Month: May 2024

  • Rusiya XİN: “Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar”

    “Cənubi Qafqazda vəziyyəti Qərb qüvvələri pozurlar və rəsmi Bakı da bunu bəyan edib”.

    “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    Onun sözlərinə görə, Qərb dövlətlərinə Cənubi Qafqaz ölkələri ilə münasibətlər qurmaq deyil, düşmənçilik etmək lazımdır:

    “Onların nöqteyi-nəzərindən, region ölkələri bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidirlər. İqtisadiyyat, ticarət, infrastrukturla deyil, münasibətlərin sonsuz aydınlaşdırılması ilə məşğul olmalıdırlar. Onların hədəfi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb-çıxarmaqdır. Düşünürəm ki, bu tendensiyaları Bakıda və digər paytaxtlarda hər kəs müşahidə edir. Bir çox cəhətdən də biz onlarla razıyıq”.

    M.Zaxarova qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.

  • Глава полинезийской делегации: Нам нужна поддержка Азербайджана

    Мы подошли к завершению юридического процесса и нам нужна поддержка Азербайджана. Мы верим, что независимый Азербайджан донесет до мира наш правый голос, так как вы знаете, что мы переживаем.

    Как передает АЗЕРТАДЖ, об этом сказал глава находящейся в Азербайджане делегации Французской Полинезии, генеральный секретарь партии “Тавини” Французской Полинезии Виктор Маамаатуайахутапу на проходящей в Баку конференции на тему “Право Французской Полинезии на деколонизацию – вызовы и перспективы”.

    Он заявил, что Франция не слышит голоса народа и нарушает его права.

    “Французская Полинезия изолирована, и причина этого – Франция”, – подчеркнул глава делегации Французской Полинезии.

  • Polineziya nümayəndə heyətinin rəhbəri: “Azərbaycanın dəstəyinə ehtiyacımız var”

    “Hüquqi prosesin sonuna çatmışıq və Azərbaycanın dəstəyinə ehtiyacımız var. Biz inanırıq ki, müstəqil Azərbaycan bizim haqq səsimizi dünyaya çatdıracaq. Çünki siz bizim nə yaşadığımızı yaxşı anlayırsınız”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Fransa Polineziyasının nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının Baş katibi Viktor Maamaatuaiahutaru “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.

    O bildirib ki, Fransa deyilənlərə qulaq asmır və xalqların hüquqlarını pozur.

    “Fransız Polineziyası müstəmləkə olaraq təcrid olunub və bunun səbəbkarı ancaq Fransadır”, – deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.

  • Valideynlərin nəzərinə! – FOTO

    Paytaxtda uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, 03 iyun 2024-cü il saat 11:00-dan etibarən paytaxtda uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq. Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

  • Hava xəbərdarlığı: Mayın 31-i…

    Bakıda və Abşeron yarımadasında iyunun 1-i gündüzdən 2-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Azərbaycanın rayonlarında mayın 31-i gündüzdən iyunun 1-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda, 2-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    İyunun 1-i səhərdən 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

  • Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir – VİDEO

    Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində yay mövsümündə silah və texnikanın fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, eləcə də onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

    Bundan başqa, şəxsi heyətə mövsümə uyğun texnikanın istismarı qaydaları öyrədilir və təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılır.

  • Fərid Mehralızadə saxlanılıb? – DİN-dən açıqlama

    Fərid Mehralızadə polis orqanına dəvət olunub.

    Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, hazırda araşdırma aparılır.

    Qeyd edək ki, iqtisadçı Fərid Mehralızadənin saxlanılması barədə sosial şəbəkədə məlumat yayılıb.

  • “X” üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək

    Avstraliya məhkəməsi ABŞ-də yerləşən sosial media platforması “X”in yerli ayrı-seçkiliyə qarşı qanunlara əməl edərək nifrət nitqinə müdaxilə etməli olduğuna qərar verib.

    Kvinslend əyalət məhkəməsi 2022-ci ilin iyul ayında Avstraliya Müsəlman Müdafiə Şəbəkəsinin “X”a qarşı başlatdığı hüquqi prosesdə qəbul edilən qərarı açıqlayıb.

    Məhkəmə “X” şirkətinin platformada yayımlanan nifrət nitqlərini əyalətin ayrı-seçkiliyə qarşı qanunları çərçivəsində silməli olduğunu bildirib və qərar verib.
    //azxeber

  • Prezident TƏSDİQLƏDİ: Bəzi şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar

    Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanun təsdiqlənib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

    Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, “Təhsil haqqında” qanuna dəyişikliklə bağlı layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında qəbul edilib.

  • Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

    Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

    Nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

    Şəhidlər xiyabanı ziyarət edilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyulub, xatirələri ehtiramla anılıb. Həmçinin nümayəndə heyəti “Türk şəhidliyi” abidəsini ziyarət edib.