Month: May 2024

  • Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidentinin vəzifələrini icra edən, Senatın sədri Sayed Yusuf Raza Gilani ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüş zamanı Azərbaycan və Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər ilə yanaşı, regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

    Nazir Ceyhun Bayramov dost və qardaş Pakistana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkələrimiz arasında bu kimi səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

    Azərbaycan və Pakistan arasında zəngin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin uğurlu inkişafının məmnunluq doğurduğu qeyd olunub. Xüsusilə, müdafiə, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, turizm kimi sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin, habelə inkişaf üçün potensialın mövcudluğu vurğulanıb.

    Dövlətlər və xalqlar arasında dostluq və əməkdaşlığa hər iki ölkənin parlamentləri arasında mövcud əlaqələr və təmasların töhfə verdiyi diqqətə çatdırılıb.

    Regional və beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək və fəaliyyət məmnunluqla qeyd olunub.

    Bununla yanaşı, digər müxtəlif regional çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

    Postmünaqişə dövründə mövcud regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş münaqişə zamanı, habelə hazırkı şəraitdə göstərilən siyasi və mənəvi dəstəyə görə Pakistana təşəkkür edib.

    Hazırda işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa işləri, habelə Azərbaycan və Ermənistan arasında aparılan normallaşma və sülh danışıqlarından bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin hər iki istiqamət üzrə fəaliyyətinin regional sülh və sabitliyə hesablandığını diqqətə çatdırıb.

    Nazir Ceyhun Bayramov, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və danışıqlar prosesi barədə qarşı tərəfi məlumatlandıraraq, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyimizi bildirib.

    Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  • İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA

    Ermənistan hökuməti Geğarkunik bölgəsindəki mövqelərin Azərbaycana təhvil verilməsi planları ilə bağlı yayılan məlumatları təkzib edib.

    Bu barədə Ermənistan Nazirlər Kabineti “Armenpress”in sorğusunu cavablandırıb.

    Qeyd edək ki, “Hraparak” nəşri İrəvanın Bakıya Vaan kəndi istiqamətində yerləşən ümumilikdə 12 mövqenin verilməsini vəd edəcəyi barədə xəbər yayıb.

    Rəsmi İrəvan bu məlumatı bütünlüklə və tamamilə yalan adlandırıb.

  • “Meta”dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı

    “Meta” İsrail də daxil olmaqla bir çox ölkədə dezinformasiya yaratmaq üçün süni intellekt vasitələrindən istifadə edən gizli təsir kampaniyaları ilə əlaqəli yüzlərlə saxta hesabı bağladığını açıqlayıb.

    Dünyanın ən çox seçilən sosial media və mesajlaşma platformaları olan “Facebook”, “Instagram”, “Threads” və “WhatsApp”ın sahibi Meta 2024-cü ilin birinci rübü üçün təhdid hesabatını paylaşıb.

    “Meta” tərəfindən yayımlanan hesabatda Banqladeş, Çin, Xorvatiya, İran və Rusiya kimi ölkələrdə pozulan gizli təsir kampaniyaları haqqında məlumatlar paylaşılıb və onların əksəriyyətinin hədəf auditoriya yaradılmasının əvvəlində aşkar edilərək aradan qaldırıldığı bildirilib.

    Hesabatda bildirilir ki, İsraildə yerləşən koordinasiya edilmiş qeyri-əsaslı davranış şəbəkəsi media qurumlarının və ictimai xadimlərin səhifələri altında, ehtimal ki, süni intellekt tərəfindən yaradılan şərhlər dərc edir.

    Hesabatda 510 “Facebook” hesabının, İsraildən 11 səhifə və bir qrup, “Instagram”da isə 32 hesabın bu davranışları ilə şirkət siyasətini pozduğu üçün silindiyi və bu şəbəkənin xüsusilə ABŞ və Kanadadakı auditoriyanı hədəf aldığı qeyd edilib.
    //azxeber.com

  • Bu ərazilər də Azərbaycana təhvil verilir

    Azərbaycan Ermənistandan Geqarkunik bölgəsində 12 müdafiə mövqeyini geri tələb edir.

    Bu barədə “Hraparak” qəzeti yazıb.

    Ermməni nəşri mövzunu inkişaf etdirərək yazır. “Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin daha sonra hansı ərazini delimitasiya edəcəyi ilə bağlı müxtəlif proqnozlar var. Bəziləri deyirlər ki, bunlar Tavuş, bəziləri Sotk və Vardenis, digərləri isə Syunik adlanan anklavlardır.

    Mayın 29-da Geqarkunik rayonunun Çəmbərək icmasının Vahan kəndindən yaxınlıqdakı əkin sahələrində tədqiqatçıların göründüyü bildirilir. Onlar deyib ki, Azərbaycan bu sahədə Ermənistandan 12 müdafiə mövqeyini geri tələb edir və onların təslim olacağına dair vəd artıq verilib”.
     
    ///Yenisabah.az

  • Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

    Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Sizin dövlətiniz sosial-iqtisadi inkişaf üzrə böyük uğurlar qazanıb və beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir.

    Arzu edirəm ki, ölkəniz gələcəkdə də inkişaf etməkdə davam etsin və yüksək məqsədlərə nail olsun.

    Ümidvaram ki, Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə davam edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və xoşbəxtlik arzulayıram”.

    Kambocanın Kralı Norodom Sihamoni də dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcəkdir”.

    Eyni zamanda, Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə təbrik məktubu göndərib:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

    Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.

    Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm”.

    Moldova Respublikasının Prezidenti Maya Sandu da dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edirəm. Respublikanıza davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

    Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələri yüksək qiymətləndirirəm. Ölkəmizin ikitərəfli dialoqun daha da dərinləşdirilməsinə sadiq olduğunu bir daha təsdiq edirəm. Ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq. Əminəm ki, birgə səylərimiz nəticəsində Moldova və Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığımızı genişləndirmək imkanlarından tam istifadə edəcək və nəticədə hər iki ölkə vətəndaşlarına fayda verəcəkdir.

    Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək.

    Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?

    Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər igidlərin erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.

    Müharibədən sonra isə şəhərdə hərbi geyimdə gəzən şəxslərin sayı kifayət qədər artıb. Natəmiz, uyğunsuz daşınılan bu geyimlərin hərbi geyim qaydalarına zidd olduğu da gözdən yayınmır. Bəzi hallarda isə hərbi formada gəzən şəxslərin ümumiyyətlə müharibə iştirakçıları olmaması faktları da üzə çıxıb.

    Bəs, hansı şəxslər üçün hərbi geyimlə gəzmək qadağandır?

    Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan və ya səfərbərliklə hərbi xidmətə cəlb olunan heyətə tərxis olunduqdan sonra hərbi geyimlə gəzməyə icazə verilmir:

    “Zabit və gizir heyətinin hərbi xidmətdən sonra hərbi geyim forması gəzdirməsi haqqında şəxsiyyət vəsiqəsində xüsusi qeydlər olur. Bu qeydlər əsasında hərbi geyim daşına bilər. Digər hallarda qanunsuz olaraq hərbi geyim formasını daşıyanlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub.

    Lakin bu cərimələrin müvafiq icra strukturları tərəfindən tətbiq edilməməsi bəzi şəxslərin yeri gəldi-gəlmədi formada gəzməsinə, bəzən isə müxtəlif çirkin məqsədlərlə geyinilməsinə gətirib çıxarır. Bu da azmış kimi, bəziləri üzü-başı natəmiz olduğu halda hərbi geyimi daşıyırlar”.

    Ekspertin fikrincə, sözügedən hal orduda xidmət edən zabitlərin və vətəndaşlarımızın haqlı narazılığına səbəb olur:

    “Bu baxımdan hesab edirəm ki, bizim həm hərbi polis, həm də mülki polis orqanları belə geyimdə gəzən şəxsləri gördükdə saxlamalı və sənəd tələb etməlidir. Sənəd yoxdursa, müvafiq cəza tədbirləri reallaşdırılmalıdır. Bu mənzərə dözülməz bir hala çevrilib. Dövlət strukturlarının tədbirlərində bəzən hərbi geyimdə gələn hərbi qulluqçuların səliqəsi, geyimi qaydasında olmur.

    Bundan əlavə, tədbirə gələn şəxslər öz qoşun növünə aid olmayan geyimi geyinirlər. Azərbaycanda kimə baxırsan, komando və ya XTQ formasında gəzir. Halbuki orduda həm tankçılar, həm topçular, həm də quru qoşunlarının nümayəndələri var. Ona görə də hüquq-mühafizə orqanları təcili şəkildə bu prosesin qarşısını almalıdır”.

  • Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar – VİDEO

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ağstafa rayonunun bir neçə kəndində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri oğurlayan şəxslər tutulublar.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Araşdırmalar zamanı məlum olub ki, Emin Qurbanov, Əliş İsgəndərov, Xəyyam Qasımov, İbrahim Orucov və Misir Abbasov rayon ərazisində yerləşən 8 artezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayıb və metal qəbulu məntəqələrinə satıblar.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu

    Naxçıvanın Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanı öldürməkdə ittiham olunan həmkəndlisi Sərvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Sərvin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə Kəngərli rayonunun Xok kəndində baş verib. İttihama görə, 1999-cu il təvəllüdlü S.Məmmədov aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi, 2006-cı il təvəllüdü Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürüb.

    Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Назначен директор Азербайджанского национального музея ковра – ФОТО

    Новым директором Азербайджанского национального музея ковра назначена искусствовед, заслуженный деятель культуры Амина Меликова.

    Соответствующий приказ подписал министр культуры Адиль Керимли.

    Отметим, что А.Меликова получила степень бакалавра по специальности журналистика в 2000 году и степень магистра в области экономики и менеджмента в 2007 году. С 2016 года является доктором философии по искусствоведению.

    До этого назначения А.Меликова работала главой Департамента организации мероприятий и выставок Центра Гейдара Алиева.

  • Milli Xalça Muzeyinə direktor təyin olundu – FOTO

    Sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin direktoru təyin olunub.

    Mədəniyyət nazir Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

    Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

    1999-2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə “İçərişəhər” Muzey Mərkəzinin direktoru təyin edilib.

    Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.