Month: April 2024

  • Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb

    Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

    Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.

    Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

    Açılış mərasiminin bədii hissəsində isə “Talant şou” rəqs qrupunun çıxışı olacaq.

    Xatırladaq ki, bu yarışda hər çəkidə iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

  • “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanılıb

    Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omskda “Crocus City Hall”da baş vermiş terror aktında iştirak edən daha üç nəfəri saxlayıb.

    Bu barədə Rusiya FTX məlumat yayıb.

    “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak edən 1 Rusiya vətəndaşını və 2 xarici vətəndaşı – Mərkəzi Asiya regionundan olan mühacirləri saxlayıb”, – məlumatda qeyd olunub.

    Qeyd edilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.

  • Польские фермеры стали блокировать дома депутатов Сейма

    Фермеры Польши решили изменить тактику акций протеста, отказываясь от массовых блокад автомобильных дорог и блокируя дома депутатов Сейма (нижней палаты). Об этом сообщает радиостанция RMF24 со ссылкой на лидеров фермерского движения.

    “Будет навоз у офисов тех депутатов, которые выступали за то, чтобы программа “Зеленый курс” сохранилась, чтобы договориться с Евросоюзом”, – сказал один из лидеров протестующих.

    Фермеры угрожают 4 апреля заблокировать офисы и дома депутатов Сейма по всей Польше. Главной причиной недовольства они называют отсутствие реакции правительства на их требования.

    “Идут какие-то переговоры, министры что-то решают, но конкретики нет”, – подчеркнул представитель протестующих Павел Лупа на встрече с премьер-министром Дональдом Туском 3 апреля в Кракове.

    Источник: gazeta.ru

  • Polşa fermerləri Seym deputatlarının evlərini bloklamağa başlayıblar

    Polşada fermerlər kütləvi yol blokadalarından imtina edərək və Seym (aşağı palata) deputatlarının evlərini bloklamaqla etiraz taktikalarını dəyişmək qərarına gəliblər.

    “Avropa İttifaqı ilə razılığa gəlmək üçün “Yaşıl sövdələşmə” proqramının qorunub saxlanmasını müdafiə edən deputatların ofislərində peyin olacaq”, – deyə etirazçı liderlərdən biri bildirib.

    Fermerlər aprelin 4-də bütün Polşada Seym deputatlarının ofislərini və evlərini bağlamaqla hədələyirlər. Onlar narazılıqlarının əsas səbəbi kimi hökumətin onların tələblərinə cavab verməməsini göstərirlər.

    Mənbə: Gazeta.ru

  • Hərbi toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib

    Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla müəyyən edilir ki:

    – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsinin üçüncü cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    – həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.

    Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunub.

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I) isə aşağıdakı dəyişikliklər edilir:

    – 5.1-ci bəndə “ikinci cümləsində ikinci halda” sözlərindən sonra “, üçüncü cümləsində ikinci halda” sözləri əlavə olunur;

    – 4-1-ci bəndə “münasibətdə” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və” sözləri əlavə olunur;

    – 5.12-ci bənddən “və ikinci cümləsində birinci halda” sözləri çıxarılsın və həmin bənddə “Xarici Kəşfiyyat Xidməti həyata keçirir” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər” sözləri ilə əvəz edilir;

    – aşağıdakı məzmunda 5.12-1-ci və 5.12-2-ci bəndlər əlavə edilir:

    “5.12-1. həmin Qanunun 45.5-ci maddəsinin ikinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

    5.12-2. həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər”.

  • Ramin Bayramlının şirkətinin “Avromed”ə satılması xəbərinə REAKSİYA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının təsis etdiyi “Spektr Med” şirkəti ondan alınıb.

    Məsələ ilə bağlı “Spektr Med” MMC-dən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində şirkətin “Avromed Company” QSC tərəfindən alınmasına dair yayımlanan xəbərlər həqiqəti əks etdirmir.

    Mediada yayımlanan xəbərlərə əsasən, “Spektr Med” MMC əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed Company” QSC-yə satılıb.

    Qeyd edək ki, “Spektr Med” MMC 01.07.2009-cu il tarixində qeydiyyata alınıb. Şirkət iki şəxs tərəfindən təsis olunub. 2019-cu ildən etibarən təsisçilərdən biri ilə bu günə qədər fəaliyyətini davam etdirir. “Spektr Med” MMC-nin yarandığı gündən bu günə qədər qeydiyyat məlumatlarında “Avromed Company” QSC ilə əlaqəsi olmayıb.

    Onu da qeyd edək ki, kütləvi informasiya vasitələrində TƏBİB-in keçmiş sədri Ramin Bayramlının həmin vəzifəyə təyin olunduqdan sonra “Spektr Med” MMC-ni almasına dair xəbərlər əsassızdır.

    “Spektr Med” MMC medianı bu cür informasiyaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxlamağı tövsiyə edir.

  • Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

    Küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

  • Yağış yağacaq, bəzi çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

    Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

  • Vanqanın 2024-cü illə bağlı bu öncəgörməsi gerçəkləşməyə başlayıb

    25 il əvvəl vəfat edən görücü Vanqanın 2024-cü il üçün söylədiyi iki öncəgörənlik reallaşmağa başlayıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Vanqanın “Dünya iqtisadi böhranla üzləşəcək” açıqlamasına münasibət bildirənlər İngiltərə və Yaponiyada iqtisadi böhranın başladığına diqqət çəkib.

    Həmçinin, onun “səhiyyə sahəsində də ciddi irəliləyişlərin olacağı” ilə bağlı proqnozu da özünü doğruldum.

    Belə ki, elm adamları son həftələrdə ağciyər xərçəngi peyvəndi üzərində işlədiklərini təsdiqləyiblər.

    Britaniya mediası Birləşmiş Krallıqda ümumi daxili məhsulun (ÜDM) dekabr ayına qədərki üç ayda gözləniləndən daha böyük nisbətdə 0,3 faiz azaldığına diqqət çəkib.

    Yaponiyada Yen ABŞ dollarına nisbətdə 151,97-yə enərək son 34 ilin ən aşağı səviyyəsinə çatıb. Ölkə indi qlobal reytinqdə dördüncü yerə düşüb.

    Digər tərəfdən, Misir və Türkiyə başda olmaqla bir çox ölkədə irili-Ekstrasensin digər proqnozu isə bu il səhiyyə sahəsində “ciddi inkişafların” olacağı idi ki, ötən həftələrdə ağciyər xərçənginə qarşı peyvəndin üzərində işləndiyi təsdiqlənib.

    Oksford Universiteti, Francis Crick İnstitutu və London Collage Universitetinin birgə araşdırmasında “LungVax” adlı peyvənd üzərində çalışdıqları və 3 min peyvənd üçün təxminən 2 milyon dollar vəsait topladıqları bildirilib.
    //Baku.ws

  • TƏBİB: Güclü küləyə görə 4 nəfər xəsarət alıb

    Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç ünvan üzrə 4 müraciət qeydə alınıb. Onların hər birinə təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2-si kişi, 2-si isə qadın olub. Onlardan 2-si (1 qadın, 1 kişi) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə (1 qadın, 1 kişi) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.