Month: May 2024

  • Teylor Sviftin konsertinə görə evsiz insanlar şəhərdən qovuldu

    Şotlandiyanın Edinburq şəhərinin rəhbərliyi pop ulduz Teylor Sviftin “Eras Tour” konserti öncəsi evsiz insanları taksi ilə başqa şəhərlərə daşıyıb.

    Bu barədə BBC məlumat yayıb.

    Tədbir iyunun 7-dən 9-dək baş tutacaq. Adətən Edinburqdakı otellər kimi müvəqqəti yaşayış yeri təklif edilən evsizlərin Qlazqo, Aberdin və digər yerlərə göndərildiyi qeyd edilir. “Shelter Scotland” xeyriyyə təşkilatı bildirib ki, Teylor Svift konserti evsiz insanları otellərə ehtiyacı olan turistlərlə “birbaşa rəqabətdə” qoyub. İctimai fəallar hakimiyyətin qərarını açıq-aşkar ədalətsizlik adlandırıblar.

    Teylor Svift Edinburqda, 65 mindən çox tamaşaçı tutumuna malik “Murrayfield” stadionunda çıxış edəcək. Bir çox bileti olmayan fanatların da məşhuru görmək ümidi ilə stadionun kənarında dayanmaq üçün şəhərə axın etməsi gözlənilir.

    Qeyd edək ki, 29 iyul 2023-cü ildə Teylor Svift pərəstişkarları onun Sietldəki konsertində rekord seysmik aktivliyə səbəb olublar. Bunun 2,3 bal gücündə zəlzələ ilə müqayisə oluna biləcəyi açıqlanıb.

    Həmin ilin dekabrında müğənninin “Eras” filmi tarixdə ən çox kassa mədaxilinə görə Ginnesin Rekordlar Kitabına düşüb. Filmin gəliri 1 milyard dolları ötərək Elton Conun əvvəlki rekordunu (939 milyon dollar) qırıb.
    //qaynarinfo

  • Bu il maaşların artırılması gözlənilirmi? – VİDEO

    Ötən il müxtəlif istiqamətlər üzrə çalışanlarn əməkhaqları artırılsa da, 2024-cü ildə bu baş vermədi. Yəni işləyənlərin aylıq məvacibləri artırılmadı.

    Rəsmi statiskaya görə, ölkəmizdə infilyasiya göstəriciləri sıfıra düşsə də, vətəndaşlar zəruri ərzaq məhsullarının qiymətinin çox yüksək olduğunu deyirlər. Bir sözlə, hazırda əməkhaqları bazar qiymətlərinə dəfərlə uduzur.

    Bəs maraqlıdır, əməkhaqqının artırılması gözlənilirmi və mövcud bahalaşma fonunda maaşlar nə qədər artmalıdır?

    İqtisadçı Rəşad Həsənov deyir ki, son 1 ildə davamlı olaraq həm dünya ölkələrində, həm də Azərbaycanda inflyasiya tempinin aşağı düşməsi müşahidə edilir. Lakin ölkə bazarlarında, xüsusən ərzaq məhsullarında ucuzlaşma bir o qədər də hiss olunmur.

    Ekspertin fikrincə, hazırkı vəziyyət minimum əməkhaqlarının artırılmasını şərtləndirir ki, bu da 2024-cü il üçün gözlənilən deyil.

    Millət Vəkili Vüqar Bayramov isə “Xəbər Ertəsi”nə bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin əsas hissəsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönləndirilir.

    Millət vəkilinin sözlərinə, görə bu ilin sonuna qədər orta aylıq əməkhaqqının 990 manata çatdırılması gözlənilir.

    Daha ətraflı videomaterialda:

  • Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi

    Bakıda ərəbləri gəzdirən bələdçi saxlanılıb.

    1996-cı il təvəllüdlü Rəvan Sabirov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Rəvana protokol tərtib edilməsinə səbəb ərəb turistlə arasında baş verən anlaşılmazlıq olub.

    Təqsirləndirilən şəxs bildirib ki, Bakıda bələdçi kimi fəaliyyət göstərir və xarici vətəndaşları Yanar dağ abidəsi, İçərişəhər və s. gəzməli yerlərdə müşayət edir. Son dəfə “Snapchat” hesabından tanış olduğu ərəblə “Oliqarx” restoranında görüşüb.

    Turist ondan 100 manat qarşılığında Yanar dağa, İçərişəhərə, Quba, Qəbələ rayonuna gəzdirməsini istəyib. Lakin Rəvan 100 manat qarşılığında yalnız şəhəri gəzdirə biləcəyini deyib.

    Ərəb həmçinin əlavə olaraq ona kömək edəcəyini deyib və verəcəyi 100 manatı rəfin üstünə qoyduğunu bildirib. Rəvan həmin pulu götürərək, günorta onu Yanar dağa gəzdirməyə aparacağını deyib. Bu zaman ərəb turist bələdçiyə yalnız onu gəzdirdikdən sonra pulu verəcəyini bildirib. Rəvandan götürdüyü pulu geri qaytarmasını tələb edib. Bu zaman onlar arasında mübahisə yaranıb. Bundan sonra ərəb turist 102 xidmətinə zəng edərək, şikayət edib.

    Hər ikisi polis şöbəsinə dəvət edilərək izahatları alınıb. İzahat zamanı Rəvan bölmədə mübahisə etməyə başlayıb. Bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə bələdçi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 200 manat cərimə edilib.

  • Qəbul imtahanlarında “ölüm qrupu”: Azı 100 bal artacaq?

    Bu il 85 min nəfər tələbə olmaq üçün müvafiq imtahanlara qatılıb. Təhsil ekspertləri həm say, həm də imtahan göstəriciləri baxımından bu il keçid ballarının artacağını vurğulayırlar. Əsas ehtimal isə 1-ci qrupda 100 bala qədər artımın olması ilə bağlıdır. Mütəxəssislər bu qrupu hətta “ölüm qrupu” da adlandırır.

    Bəs bu iddiaların reallaşması mümkündürmü?

    Təhsil eksperti Cahid İmanlı səsləndirilən iddialara aydınlıq gətirib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu haqda deyilənlər həqiqəti əks etdirmir:

    “Bu il ali məktəbə qəbul olmaq üçün ən çox sənəd verənlər 1-ci qrupdadır. Amma eyni zamanda bu qrupda ixtisas sayı da çoxdur. Ona görə demək olmaz ki, 1-ci qrupda keçid balları maksimum dərəcədə qalxacaq. Əslində, ötən illərlə müqayisədə ən çox artım 3-cü qrupda olub. Hazırkı ehtimal da bu istiqamətdədir. Balların artma statistikasına gəlincə, burada ilk sıranı 3-cü qrup tutacaq. 2-ci yerdə isə birinci ixtisas qrupu olacaq. 3 və 4-cü yerləri ikinci və dördüncü ixtisas qrupu paylaşacaq. Amma balların 100 bala qədər artma ehtimalı qətiyyən düzgün ehtimal deyil”.

    Ekspert keçid ballarının ən çox 50 artacağını da qeyd edib:

    “Qəbul imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələ artıq başa çatıb. Keçən ilə nisbətən buraxılış ballarının orta hesabla 20 bal qalxması məlumdur. Birinci blok imtahanı keçirilsə də, nəticələri heç də ürəkaçan deyil. Blok imtahanlarının buraxılış imtahanlarına nisbətən çətin olması və keçən ilə nisbətən yüksəkballı ixtisasların olmaması bu ildə ciddi bal artımı gözlənilmir. Bəzi ixtisaslarda ən maksimum bal artımı 50-ə qədər ola bilər.

    Müəyyən səbəblərə görə, yaxud daha dəqiq desək, Qarabağ universitetində yaradılan şəraitlə əlaqədar olaraq, oradakı bütün ixtisasların keçid balları arta bilər. Eyni zamanda, Sumqayıt Dövlət Universitetinə bu il 500 baldan çox göstərici ilə qəbul olanlara güzəştlərin verilməsinə görə buradakı plan yerlərindəki müəyyən ixtisaslara balların yüksələcəyi istisna olunmur. Ümumi yox, amma ayrı-ayrı subyektiv səbəblərə görə, bal artımı gözlənilə bilər”.

  • Alimlər elementinin 79 illik sirri açdı

    Oak Ridge Milli Laboratoriyasının amerikalı alimləri kəşfindən 79 il sonra prometium radioaktiv elementinin xassələrini ilk dəfə ətraflı öyrənə biliblər.

    Araşdırma “Nature” elmi jurnalında dərc olunub.

    Prometium dövri cədvəlin altındakı 15 lantanid elementindən biridir. Güclü maqnitizmə malik nadir torpaq metalıdır. Prometium nüvə batareyaları və xərçəng diaqnostikasında bir neçə kiçik istifadəyə malikdir. Son vaxtlara qədər mütəxəssislər onun kimyəvi xassələri haqqında çox məhdud anlayışa malik idilər, bu isə bu resursdan daha geniş istifadəni çətinləşdirirdi.

    Prometium qeyri-sabitliyinə görə onilliklər ərzində az öyrənilib. Elementin sabit izotopu yoxdur – onların hamısı radioaktivdir və zaman keçdikcə parçalanır, digər maddələrə çevrilir.

    Yeni bir araşdırmada kimyaçılar prometiumu metal atomlarını tutmaq üçün xüsusi olaraq hazırlanmış PyDGA adlı bir liqandla birləşdirərək sabitləşdirə bilir. PyDGA prometiyumu sulu mühitdə hidrogenlə əlaqələndirərək elm adamlarına çətin nadir torpağın xüsusiyyətlərini təhlil etməyə imkan verib.

    Komanda sinxrotron rentgen udma spektroskopiyası adlanan son dərəcə ixtisaslaşmış, elementə xas bir texnikadan istifadə edib. Bir hissəcik sürətləndiricisi tərəfindən yaradılan yüksək enerjili fotonlar atomların mövqelərinin və bağ uzunluqlarının təsvirini yaratmaq üçün prometium birləşməsini “bombalayıb”.

    Metal-oksigen bağlarının uzunluğundakı incə fərqlər komandaya hər hansı çirkləri nəzərə almayaraq əsas prometium-oksigen bağına diqqət yetirməyə imkan verib.

    Bu məlumat ilk dəfə olaraq prometiumun xassələrini digər nadir torpaq element kompleksləri ilə müqayisə etməyə imkan verib.

    Tədqiqatçılar ümid edirlər ki, onların kəşfi elm və sənayedə prometiumun daha çox yeni istifadəsini tapmağa kömək edəcək.
    //qaynarinfo

  • Завершились собеседования по приему в I классы с обучением на негосударственном языке

    Завершились собеседования по приему в первые классы государственных общеобразовательных учреждений с обучением на негосударственном языке.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство науки и образования.

    Родители, недовольные результатами собеседований, до 3 июня могут подать апелляционную жалобу на сайте mektebeqebul.edu.az.

    Дети, обучавшиеся в подготовительных группах, в электронной системе автоматически будут зачислены в первый класс. Процесс выбора школы и преподавателя для детей, успешно прошедших собеседование, начнется с 11:00 12 июня.

  • Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb

    30 may 2024-cü il tarixində dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşıb.

    Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

    Övladının müsahibədəki nəticəsindən narazı qalan valideynlər 3 iyun 2024-cü il tarixinə qədər mektebeqebul.edu.az saytının əlaqə bölməsində “Apellyasiya Komissiyasına müraciət” hissəsini seçərək müraciət edə bilərlər.

    Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar sistem tərəfindən avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcəklər. Məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün həmin bölmə üzrə məktəb və müəllim seçimi isə 12 iyun 2024-cü il tarixində saat 11:00-dan etibarən başlayacaq.

    Qeyd edək ki, 12 iyun tarixindən 12 iyul tarixinə qədər Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələri üzrə yalnız üstünlük hüququ əsasında qəbul aparılacaq. 12 iyul 2024-cü il tarixindən 13 sentyabr tarixinə qədər isə sərbəst (prioritetsiz) seçim mümkün olacaq. Valideynlər üstünlük hüququ tətbiq edilən müəssisələrin siyahısı ilə mektebeqebul.edu.az saytında tanış ola bilərlər.

  • Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü

    Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, qəza zamanı VAZ-2106 və “Shacman” markalı avtomobillər toqquşublar.

    Nəticədə VAZ-2106-nın sürücüsü Tural İlham oğlu Mirzəyev ağır xəsarət alıb.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Qəzanın səbəbi araşdırılır.

    Qeyd edək ki, T.Mirzəyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsidir.

  • Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?

    İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq.

    Sığortanın olmamasına görə 300 lari (183 manat) cərimə tətbiq ediləcək. Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (549 manat) olacaq.

    Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da yerli sığorta şirkətlərindən səfər sığortası almalıdırlar. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.

    Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər. Bəs bu yenilik Azərbaycanın maliyyə, daha dəqiq desək, sığorta bazarına necə təsir edəcək? “Report” mümkün potensialla bağlı araşdırma aparıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycandan Gürcüstana 103 min nəfər səfər edib. Bu, 2022-ci illə müqayisədə 26 % çoxdur.

    Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün ölkə vətəndaşları Gürcüstana hələ ki, yalnız hava yolu ilə səyahət edir, “Azərbaycan Hava Yolları” QSC, eləcə də Gürcüstanın aşağı büdcəli aviaşirkəti – “Georgian Wings”in xidmətlərindən istifadə edir. Söz yox ki, quru sərhədləri açılandan sonra Azərbaycandan qonşu ölkəyə axın indikindən dəfələrlə çox olacaq. Bu o deməkdir ki, Azərbaycanda səfər sığortasının satışı dəfələrlə artacaq. Bu fikri sığorta bazarı üzrə ekspertlər də bölüşür.

    Onlardan biri Emin Allahverdiyev hesab edir ki, Gürcüstanın səfər sığortası tələbi Azərbaycanda sığorta bazarının böyüməsinə nəzərəçarpacaq dərəcədə təsir edəcək və sığorta şirkətləri arasında rəqabətə təkan verəcək: “Əlbəttə, bu yenilik könüllü sığortanın bu növünün inkişafına zəmin yaradacaq. Eyni zamanda, bu qərar səyahət edən şəxslərin üzləşə biləcəyi risklərin fərqində olmasına, maliyyə itkilərinin qarşısının alınmasına, ümumilikdə isə səfər sığortası mədəniyyətinin formalaşmasına imkan yaradacaq”.

    Ekspertin fikrincə, səfər sığortasına tələbatın artdığını görən yerli sığortaçılar bu sığorta növü üzrə yeni məhsullar yaratmağa, bazar payını artırmağa çalışacaq.: “Bu da öz növbəsində könüllü sığorta növlərində yeni pəncərələrin açılmasına, sığorta məhsullarında çeşidliliyin artmasına və sektorun bu istiqamət üzrə dinamik inkişafına müsbət təsir göstərə bilər. Bundan başqa sığorta şirkətləri çarpaz satış imkanlarından da istifadə edərək digər könüllü sığorta növlərini müştərilərinə təqdim edə bilərlər. Nəticə etibarilə səfər edən şəxslərin səyahət müddəti ərzində sığortalı olması onlara daha keyfiyyətli səyahət imkanı yaradacaq və həmin şəxslər sığorta mexanizmindən istifadə edərək gələcəkdə digər ölkələrə də səfər edərkən səyahət sığortasını əldə etməyə maraq göstərəcəklər”.

    Sığorta bazarı üzrə digər ekspert Kamran Babayev bu qənaətdədir ki, yeni tələb sığorta bazarının böyüməsinə kömək edəcək: “Bu dəyişiklikdən sonra səfər sığortasının satışı artacaq. Yenilik ABŞ və Avropa vətəndaşlarına aid deyil, amma digər vətəndaşlara aiddir”

    “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi isə vətəndaşlara çağırış edib: “Səfər sığortasını istənilən qeyri-həyat sığorta şirkətinə müraciət etməklə onlayn və yaxud fiziki qaydada əldə etmək mümkündür. Assosiasiya olaraq vətəndaşlarımızı bütün səfərlər zamanı, ələlxüsus da Gürcüstana səyahət edərkən səfər sığortasını əldə etməyə çağırırıq”.

    Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə 6,022 milyon manat sığorta haqqı toplanılıb, 543 min manat sığorta ödənişi həyata keçirilib. Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,4 % və 6,5 % çoxdur. Göründüyü kimi, ötən il səfər sığorta ilə bağlı dinamika müsbət olub. Çox güman ki, yeni tələb sayəsində 2024-cü ildə də səfər sığortasında artım baş verəcək.

  • Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 37000:2021 “Governance of organizations. Guidance” beynəlxalq standart əsasında AZS ISO 37000:2024 “Korporativ idarəetmə. Rəhbəredici göstərişlər” yeni dövlət standartı qəbul edilib.

    Dövlət standartı idarəetmə orqanlarında vəzifələrin effektiv, diqqətli və səmərəli formada yerinə yetirilməsini, o cümlədən, idarəetmə prosesində inam, inklüzivlik, hesabatlılıq, etibarlılıq, operativlik, şəffaflıq və ədalətliliyi artırılmasını təmin edəcək idarəçilik prinsiplərini müəyyənləşdirir.

    Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda korporativ idarəetmə prosedurlarını beynəlxalq tələblərə uyğunlaşdırmaqla maliyyə-iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına, risklərin effektiv idarə olunmasına, etibarlı daxili nəzarət sisteminin yaradılmasına imkan verəcək.

    Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
    //report