Month: April 2024

  • Азербайджан и Пакистан с целью улучшению торговых связей готовят два соглашения

    Азербайджан и Пакистан работают над подготовкой Соглашения о транзитной торговле и Соглашения о преференциальной торговле между странами, которые поспособствуют улучшению торговых связей.

    Как передает Report, об этом сказал посол Азербайджана в Пакистане Хазар Фархадов на встрече с президентом Торгово-промышленной палатой Карачи (KCCI) Ифтихар Ахмед Шейхом.

    Сообщается, что он проинформировал членов KCCI о решении Кабинета министров Азербайджана от 22 ноября 2022 года относительно освобождения риса, импортируемого из Пакистана, от ввозной таможенной пошлины до 31 декабря 2027 года.

    Как отметил посол, по сравнению с предыдущими годами товарооборот между странами в 2023 году значительно вырос, превысив 100 млн долларов.

    Х.Фархадов подчеркнул важность возобновления поставок СПГ Государственной нефтяной компанией Азербайджана (SOCAR) в Пакистан, а также взаимных инвестиций в сферу энергетики и информационных технологий, что внесет вклад в экономику обеих стран.

    Говоря о необходимости улучшения связей между бизнес-сообществами Азербайджана и Пакистана, он заявил следующее: “Без участия частного сектора нам никогда не удастся достичь того, к чему мы стремимся. Частный сектор должен участвовать в совместных рабочих группах, созданных в ходе VII заседания азербайджано-пакистанской межправительственной совместной комиссии в декабре 2021 года. Эти группы охватывают различные области, и частные предприятия должны быть приглашены для участия в развитии торгово-экономического сотрудничества”.

    Президент KCCI, в свою очередь, пригласил Азербайджан к участию в предстоящей международной выставке “Мой Карачи – Оазис гармонии” с целью дальнейшего развития торгово-экономических связей.

  • Azərbaycan və Pakistan iki saziş hazırlayır

    Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd Şeyx ilə görüşdə bildirib.

    O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən, Pakistandan idxal olunan düyünün 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilməsi barədə məlumat verib.

    Səfir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi xeyli artaraq 100 milyon ABŞ dollarını ötüb.

    X.Fərhadov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistana LNG tədarükünün bərpasının, eləcə də enerji və informasiya texnologiyaları sektorlarına qarşılıqlı investisiyaların qoyulmasının hər iki ölkənin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb.

    O, Azərbaycan və Pakistanın işgüzar dairələri arasında əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib:

    “Özəl sektorun iştirakı olmadan biz heç vaxt səy göstərdiyimiz məqsədə nail ola bilməyəcəyik. Özəl sektor Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyanın 2021-ci ilin dekabrında keçirilmiş VII iclası zamanı yaradılmış birgə işçi qruplarında iştirak etməlidir. Bu qruplar müxtəlif sahələri əhatə edir və özəl müəssisələr ticari-iqtisadi əməkdaşlığın inkişafında iştiraka dəvət edilməlidir”.

    KTSP-nin prezidenti İftixar Əhməd Şeyx isə öz növbəsində ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycanı qarşıdan gələn “Mənim Kəraçim – Harmoniya oazisi” beynəlxalq sərgisində iştirak etməyə dəvət edib.

  • Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

    2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib.

    APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub.

    Bu dövrdə sektorun cəmi kredit portfeli isə 4% və ya 919,2 milyon manat artaraq 24 milyard 155,1 milyon manata yüksəlib.

    Qeyd edək ki, ilin əvvəlində bankların cəmi kredit portfeli 23 milyard 235,9 milyon manat təşkil edib.

  • 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb

    Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dərhal qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

    APA-nın məlumatına görə, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

    Onun axtarışları davam etdirilir.

  • МИД Германии: Мы готовы поддержать путь к миру между Азербайджаном и Арменией

    Германия готова оказать всю возможную поддержку на пути к устойчивому миру между Азербайджаном и Арменией.

    Публикация об этом размещена на странице МИД Германии в соцсети Х.

    “Договоренность Азербайджана и Армении о демаркации границы на основе Алма-Атинской декларации 1991 года устраняет большое препятствие на пути к мирному соглашению. Германия готова оказать всю возможную поддержку на пути к прочному миру”, – говорится в сообщении.

  • Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA

    “Almaniya Azərbaycan və Ermənistan arasında dayanaqlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır”.

    Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib.

    “Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır”, – deyə paylaşımda qeyd olunub.

  • Bakıda taxta bazarı yanır

    Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

  • Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü – VİDEO

    Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.
     
    Sənətçi dünən Bakıdakı şadlıq saraylarının birindəki toy məclisində iştirak edib.
     
    Sözügedən görüntünü təqdim edirik:

  • Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar

    Rusiya sülhməramlı kontingentinin növbəti bölmələri Azərbaycan ərazisini tərk etmək üçün bu gün Goran stansiyasında cəmləşiblər.

    Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib.

    “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən deyib.

    O bildirib ki, artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

  • Bakıda əyləncə mərkəzində yanğın – VİDEO

    Bakının 7-ci mikrorayonu ərazisində yanğın başlayıb.

    Metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən beşmərtəbəli əyləncə mərkəzinin yuxarı mərtəbəsindən qatı tüstü qalxır.

    Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb: