Month: April 2024

  • İstirahət günü hava necə olacaq?

    Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

  • ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı

    ABŞ Senatındakı ikipartiyalı qrup aprelin 26-da Gürcüstanın baş nazirinə məktub göndərərək xəbərdarlıq edib ki, yeni təqdim edilən “xarici agentlər” qanun layihəsi qanuna çevrilərsə, onlar ABŞ-ın Gürcüstana münasibət siyasətində dəyişiklik etməyə məcbur olacaqlar.

    Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzeyə 14 senator tərəfindən göndərilmiş həmin məktubda deyilir. Bu sənəd Senatın bütün digər bəyanatları arasında məzmunca ən dramatik sənəddir.

    Məktubda senatorlar Gürcüstan hökumətini ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirən, həmçinin ayrı-ayrı şəxslərə qarşı sanksiyalar ehtimalını artıran qanunvericiliyi geri götürməyə, hökumətin birbaşa maliyyələşdirilməsini dayandırmağa və viza məhdudiyyətlərini genişləndirməyə çağırıblar.

    Senatorlar həmçinin hakim “Gürcü arzusu” partiyasının “xarici agentlər” qanununun ABŞ-ın FARA qanununa bənzəməsi ilə bağlı iddiasını rədd ediblər.

    Məktubun sonunda senatorlar söz verirlər ki, onlar heç vaxt “demokratik və Avropa gələcəyini müdafiə edən, ucadan və aydın şəkildə danışan gürcü xalqının hamının eşitdiyi istəklərindən” əl çəkməyəcəklər.

    Onların fikrincə, ABŞ və Gürcüstan arasında münasibətlər qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanır və onların hər biri bu münasibətlərin daha da dərinləşməsinin güclü tərəfdarıdır.

    Lakin onlar da bildirirlər ki, “bu qanun ləğv olunmayana qədər münasibətlər davam edə bilməz”.

    Aprelin 28-də Tbilisidə Gürcüstanın Qərb kursunu və Avropaya inteqrasiyasını təhdid edən “xarici agentlər” haqqında qanuna qarşı böyük aksiya hazırlanır.

    Layihəyə ikinci oxunuşda baxılması aprelin 29-na planlaşdırılır.

    Həmin gün hakim “Gürcü arzusu” partiyası öz tərəfdarlarını mitinqə dəvət edib.

    Gürcüstanın Qərb tərəfdaşlarından qanun layihəsinin ölkənin Qərb kursu ilə bir araya sığmadığına dair siqnallar gəlməkdə davam edir.

  • Cəlilabadda minik avtomobili yanıb

    Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

    Hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1985-ci il təvəllüdlü Amid Həsənova məxsus “VAZ 2107” markalı minik avtomobili qəfildən alışıb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Зангезуре автобус с иранскими номерами попал в ДТП, есть погибшие и раненые

    В Зангезуре автобус с иранскими номерами попал в ДТП, есть погибшие и раненые.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, инцидент зафиксирован недалеко от села Верин Хотанан в Западно-Зангезурской области Армении.

    К месту ДТП привлечены сотрудники экстренных служб и спасательные бригады.

    Согласно предварительной информации, в аварии скончались три человека, еще шестеро получили травмы.

  • Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var

    Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

    Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

    İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

    Avtobusun İrandan gəldiyi bildirilir.

  • Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

    Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

    Yenilənmiş qanuna əsasən, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə qadağa ləğv edilib.

    Yenilik “Kosmik fəaliyyət haqqında” qanunun icrası ilə əlaqədar tətbiq edilir.

  • Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

    HƏMAS-İsrail müharibəsi başladığı gündən etibarən Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb.

    Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

    Yaralananların sayının isə 77 437 nəfərə çatdığı bildirilib.

    Qeyd edilib ki, Qəzzada quru əməliyyatı zamanı ümumilikdə İsrail ordusunun 261 əsgəri həlak olub.

    Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub.

    Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ın atəşkəsi pozduğunu deyərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

  • Сахиба Гафарова: Действия Франции не служат установлению мира на Южном Кавказе

    Франция своими действиями способствует разжиганию нового конфликта в регионе Южного Кавказа.

    Как сообщает Report, об этом спикер Милли Меджлиса Сахиба Гафарова cказала на встрече с президентом Черногории Яковом Милатовичем, комментируя усилия Франции, направленные на дестабилизацию ситуации на Южном Кавказе.

    Спикер парламента также подвергла критике предвзятые кампании и давление на официальный Баку со стороны некоторых международных организаций.

    Сахиба Гафарова подчеркнула, что Азербайджана действует лишь в интересах мира в регионе.

  • Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

    Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barədə danışarkən deyib.

    Spiker həmçinin bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri də tənqid edib və ölkəsinin öz yolu ilə getdiyini bildirib.

  • На Тайване произошло землетрясение магнитудой 5,6

    Землетрясение магнитудой до 5,6 было зафиксировано на Тайване.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, очаг залегал на глубине 15 км и находился в 26 км к северо-востоку от города Хуалянь с населением около 350 тыс. Информации об угрозе цунами, разрушениях и пострадавших пока не поступало.

    Ранее сообщалось о серии подземных толчков с максимальной магнитудой до 4,9 на восточном побережье Тайваня.