Month: April 2024

  • Rəisin evindən oğurluq etdi, araq alıb içdi – Kameraya salam da verdi

    Ədliyyə Nazirliyinin Ucar rayon İcra və Probasiya şöbəsinin rəisinin evindən oğurluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, şöbə rəisi Ziya Məmmədovun Hacıqabulda yeni tikridiyi evindən dəmir boru, armatur, reys parçası, laqonda, tökmədəmir boru, aluminium və mis kabellər, mişar, kanalizasiya qapağı, çəkic və digər tikinti materialları oğurlanıb.

    Oğurluğu 1987-ci il tarixdə Şirvan şəhərində doğulmuş Adil (şərti) edib. Maraqlıdır ki, həmin şəxs evin həyətində təhlükəsizlik kamerasının olduğunu bilə-bilə hadisəni törədib. Hətta hadisədən sonra təhlükəsizlik kamerasına əli ilə işarə edərək, salam da verib. Bundan sonra oğurladığı əşyaları metal qəbul edən tanımadığı şəxsə satıb və əldə etdiyi pula araq alaraq içib.

    Həmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Ə.Vahid küçəsində saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman 1,138 qram narkotik vasitə olan heroin aşkar edilib.

    Məhkəmənin qərarı ilə Adil Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir

    Qanuna dəyişiklik qəbul olunacağı halda “Dekstrometorfan” maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.

    Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.

    O qeyd edib ki, layihədə “Dekstrometorfan” maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına “başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır” qeydi ilə daxil edilməsi təklif edilir.

    “Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə “Dekstrometorfan” maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərman preparatlarına əlçatanlığını təmin edəcək”, – deyə deputat bildirib.

    Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.

  • Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür – VİDEO

    Bakıda cinayətkarlar binalardan oğurluğun yeni üsulunu tapıblar.

    Bu barədə Lent.az-a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.

    Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri təqdim ediblər.

    Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdıblar, liftlə yuxarı mərtəbəyə qalxıblar, oradan pilləkənlə kamera olan mərtəbəyə düşüblər.

    Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürüblər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər.

    Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki, işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən simaları kameraya düşür.

    Sakinlər qeyd edirlər ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb.

    Hadisə ilə bağlı polisə məlumat verilib.

  • Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb

    Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb.

    Median.Az report-a istinadən xəbər verir ki, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.

    Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbət” MMC-nin sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərdən həbsin götürülməsini xahiş edib.

    Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Geridə qalan məbləğin ödənişinin isə aparıldığı qeyd edilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. Hakim mülki iddianı ləğv edib, sözügedən müəssisələrin üzərindən isə həbs qərarı qismən götürülüb.

    Növbəti məhkəmə iclası mayın 23-nə təyin olunub.

    Qeyd edək ki, prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

    Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Konqoda meymunçiçəyi epidemiyası elan edilib

    Konqo Respublikası öz ərazisində meymunçiçəyi epidemiyası elan edib.

    Məlumata görə, Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla, beş departamentdə 19 hadisə təsdiqlənib.

    Qeyd olunub ki, hazırda ölkədə bu xəstəlikdən ölüm halı qeydə alınmayıb.

    Mənbə: centralasia.media

  • İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? – VİDEO

    İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır.

    Bu barədə ARB TV-nin süjetində deyilir.

    Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, şəxs almaq istədiyi ikinci əl məhsul haqqında müəyyən qədər məlumata malik olmalıdır. Əgər alıcı həmin məhsul haqqında araşdırma etməkdən yayınırsa, biz ehtimal edə bilərik ki, o bunun oğurluq olduğunu bilir.

    “Oğurluq məhsulunu əldə edənlər, satanlar və oğurluq məhsul olduğunu bildiyi halda əldə edən alıcılar Cinayət Məcəlləsinin 194-cü maddəsinə əsasən, min manatdan üç min manatadək cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

    Ətraflı videosüjetdə:

  • Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi

    1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.

    Bu barədə “Araz-Naxçıvan”ın Mətbuat Xidməti məlumat yayıb.

    Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib.

    Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasında baş katib vəzifəsində çalışıb.

  • Короля Саудовской Аравии госпитализировали для планового осмотра

    Король Саудовской Аравии Салман бен Абдель Азиз аль-Сауд госпитализирован для планового осмотра.

    Об этом говорится в заявлении королевской канцелярии, распространенном Саудовским агентством печати.

    Отмечается, что 88-летний монарх пройдет медицинское обследование в специализированной клинике короля Фейсала, которая находится в саудовском городе Джидда. Процедура займет несколько часов, добавили в королевской канцелярии.

    Источник: ТАСС

  • Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

    Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

    Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır.

    Qeyd olunub ki, 88 yaşlı Salman bin Əbdüləziz sonuncu dəfə 2022-ci ilin mayında tibbi testlərdən keçmək üçün xəstəxanaya yerləşdirilib. O, 2020-ci ildə öd kisəsindən əməliyyat olunub.

    Mənbə: Reuters

  • В Нахчыване прошла акция протеста – ВИДЕО

    Сотрудники Нахчыванского городского управления Государственного комитета по градостроительству и архитектуре Нахчыванской Автономной Республики провели акцию протеста перед Верховным Меджлисом.

    Причиной акции стало то, что работники уже более 10 месяцев не могут получить зарплату.

    Граждане подчеркнули, что из-за сложившейся ситуации они не могут выплатить свои долги.

    В городской администрации Нахчывана отметили, что они сами долгое время не могут получить зарплату.

    Подробнее – в сюжете APA TV.