Month: April 2024

  • Bakıda güclü külək sakinin başına iş açdı – VİDEO

    Bu gün səhər saatlarından Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

    Belə ki, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində qurumuş ağac avtomobilin üzərinə aşaraq nəqliyyat vasitəsinə ziyan vurub.

    Avtomobilin sahibi Orxan Əliyev açıqlamasında bildirib ki, qurumuş ağacın aşma təhlükəsi ilə bağlı aidiyyəti quruma müraciət olunub:

    “Bir neçə ay əvvəl bu ərazidəki bəzi ağacları budayırdılar. Məlumat verdik ki, başqa qurumuş ağaclar da var, onları da budamaq lazımdır. Amma bizə deyildi ki, hamısı salamatdır, heç bir fəsad törətməyəcək”.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Bakıda kafe sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

    Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevə hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, təqsirləndirilən şəxslər Sakit Əlişov və Şahin Quliyevin hər biri 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, prokuror Ziya Mansurov hər iki təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

    Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Bakıda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • От имени Президента Азербайджана дан официальный обед в честь президента Конго

    4 апреля от имени Президента Азербайджанской Республики Ильхама Алиева был дан официальный обед в честь президента Республики Конго Дени Сассу-Нгессо.

    Об этом сообщает President.az.

  • Azərbaycan Prezidentinin adından Konqo Prezidentinin şərəfinə rəsmi nahar verilib

    Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun şərəfinə rəsmi nahar verilib.

    Bu barədə President.az məlumat yayıb.

  • “Avroviziya” şərhçimiz bəlli oldu

    “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb.

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən “Qaynarinfo”ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

    Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-də və 9-da, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov – Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

  • Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

    Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

    Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nəsimi rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 71 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

    Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

  • Президенты Азербайджана и Конго выступили с заявлениями для прессы

    4 апреля Президент Азербайджанской Республики Ильхам Алиев и президент Республики Конго Дени Сассу-Нгессо выступили с заявлениями для прессы.

    Об этом сообщает President.az.

  • Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə President.az məlumat yayıb.

  • В центре Баку загорелся автомобиль, на дороге образовался транспортный затор – ФОТО

    Один из автомобилей на проспекте Михаила Усейнова, перед торговым центром Dəniz Mall, загорелся.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) МВД.

    Отмечается, что по этой причине в направлении круговой развязки “Локбатан” образовался транспортный затор.