Month: April 2024

  • Пашинян: Мы решаем вопрос существования Армении в ближайшие десятилетия

    Правительство Армении дошло до такого момента, когда на столе очень конкретный план будущего страны. Об этом заявил армянский премьер-министр Никол Пашинян на встрече с членами правящей партии “Гражданский договор”.

    “Это очень важный этап. И мы, как партия, должны быть очень активными на этом этапе”, – сказал он.

    Рассказывая о процессе делимитации границы с Азербайджаном на некоторых участках, премьер-министр отметил, что это очень болезненный вопрос, но сейчас решается вопрос не каких-то сел, дороги или дома, а вопрос Армении на ближайшие десятилетия.

    “И мы решим этот вопрос. У нас нет другого выхода, потому что это наша миссия, это миссия партии “Гражданский договор”, – сказал Пашинян.

    Источник: armenpress.am

  • Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”

    “Ermənistan hakimiyyəti elə bir məqama yetişib ki, masa üzərində ölkənin gələcəyi ilə bağlı çox konkret bir plan durur”.

    Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının üzvləri ilə görüşündə deyib.

    “Bu, çox mühüm mərhələdir. Və biz partiya olaraq bu mərhələdə çox fəal olmalıyıq”, – deyə o bildirib.

    Bəzi ərazilərdə Azərbaycanla sərhədin delimitasiyası prosesindən danışan Paşinyan qeyd edib ki, bu, çox ağrılı məsələdir, lakin indi hansısa kənd, yol və ya evlərin deyil, Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu məsələsi həll olunur.

    “Və biz bu məsələni həll edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur, çünki bu, bizim missiyamızdır, bu, “Vətəndaş sazişi” partiyasının missiyasıdır”, – deyə Paşinyan qeyd edib.

    O əlavə edib ki, dövlət təfəkkürü ilə qeyri-dövlət təfəkkürü arasında sərhəd var.

    “İndi biz dövlət təfəkkürünə yenicə giririk, çünki biz dövlət təfəkkürü çərçivəsində deyildik. Öz Vətənimizdə Vətən axtarırdıq. Vətən nədir? Bizim vəziyyətimizdə bu sual olduqca konkret cavab tələb edir. Çünki bizim şüurumuzda və şüuraltımızda Vətən haqqında bir neçə təsəvvür var. Elə bunun üçün də “Vətən – dövlətdir” konsepsiyası irəli sürülüb”, – deyə Paşinyan əlavə edib.

    Mənbə: Ermənistan KİV

  • Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır

    NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır.

    Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

    O bildirib ki, Alyans bu barədə düşünməlidir, günahı başqasının boynuna atmağı dayandırmalıdır: “NATO böhranı siyasi yolla həll etmək üçün effektiv əməli addımlar atmalıdır”.

    Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

    ///report

  • “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB

    “Qəbələ” azarkeşlərini düşündürən məsələ ilə bağlı klub rəsmilərindən açıqlama verilib.

    “Red Black Army” azad azarkeş qrupunun rəhbəri Cavad Şərifli və təsisçilərdən olan Nəriman Təbriz bu barədə Oxu.Az-a danışıblar.

    Cavad Şərifli qeyd edib ki, “Qəbələ”nin hansı liqada mübarizə aparmasına baxmayaraq daima dəstəkləyəcək:

    “Biz bu komandanı yalnız uğurları üçün sevməmişik ki, pis günündə gedək. Qorxduğumuz tərəf maliyyə məsələləridir”, – deyə o bildirib.

    Nəriman Təbriz də “Qəbələ”ni daim dəstəkləyəcəyini bildirib:

    “Aşağı liqaya düşməsini əlbəttə istəmərik. AFFA-nın idman prinsiplərini nəzərə alaraq liqada çıxış edən komanda sayının artırılması məsələsindən gələcək ümumi cavabı səbirsizliklə gözləyirik. May ayının 10-da veriləcək qərarın nə olacağını gözləyəcəyik. Klub rəsmilərinin bu məsələ ilə bağlı danışıqlar aparıb aparmadığını isə bilmirik. Komanda aşağı liqaya düşərsə, qarşılaşacağı problemlərdən biri maliyyə məsələsidir. Sponsorlar olmadan komandanı və akademiyanı saxlamaq çətin olacaq. “Qəbələ” klubunun aşağı liqaya düşməsi bölgə futbolu üçün fiasko ola bilər”, – deyə o qeyd edib.

    “Qəbələ” futbol klubunun mətbuat katibi Asəf Zeynallı isə məsələ ilə bağlı açıqlamasında hazırda mövcud durumla bağlı qeyri-müəyyənliyin olduğunu bildirib:

    “Cari çempionat davam edir. Sponsorlarla qüvvədə olan müqaviləmiz var”.

    Asəf Zeynallı azarkeşlərin komanda sayının artımı ilə bağlı sualına isə cavab olaraq “liqada komanda sayının artırılmasına cavabdeh olan qurum var”, – deyə cavab verib.

    Qeyd edək ki, “Qəbələ” klubu hazırda 17 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. ”Kəpəz” isə 31 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu xal fərqi isə “Qəbələ” klubunun böyük ölçüdə liqanı tərk edəcəyini göstərir.

  • Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb

    Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.

    Bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının “Telegram” hesabında məlumat veririlib.

    “Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub. Hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək”, məlumatda qeyd olunub.

    ///APA

  • В Берлине началась встреча президентов Азербайджана и Германии один на один

    26 апреля в Берлине началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Федеративной Республики Германия Франка-Вальтера Штайнмайера один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq

    Türkiyə müstəqil Fələstin dövlətinin tanınması üçün tərəfdaş ölkələrlə sıx əməkdaşlığı davam etdirir.

    Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan bildirib.

    O qeyd edib ki, bu həftənin sonu Səudiyyə Ərəbistanına ziyarəti çərçivəsində Qəzza üzrə təmas qrupuna daxil olan ölkələrdən həmkarları ilə də görüşərək, bu istiqamətdə atıla biləcək addımları müzakirə edəcək.

  • “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” – Cümüyə 18 il həbs verildi

    Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meyilli şəxsdir.

    Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.

    Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd üç dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha iki dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

    Zərərçəkmiş şəxs qismində tanınmış Fərid Məmmədov Cümünün silahı ona tuşlayaraq tətiyi basdığını, lakin atəş açılmadığını deyib:

    “Fikirləşdim ki, burada ata-bala ikimizi də öldürəcək. “Cümü əmi, nə edirsən sən?!” – deyəndən sonra Cümşüd bir az duruxsundu, silaha əlimlə zərbə endirib üstünə hücum çəkdim. Silahı Cümşüdün əlindən almaq istədim, badalaq verərək Cümşüdü yerə yıxdım. Baş verənlərə görə şokda idim. Atam yerə yıxılanda – “Fərid, eləmə, Fərid, bura gəl, Cümü, eləmə”, – dedi. Cümşüd isə əlimin altından silahı atama tuşlayıb bir dəfə atəş açdı, güllənin səsini eşitdim, əl-qolum boşaldı. Cümşüd ayağımın altından çıxdı, mən isə yerdə qaldım. Cümşüd silahı üzümə tuşlamışdı. Atam da qışqırdı ki, “Fəridə dəymə”. Cümşüd tətiyi çəkdi, lakin silah açılmadı. Cümşüd üç güllə atama vurub, iki dəfə də mənə atəş açıb. Lakin mənə tuşlayaraq atanda silah açılmadı, sonra məhəlləyə tərəf qaçdı”.

    Cümşüd İsmayılov isə ifadəsində hadisə vaxtı Müşfiqin oğluna atəş açmadığını, onu öldürmək niyyətinin olmadığını bildirib.

    İbtidai istintaq Cümü ləqəbli şəxsin Müşfiqin oğlunu da qətlə yetirmək istəməsi qənaətinə gəlib və ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddələr üzrə Cümşüdə bəraət verib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (xüsusi amansızlıqla adam öldürmə və qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

    Məhkəmənin hökmü ilə C.İsmayılova 18 il həbs cəzası verilib. Onun cəzasının üç ilini həbsxanada, 15 ilini isə ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.

  • Bakının bir rayonunda qaz kəsiləcək

    Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə rayonun Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov Qardaşları, Hənifə Ələsgərov, Allahyar Nəsibov küçələri üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.