Month: May 2024

  • Завтра в Азербайджане воздух прогреется до 36 градусов

    31 мая в Баку и на Абшеронском полуострове пройдет преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, будет преобладать умеренный юго-восточный ветер.

    Температура воздуха ночью составит 15-20°, днем – 28-33° тепла. Атмосферное давление – 758 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 45-55 %, днем – 60-70%.

    В большинстве районов Азербайджана преимущественно без осадков, однако днем в некоторых горных и предгорных районах временами ожидаются дожди, в отдельных местах интенсивные, возможны грозы, град и туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 15-20°, днем – 29-34, местами до 36° тепла, в горах ночью 11-16°, днем – 21-26° тепла.

  • May ayının sonuna olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 45-55 %, gündüz 60-70 % olacaq.

    Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20°isti, gündüz 29-34° isti, bəzi yerlərdə 36° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.

  • В Бакинской энергетической неделе примут участие 300 компаний

    В Бакинской энергетической неделе, которая пройдет 4-6 июня, свое участие подтвердили до 300 компаний из 37 стран.

    Как сообщает Report, об этом на пресс-конференции, посвященной этому мероприятию, заявила проектный менеджер компании Iteca Caspian Наиля Алиева.

    Она отметила, что на энергетической неделе будут представлены компании из США, Германии, Австралии, Австрии, Беларуси, Бельгии, Бахрейна, ОАЭ, Болгарии, Великобритании, Чехии, Китая, Алжира, Финляндии, Франции, Грузии, Индии, Ирака, Израиля, Швеции, Италии, Латвии, Казахстана, Катара, Венгрии, Монако, Нидерландов, Норвегии, Узбекистана, Румынии, России, Саудовской Аравии, Словении, Турции, Украины и Японии.

    “Компании из Швеции, Индии и Словении впервые примут участие в мероприятии. В этом году на общее число участников выставки приходится 15% новых компаний, которые проявляют большой интерес к сфере “зеленой” энергетики”, – сказала Н.Алиева.

  • Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək

    İyunun 4-6-da keçiriləcək və regionun enerji sahəsində mühüm tədbiri olan Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib.

    “Report” xəbər verir ki, bunu “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

    O qeyd edib ki, tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya təmsil olunacaq: “Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanda “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur”.

    Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

  • Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

    Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri, əziz Prezident.

    Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Dost ölkənizin milli bayramı – Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı inkişafını diləyirəm.

    Hörmətli cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah arzulayıram”.

  • İranda mədən çöküb, ölən və yaralananlar var

    Kermanda kömür mədəni çöküb.

    Bu barədə Kerman Qızıl Aypara Cəmiyyətinin baş direktoru bildirib.

    Kermanın Bibi Həyat kəndindəki Abnil kömür mədəni çöküb, dərhal qəza yerinə xilasedicilər göndərilib.

    Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

  • “Mitsubishi”nin robotu Rubik kubunu bir göz qırpımında həll edərək DÜNYA REKORDU QIRDI

    Yaponiyada robot Rubik kubunu ən qısa müddətdə həll edərək yeni dünya rekordu qırıb.
     
    Ginnesin Rekordlar Kitabı “Mitsubishi Electric”in maşınının 0,305 saniyə vaxtını təsdiqləyərək, əvvəlki rekordu 0,075 saniyə geridə qoyduğunu açıqlayıb.
     
    Robotun həll müddəti keçən ilin iyun ayında Kaliforniyada keçirilən Rubik kubunun sürətli həlli mərasimində qeydə alınan ən yaxşı insan rekordundan 10 dəfə daha sürətli olub.
     
    Belə ki, Koreya əsilli amerikalı Maks Parka üçün 3x3x3 ölçülü fırlanan tapmaca kubunu həll etmək cəmi 3,13 saniyə çəkib. O, özündən sonra ən sürətli adamın rekordunu saniyənin üçdə birindən çox fərqlə məğlub edib.
     
    Robotun əldə etdiyi 0,305 saniyə təxminən insanın gözünü qırpması üçün tələb olunan vaxta bərabərdir.
     
    Ən son rekord son illərdə robototexnika sahəsində əldə edilən köklü irəliləyişləri əks etdirir. 2009-cu ildə Rubik kubunu həll edən robot üçün dünya rekordu bir dəqiqə 4 saniyə idi.
     
    “Mitsubishi Electric” robotunun kubu cəmi 0,009 saniyəyə 90 dərəcə döndərməsinə imkan verən “ompakt, yüksək güclü, siqnala həssas servo mühərriklərdən istifadə etməklə bu uğura nail olduğunu söyləyib.
     

    Qeyd edək ki, dünya miqyasında yarım milyarddan çox satılan Rubik kubu bütün dünyada məşhur olaraq qalır və “Rubik kubunu necə həll etmək olar” sualı son illərdə “Google”da ən çox axtarılan ifadələrdən biridir.
    //sfera.az

  • Daha bir ölkə Fələstini dövlət kimi tanımaq qərarı verib

    Sloveniya hökuməti Fələstin dövlətini tanımaq qərarına gəlib.

    Bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, buna qədər İngiltərə, Yunanıstan, İspaniya, İrlandiya və Norveç də Fələstini rəsmən tanımışdı.

    Mənbə: Sabah

  • Qadınların şəklini gizlindən çəkib sosial şəbəkədə yaydı

    Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, 1995-ci il təvəllüdlü Nurlan Teyyub oğlu Yusifli “TikTok” sosial şəbəkə platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

  • Ərdoğan: “Ermənistan xarici güclərin və diasporun əsarətindən qurtularsa, sülhə yaxınlaşacaq”

    “Ermənistan xarici güclərin və diasporun əsarətindən qurtulduğu zaman sülhə daha da yaxınlaşacaq”.

    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən “Efes-2024” hərbi təlimində Yüksəksəviyyəli Müşahidəçi Günündə çıxışı zamanı deyib.

    “Erməni xalqı görməli və anlamalıdır ki, onların gələcəyi kənardan “qəzəl oxuyanlar”ın və ya təhrik edənlərin əlində deyil, əsrlərdir birlikdə yaşadıqları və yaşayacaqları qonşularındadır. Və bunun üçün nə lazımdırsa, cəsarətlə həyata keçirməlidir”, – deyə Ərdoğan qeyd edib.

    Mənbə: İHA