Month: April 2024

  • Премьер-министр Азербайджана встретился с президентом Конго

    Премьер-министр Азербайджанской Республики Али Асадов сегодня встретился с президентом Республики Конго Дени Сассо-Нгессо, находящимся с официальным визитом в нашей стране.

    Как сообщили в пресс-службе Кабинета министров, на заседании было заявлено, что Азербайджан придает особое значение развитию отношений с африканскими странами, подчеркнуто, что Азербайджан сотрудничает с Конго в рамках Движения неприсоединения и других международных институтов.

    Было доведено до внимания то, что в период председательства Азербайджана в Движение неприсоединения прилагались усилия по своевременному и адекватному реагированию на вызовы, связанные с пандемией COVID-19, а также по многим другим направлениям.

    На встрече были рассмотрены возможности сотрудничества между Азербайджаном и Конго в торгово-экономической, нефтяной промышленности, сельском хозяйстве, образовании и других сферах.

    Обсуждены вопросы, связанные с реализацией двусторонних документов, подписанных в рамках визита.

  • Əli Əsədov Konqo prezidenti ilə görüşüb

    Baş nazir Əli Əsədov aprelin 4-də Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

    Qeyd olunur ki, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.

    Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

    Eyni zamanda, səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

  • Müğənni Rəqsanə İsmayılova həbsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi – YENİLƏNİB (VİDEO)

    “Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”.

    Bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.

    O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

    “Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”

    * * * * *

    Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. Hazırda o, Rusiya Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

    Bu barədə “BÇK-OQPU” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

    Bildirilir ki, qalmaqallı müğənni (vətənində dələduzluqda axtarışda olub, anası və bacısı isə Türkiyədə insan alverinə görə cinayət məsuliyyətinə cəlb edilib) ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gəlib.

    R.İsmayılova Solntsevo Daxili İşlər Nazirliyinin Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü il işində şahid qismində gətirilib. Yelena Smirnova, Qurbanov soyadlı biri ilə əlbir olaraq ona və ən azı iki azərbaycanlıya pasport verib.

    Amma məlum olub ki, o, iki yox, üç nəfərə pasport verib – R.İsmayılovanın dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportu da saxta şəxsiyyət məlumatları ilə hazırlanıb və 2019-cu ildə həmin işçidən alınıb.

    Müstəntiqlərin fikrincə, müğənni həmin Qurbanova 650 min rubla (indiki məzənnə ilə 12 min manat – red.) yaxın pul köçürüb və o, yoxlanılmış üsulla ona yeni sənəd almağa kömək edib.

    2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb.

  • Deni Sassu-Nqesso: “Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”

    “Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

    Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.

    “Həmçinin, biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, – deyə o əlavə edib.

  • Президент Азербайджана: Сегодня Движение неприсоединения является более сильной организацией

    Азербайджан, успешно возглавлявший Движение неприсоединения в течение 4 лет, до января этого года, всегда ощущал поддержку Конго.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в заявлении для прессы совместно с президентом Республики Конго Дени Сассу-Нгессо.

    “Конго всегда оказывало поддержку нашим инициативам, в результате чего в период нашего председательства было обеспечено и институциональное развитие Движения неприсоединения. Именно в период нашего председательства были созданы Парламентская сеть, Молодежная и Женская платформы. Сегодня Движение неприсоединения является более сильной организацией, чем прежде. Считаю, что все мы заинтересованы в повышении роли, которую играет эта организация в глобальном масштабе и происходящих в мире процессах”, – отметил глава государства.

  • Azərbaycan Prezidenti: “Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır”

    “Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında deyib.

    “Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Ильхам Алиев: Уверен, что между Конго и Азербайджаном установятся крепкие дружественные отношения

    Мы только что подписали Декларацию о сотрудничестве. Это очень важный и значимый документ, который определит перспективы нашего сотрудничества.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в заявлении для прессы с президентом Республики Конго Дени Сассу-Нгессо.

    “Уверен, что между Конго и Азербайджаном установятся крепкие дружественные отношения”, – отметил глава государства.

  • Prezident İlham Əliyev: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”

    “Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında söyləyib.

    Dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.

  • “İnsan hüquqları məsələsini bəhanə edib Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir”

    “ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir”.

    Bu barədə Prezidentin Mətbuat Xidmətinin AZƏRTAC-ın sorğusuna cavabında bildirilib.

    Qeyd olunub ki, dövlətimizin başçısı telefon danışığı zamanı, həmçinin, vurğulayıb: “Bir sıra Qərb ölkələrinin bu məsələ (insan hüquqları – red.) ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik”.

    Prezident İlham Əliyev Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.

  • Azərbaycanın Baş Qərargah rəisi MDB Qərargah Komitəsinin iclasında iştirak edib

    Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin Moskvada keçirilən iclasında iştirak edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan da nümayəndələr iştirak ediblər.

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, görüş zamanı dünyada və MDB-yə üzv ölkələrin sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət əsaslı şəkildə təhlil edilib.

    “Görüş iştirakçılarına Rusiya hərbi-sənaye kompleksinin müəssisələri tərəfindən yaradılmış müasir silahlarla tanış olmaq imkanı yaradılıb. Onlara pilotsuz uçuş aparatlarına qarşı mübarizənin təşkilinə müasir yanaşmalar barədə də məlumat verilib”, – o qeyd edib.

    Qərargah rəisinin sözlərinə görə, birgə hərbi sistemlərin inkişafı üzrə cari və gələcək vəzifələr ətrafında müzakirə aparılıb.

    “Birgə rabitə sisteminin və birgə hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi perspektivlərinə, həmçinin humanitar minatəmizləmə bölmələrinin hazırlanmasına xüsusi diqqət yetirilib”, – o əlavə edib.

    Mənbə: TASS