Month: April 2024

  • Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər – VİDEO

    Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin işçiləri Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçiriblər.

    Səbəbi isə idarə əməkdaşlarının maaşlarını ala bilməmələri olub.

    Bildirilib ki, işçilər 10 aydan çoxdur ki, işə getsələr də, məvaciblərini ala bilmirlər.

    İşçilər vurğulayıblar ki, yaranan vəziyyət onlar üçün acınacaqlı hal alıb və borclarını vermək imkanları yoxdur.

    Naxçıvan şəhər idarəsindən qeyd olunub ki, onların özləri də uzun müddətdir ki, maaş ala bilmirlər.

    Daha ətraflı APA TV-nin süjetində:

  • Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış

    İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, pediatr intihar məktubu yazıb.

    Bildirilir ki, oğlu 15 ildən çoxdur ki, Ukraynada yaşayır. İntiharın ailə münasibətləri fonunda baş verdiyi, xeyli müddətdir ki, ailəsi ilə yola getmədiyi deyilir. Qeyd edilir ki, məhz bu səbəbdən də mərhum bir müddətdir ki, depressiyaya qapılıbmış.

    Məktub istintaq orqanı tərəfindən götürülüb.

  • Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri – VİDEO

    Aprel ayının 12-də, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəzanın yeni təfərrüatı məlum olub.

    Aparılan araşdırma nəticəsində texniki xidmət otağının müşahidə kameraları əldə edilib.

    Kadrlarda kanat yolunun idarəetməsinə cavabdeh olan şəxsin baş verən nasazlıqdan şübhələnərək texniki otağa daxil olaraq sistemi söndürdüyü görünür.

    Lakin qısa müddət sonra kanat yoluna cavabdeh olan şəxs mobil telefon vasitəsilə danışır və bir neçə saniyə sonra heç bir yoxlama aparmadan sistemi yenidən işə salır.

    Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Hadisə ilə əlaqədar dörd nəfər həbs edilib.

  • Президент Кыргызстана о строительстве школы в Агдамском районе

    Строительство школы в Агдамском районе является вкладом Кыргызстана в дело восстановления мира в регионах, пострадавших от конфликтов.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент Кыргызстана Садыр Жапаров в заявлении для прессы с Президентом Азербайджана Ильхамом Алиевым.

    “Завтра мы планируем заложить капсулу перед началом строительства этой школы”, – добавил президент Кыргызстана.

  • Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

    “Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında söyləyib.

    Qırğızıstan Prezidenti əlavə edib: “Sabah bu məktəbin təməlini qoymağı planlaşdırırıq”.

  • İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

    Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlətinin başçısı mətbuata bəyanatında deyib:

    “Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”.

  • Садыр Жапаров: Декларация закрепляет более глубокий характер стратегических отношений между АР и КР

    Сегодня мы подписали Совместную декларацию об установлении углубленных отношений стратегического партнерства между Кыргызской Республикой (КР) и Азербайджанской Республикой (АР).

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент Кыргызстана Садыр Жапаров в заявлении для прессы с Президентом Азербайджана Ильхамом Алиевым.

    “Подписание данного документа официально закрепляет установившийся на практике более глубокий характер двусторонних стратегических отношений между Азербайджаном и Кыргызстаном”, – подчеркнул президент Садыр Жапаров.

  • Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”

    “Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

    “Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir”, – deyə Prezident Sadır Japarov qeyd edib.

  • В Шушу на начальном этапе будут переселены 50 семей

    В следующем месяце планируется переселение 50 семей бывших вынужденных переселенцев в освобожденную от оккупации Шушу.

    Об этом в ответ на запрос Report сообщили в Госкомитете по делам беженцев и вынужденных переселенцев Азербайджана.

    В комитете отметили, что бывшие вынужденные переселенцы будут размещены в первом новом жилом комплексе из 23 зданий.

  • Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

    Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Komitədən bildirilib ki, keçmiş məcburi köçkünlər Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcəklər.

    Hazırda əhalinin köçürülməsi üzrə işlər davam etdirilir.