Month: April 2024

  • Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”

    “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”.

    Bu bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

    O qeyd edib ki, Ermənistan Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi ilə bağlı 9-cu təklifləri alıb.

    Mənbə: Ermənistan KİV

  • Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? – VİDEO

    Yollarda üzərində “sürücülük təlimi” yazılan avtomobilləri hər gün görmək mümkündür. Avtomobillərin sürücüləri isə özlərini hansısa kursun müəllimləri kimi təqdim edirlər.

    Bəs təlimçi ola bilmək üçün hansı şərtlər var? Bu sahədə fəaliyyət göstərmək üçün konkret tələblər mövcuddurmu?

    Təlimçi İlahə Əhmədova deyir ki, avtomobili idarə edən şəxs digərlərinə sürmə təlimi vermək üçün ən azı beş il rəsmi qaydada sürücülük məktəbində təcrübə keçməlidir. Bir sözlə, sürücü olmaq hələ təlimçi olmaq anlamına gəlmir.

    Daha ətraflı Xəzər TV-nin süjetində:

  • Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”

    “Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb”.

    Bu barədə Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.

    O qeyd edib ki, texniki baxımdan tamamlama Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissənin Alma-Ata bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilməsi deməkdir.

    “Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, – deyə Xaçatryan qeyd edib.

    Mənbə: Ermənistan KİV

  • Bəzi tikinti materialları BAHALAŞACAQ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri” ilə müəyyən edilir.

    Nazirlikdən bildirilib ki, qaydalara əsasən, yük avtomobilləri üçün maksimal uzunluq 12 metr, qoşqu üçün 12 metr, birləşdirilmiş nəqliyyat vasitəsi üçün 20 metr, avtoqatar üçün 20 metr, maksimal en bütün nəqliyyat vasitələri üçün 2,55 metr, nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün 2,60 metr, maksimal hündürlük 4,00 metr müəyyən edilib:

    “Nəqliyyat vasitəsinin icazə verilən yüklə birlikdə ümumi çəkisi ikioxlu yük avtomobilləri üçün 18 ton, üçoxlu yük avtomobili üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan yük avtomobili üçün 26 ton, dördoxlu – iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün isə 32 ton müəyyən edilib.

    Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri, yəhərli və qoşqulu avtoqatarlar, habelə avtobuslar üçün də müvafiq parametrlər adıçəkilən Qərarla müəyyən edilib”.

    Nazirlik sürücüləri xəbərdar edir ki, ümumi istifadədə olan avtomobil yollarına və yol qurğularına ziyan vurulmaması üçün nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi çəkisi, eləcə də oxa düşən yükün icazə verilən çəkisi müəyyən edilmiş hədləri aşmamalıdır.

    Bəs bu qaydalar tikinti sektoruna necə təsir edəcək?

    Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, hökumətin qərarı bütün hallarda alqışalayiqdir:

    “Çünki zaman-zaman biz gileylənmişik ki, çoxtonnajlı yük maşınları yolları, körpüləri pis günə qoyur. Sonuncu fakt olaraq Bakı-Quba beton yolunu xatırlamaq kifayətdir. Doğrudan da avtomobillərə həddən artıq yükvurma hesabına yollara böyük ziyan vurulur. Amma bu məsələdə təkcə günahkar avtomobil sahibləri deyil. Yol inşaatçılarının da üzərinə bu məsələdə az məsuliyyət düşmür. İqtisadiyyatda belə bir aforizm var:

    “Öz səviyyəni saxlamaq üçün sürətlə qaçmaq lazımdır”.

    Yəni bu gün avtomobil yollarımız ağır yüklərə davamlı inşa olunmalıdır. Məlumdur ki, dünyada körpülər artıq 35-40, yollarsa, hətta 50-55 ton yükə davamlı inşa edilir. Belə yollarda heç zaman daşımalara görə problem yaranmır. Amma biz neçə illərdir ki, bu problemdən qurtula bilmirik”.

    Fuad İbrahimov xatırladıb ki, ölkəmizdə tikinti bumu əsasən Abşeron yarımadasında cəmləşib:

    “Amma mişar daşından və sementdən başqa digər tikinti məhsulları Abşeron yarımadasında istehsal olunmur. Ona görə də tətbiq edilən qaydalar inşaat sektorunda bahalaşmaya səbəb olacaq. Çünki sürücülər daha əvvəlki kimi bir dəfəyə 30-40 ton qum-çınqılı paytaxta gətirə bilməyəcək. Əvəzində bu qədər yük ən yaxşı halda iki maşına yüklənəcək. Bu da daşımalarda yükün maya dəyərini artıracaq”.

  • Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat – FOTO

    Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.

    “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsinə 16 aprel 2024-cü il tarixindən Fəzail Salman oğlu Məmmədov təyin olunub.

    Fəzail Məmmədov 2019-2023-cü illərdə paytaxtdakı 250 nömrəli, 2023-2024-cü illərdə isə 314 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət göstərib.

    Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

  • İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ

    Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşılayıblar.

    Sonra tədbir iştirakçıları birgə foto çəkdiriblər.

    Aparıcı: “İndi isə biz Azərbaycan Respublikasının Prezident Zati-aliləri cənab İlham Əliyevin çıxışını dinləyəcəyik”.

    Prezident İlham Əliyevin çıxışı:

    “Hörmətli cənab Kansler.

    Hörmətli xanım nazir.

    Xanımlar və cənablar.

    Əvvəlcə, “Petersberq Dialoqu”nda iştirak etmək üçün məni dəvət etdiyinə görə cənab Kanslerə təşəkkürümü bildirmək istəyirəm. Bu gün burada sizinlə olmaq böyük şərəfdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Hazırlıq üçün bizim bir ildən də az vaxtımız qalırdı. Beləliklə, biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik.

    COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

    Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəni Qoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizi nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.

    Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Hesab edirəm ki, bu, həmçinin əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.

    Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.

    Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 giqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Bir sözlə, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir.

    Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd giqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 giqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək. Bir sözlə, yekun fikrim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.

    Cənab Kansler, xanım nazir, dəvətə görə bir daha minnətdaram. Sizin aranızda olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Sizə uğurlu müzakirələr arzulayıram. Sağ olun”.

    Sonra Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts çıxış edərək deyib:

    “Hörmətli cənab Prezident Əliyev. Mən Sizi növbəti İqlim Konfransının təşkilatçısı, bizim qonağımız kimi salamlamaqdan məmnunam.

    Hörmətli xanım Annalena Berbok, cənab nazirlər.

    Xanımlar və cənablar, sizin hamınızı Berlində salamlamaqdan çox məmnunam”.

    Kansler Olaf Şolts Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentinin iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələrin həlli baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səyləri birləşdirməsinin vacibliyini xüsusi diqqətə çatdırıb. Artıq həmin istiqamətdə 78 dövlətin konkret iş birliyi yaratdığını deyib.

    Olaf Şolts Dubayda keçirilmiş COP28-dən sonra bu sahədə məqsədyönlü tədbirlərin daha da gücləndirildiyini bildirərək deyib:

    “Biz buradan Dubayda keçirilmiş beynəlxalq İqlim Konfransının uğurlarına boylanırıq. Eyni zamanda, biz səy göstəririk ki, bu ilin noyabrında Bakıda, gələn il isə Belendə keçiriləcək konfranslarla bugünkü konfransın uğurunu əlaqələndirək. Bizim məqsədimiz “Petersberq İqlim Dialoqu” vasitəsilə buna töhfə verməkdir”.

    Almaniyanın Kansleri iqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacağına əminliyini vurğulayıb. O, qarşıda duran vəzifələrin həlli üçün Azərbaycanda keçiriləcək COP29-a qədər də ardıcıl iş aparılacağını vurğulayaraq bildirib:

    “Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə “Üçlük” olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər. Məhz bu istiqamətdə olan format uzunmüddətlidir və mən bunu alqışlayıram. Federal hökumət bütün gücü ilə bunu dəstəkləyəcək. Xanımlar və cənablar, Almaniya artıq bu istiqamətdə kurs götürüb”.

    Kansler Olaf Şolts iqlim dəyişikliyi ilə bağlı tədbirlərin lazımınca həyata keçirilməsi üçün ilkin hesablamaya görə təqribən 2,4 trilyon dollar vəsaitin lazım olacağını bildirib. O, yaşıl texnologiyalara keçid və qarşıda duran digər çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gəlmək üçün birgə səyləri daha da gücləndirməyin zəruriliyini bildirərək vurğulayıb:

    “Bakıda keçiriləcək konfransda 2025-ci ildən sonra da iqlimin maliyyələşdirilməsi əsas danışıqlar predmeti olaraq qalacaq. On beş il bundan əvvəl olduğu kimi, biz artıq gələcəyin texnologiyasından qoşqu kimi istifadə etmirik. Biz artıq nail olmuşuq ki, texnologiyaların qlobal səviyyədə maliyyələşməsi, yayılması mümkün olsun, özü də mümkün münasib qiymətlərlə”.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq

    Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    “Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə agentlik bəyan edib.

  • Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı

    Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə Tacir Adişli tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin qıza görə baş verdiyi deyilir.

    Belə ki, zərərçəkən qarşı tərəfdən qızdan uzaq durmasını tələb edib. Onlar İnstaqramda bir müddət yazışdıqdan sonra görüşüblər. Aralarında yaranmış mübahisə qanla bitib. Görüşə bıçaqla gələn azyaşlı Tacir Adişliyə bir neçə bıçaq zərbəsi endirib. Yeniyetmə kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

    Fakt Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

  • Geyiminə görə mağazadan qovuldu – Bakıda qəribə hadisə (VİDEO)

    Bakıda qəribə hadisə yaşanıb.

    Mağazalardan birində xanım müştəriyə geyiminə görə xidmət göstərilməyib və dükandan qovulub.

    Həmin kadrlar mobil telefonla lentə alınaraq qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb.

    Sözügedən xanıma isə münasibət birmənalı olmayıb, bəziləri onu qovmağın doğru hərəkət olduğunu desə də, bir qisim insan bunu vətəndaşın hüquqlarını pozmaq kimi qarşılayıb.

    Sözügedən görüntünü təqdim edirik:

  • Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

    Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

    Bu barədə “Report”un Berlinə ezam edilmiş müxbiri xəbər verib.