əlaqədar 5 günlük istirahəti səmərəli keçirmək istəyənlər artıq erkən rezervasiyalar etməyə başlayıb. Turzim şirkətləri isə müxtəlif istiqamətlərə tur paketlər hazırlayaraq satışa çıxarıb.

    Vətəndaşlar istirahət günlərini həm xaricdə, həm də ölkə daxilində keçirməyə üstünlük verirlər. Xarici ölkələrdən BƏƏ, Qətər və Türkiyə istiqamətinə getmək istəyənlər daha çoxdur.

    Eyni zamanda bölgələrdə istirahətə üstünlük verənlər də kifayət qədərdir. Vətəndaşlar əsasən 1-3 günlük turla Qəbələ, Quba və Cənub istiqamətinə üz tuturlar.

    Ətraflı aztv-nin videomaterialında izləyə bilərsiniz:

  • “Crocus” terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidə yandırılıb

    Yeni Moskva ərazisində “Crocus City Hall” konsert zalında terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidə yandırılıb.

    Median.Az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.

    Məlumata görə, naməlum şəxslər aprelin 5-nə keçən gecə yerli sakinlər tərəfindən ucaldılmış abidəni yandırıblar.

    Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.

  • Azərbaycanda “İstilik enerjisindən istifadə qaydaları” dəyişib

    Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 28 sentyabr 2005-ci il tarixli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərarlarında dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.

  • Yeni tədris ilində birinci sinifə qəbul prosesinin vaxtı açıqlanıb

    Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb.

    Bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

    O qeyd edib ki, bu il birinci sinifə qəbul may ayında başlayacaq.

  • Пашинян: Армения привержена нормализации отношений с Азербайджаном

    Армения остается приверженной нормализации отношений с Азербайджаном, основанным на взаимном признании суверенитета и территориальной целостности друг друга в соответствии с Алматинской декларацией 1991 года.

    Об этом заявил премьер-министр Армении Никол Пашинян в ходе встречи в формате ЕС – США – Армения в Брюсселе.

    “Армения также полностью привержена делимитации границ на основе этой декларации и разблокированию всех региональных коммуникаций на основе полного уважения суверенитета и юрисдикции стран и принципов равенства и взаимности”, – добавил он.

  • Paşinyan: “Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir”

    “Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir”.

    Ermənistan mətbuatı yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.

    N.Paşinyan vurğulayıb ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.

  • Ильхам Алиев подписал распоряжение в связи со Свободной экономической зоной Алят

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по обеспечению деятельности Свободной экономической зоны Алят.

    Текст документа опубликован АЗЕРТАДЖ:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. На основании части 3 указа Президента Азербайджанской Республики “О создании Свободной экономической зоны Алят и организации ее деятельности” от 22 мая 2020 года номер 1032, часть относящегося к государственному имуществу, расположенного на административных территориях Гарадагского района города Баку и Сальянского района и установленного в качестве территории Свободной экономической зоны Алят участка земли площадью 4312,56 гектара, указанного в приложенном к настоящему распоряжению плане землеустройства, составленного Министерством экономики Азербайджанской Республики, передать уполномоченной структуре Свободной экономической зоны Алят с правом единовременного, безвозмездного и постоянного пользования.

    2. Министерству экономики Азербайджанской Республики и уполномоченной структуре Свободной экономической зоны Алят решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident İlham Əliyevdən Ələt azad iqtisadi zonasının fəaliyyəti barədə SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən qərara alınıb:

    “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun və Salyan rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 4312,56 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin”.

    Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna həvalə edilib.

  • Обнародована пошлина за выдачу лицензии для работы такси

    В соответствии с законом “О государственной пошлине” для желающих осуществлять таксомоторную деятельность установлена государственная пошлина в размере 125 манатов за лицензию и 25 манатов за пропуск.

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана при Министерстве цифрового развития и транспорта.

    Отмечается, что лицензия – это вид разрешения, выдаваемого юридическим лицам или индивидуальным предпринимателям, желающим осуществлять таксомоторную деятельность. Пропуск предназначен для транспортного средства, используемого в качестве такси.

  • Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb

    “Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.