Month: May 2024

  • Finlandiya prezidenti İlham Əliyevə zəng edib

    Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Finlandiya prezidenti dövlətimizin başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.

  • В Армении и Украине задержали мошенников, заработавших десятки миллионов евро на ботах-вымогателях

    В Армении и Украине задержали киберпреступников, которые заведовали крупнейшей в Европе сетью ботнетов и вымогали деньги у граждан Европейского союза (ЕС).

    Об этом сообщает Reuters со ссылкой на Европол.

    Одного из мошенников поймали в Армении, а трех других – в Украине. Отмечается, что один из подозреваемых заработал на аренде порталов с ботами-вымогателями порядка 69 млн евро (немногим более 126,8 млн манатов – ред.).

    Сообщается также, что силовики отключили более 100 серверов и взяли под контроль свыше 2 000 доменов, чтобы демонтировать ботнеты. Эта операция прошла при участии правоохранителей ряда стран ЕС, США и Украины и получила название “Финал”. Ее назвали самым мощным ударом по киберпреступности на сегодняшний день.

    Уточняется, что использовавшиеся мошенниками боты применяли вредоносное ПО, чтобы подключаться к устройствам людей с целью нанесения вреда.

    Источник: gazeta.ru

  • Ermənistan və Ukraynada şantajçı-botlardan on milyonlarla avro qazanan fırıldaqçılar saxlanılıblar

    Ermənistan və Ukraynada Avropanın ən böyük bot şəbəkəsini idarə edən və Avropa İttifaqı (Aİ) vətəndaşlarından pul tələb edən kibercinayətkarlar saxlanılıblar.

    Məlumata görə, fırıldaqçılardan biri Ermənistanda, üçü isə Ukraynada yaxalanıb. Qeyd olunur ki, şübhəli şəxslərdən biri şantajçı-botları ilə portalların icarəsindən təxminən 69 milyon avro (127 milyon manat) qazanıb.

    Təhlükəsizlik qüvvələri bot şəbəkələrini dağıtmaq üçün 100-dən çox serveri bağlayıb və 2000-dən çox domeni nəzarətə götürüb. Bu əməliyyat bir sıra Aİ ölkələri, ABŞ və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə baş tutub və “Final” adlandırılıb. Bu, indiyə qədər kibercinayətkarlığa vurulan ən güclü zərbə adlandırılıb.

    Qeyd edək ki, fırıldaqçılar tərəfindən istifadə edilən botlar zərər vurmaq məqsədilə insanların cihazlarına qoşulmaq üçün zərərli proqramlardan istifadə ediblər.

    Mənbə: Gazeta.ru

  • Daşkəsənə dolu düşüb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, mayın 30-u saat 16:30-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

    Lakin Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.

  • Зарубежные НПО выразили поддержку стране-хозяйке COP29 Азербайджану

    Представители неправительственных организаций (НПО) и общественные активисты из США, Великобритании, Германии, Бельгии, Нидерландов, Италии, Венгрии, Австралии, Пакистана, Нигерии, Алжира, Камеруна, Мексики, Индии, направив письмо в Азербайджанский национальный форум НПО, выразили поддержку Азербайджану в проведении 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    В документе отмечается, что организации гражданского общества и общественные активисты подчеркивают важность проведения COP29 в столице Азербайджана Баку в ноябре 2024 года.

    “Азербайджан, принимающий COP29, демонстрирует приверженность созданию инклюзивной среды, в которой будут приняты во внимание все голоса, рассмотрены перспективы и мобилизованы совместные усилия для обеспечения инклюзивных результатов. Как сторонники инклюзивных и совместных действий по борьбе с изменением климата, мы твердо верим в важность участия НПО в COP29”, – говорится в обращении.

    Отметим, что COP29 пройдет в Баку в ноябре этого года. Решение об этом было принято на пленарном заседании COP28, состоявшемся в Дубае 11 декабря 2023 года. В рамках мероприятия столица Азербайджана примет около 70 000 – 80 000 иностранных гостей.

  • 14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıblar

    ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan qeyri-hökumət təşkilatları (QHT) və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a ev sahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər.

    Median.Az-a Azərbaycan Milli QHT Forumuna istinadən müraciətin mətnini təqdim edir:

    “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar, 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırıq. Bu tədbir böyük gözləntilər daşıyır.

    COP29-a ev sahibliyi edən Azərbaycan bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir.

    İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi, biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq.

    QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif edir. Onların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini artırır.

    Azərbaycan Milli QHT Forumu ilə, COP29-un sədrliyi ilə Azərbaycanla planetimiz üçün ümidli gələcəyə dəstək səylərində həmrəy olduğumuzu bəyan edirik.

    İmzalar:

    1. Peter Qorgiyevski – Global Dialoq Forumunun rəhbəri, Avstraliya;

    2. Giyorqi Tatar – Dialoq və Kütləvi Zorakılıqların Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin rəhbəri, Macarıstan;

    3. Emma Maklennan – EEAST Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansının prezidenti, Böyük Britaniya;

    4. Nixil Aziz – Amerika Yəhudilərinin Dünya Xidmətinin nümayəndəsi, ABŞ;

    5. Dr. David Apollus – Akross Atlantik İnkişaf Təşkilatının baş icraçı direktoru, Böyük Britaniya (ECOSOC statuslu təşkilat);

    6. Edda Guiberti – Tripla Difesa O.N.L.U.S təşkilatının prezidenti, İtaliya (ECOSOC statuslu təşkilat);

    7. Evelin Bisona Fonkem – Aztəminatlıların Rifahı Assosiasiyasının nümayəndəsi (ECOSOC statuslu təşkilat);

    8. Adetola Ojeniyi – Böyük Britaniya və Afrika İnkişaf və Tədqiqat Mərkəzinin nümayəndəsi – Böyük Britaniya (ECOSOC statuslu təşkilat);

    9. İanna Mallayka Foundation – Niderland (ECOSOC statuslu təşkilat);

    10. Bencamin Yu – “El Pozo de” Vida təşkilatının nümayəndəsi, Meksika;

    11. Aleksiya Klaydon – QHT eksperti, Böyük Britaniya;

    12. Frensis Niba – Vətəndaş Təbliğatı Koalisiyasının nümayəndəsi, Böyük Britaniya;

    13. Patrisia Haydeger – Avropa Ətraf Mühit Bürosunun nümayəndəsi, Belçika;

    14. Katalin Hartviq – QHT eksperti, Almaniya;

    15. Feliks Masi – “Səssiz Uşaqlar” təşkilatının təsisçisi, ABŞ

    16. Nyanq Miçel – ekspert, ABŞ;

    17. Sana Ullah – Pakistan Gənclər Təşkilatının rəhbəri, Pakistan;

    18. Nik Nvolisa – Gənclərlə iş üzrə ekspert, Nigeriya

    19. Mayk Handkok – “Circle of Excellence Group”un rəhbəri, Avstraliya;

    20. Peter Mousaferiadis – “Cultural Infusion” təşkilatının rəhbəri, Avstraliya;

    21. Əbdülməjid Əmrani – Batna Universitetinin professoru, Əlcəzair;

    22. Hassina Hemamid – Batna Universitetinin professoru, Əlcəzair;

    23. Şehnaz Nadirşah – Meher Roşani Fondunun və Qlobal Dialoq Fondunun nümayəndəsi, Hindistan/Avstraliya;

    24. Bencamin Bikford – ekspert, Avstraliya;

    25. Priyanqa Premaratne – Beynəlxalq Sanşayn Koas İnkişaf Universitetinin tədqiqatçısı, Avstraliya;

    26. Uzma Nahid – “Solution for You” təşkilatının təsisçisi, Pakistan;

    27. Anumnu İkenna Maykl – Səhiyyə və Ətraf Mühitin Mühafizəsi üzrə “GoodWash” Fondunun nümayəndəsi, Nigeriya;

    28. Alfons Rac – Kəndlərin Rekonstruksiyası və İnkişaf Layihəsinin nümayəndəsi, Hindistan;

    29. Vera Daniel – Şəffaflıq Uğrunda Afrika Gənclərinin nümayəndəsi, Nigeriya;

    30. Elonq Emilienne-Alice, GDF Müxtəliflikdə Birlik Təşkilatının nümayəndəsi, Kamerun.

  • Şabranda yeniyetmə dördüncü mərtəbədən yıxıldı

    Şabran rayonunda 15 yaşlı oğlan dördüncü mərtəbədən yıxılıb.

    Median.Az “Unikal”a istinadən məlumatına görə, hadisə şəhərin M.Hüseynzadə küçəsində baş verib.

    Belə ki, 2009-cu il təvəllüdlü T.Mədətli ehtiyatsızlıq ucbatından yaşayış binasının dördüncü mərtəbəsindən açıq pəncərədən yıxılıb.

    Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

  • МИД РФ: Отслеживаем начало практической фазы работы по делимитации азербайджано-армянской границы

    Отслеживаем начало практической фазы работы по делимитации госграницы между Азербайджаном и Арменией. Она имеет важное значение для региональной стабильности.

    Как передает российское бюро Report, об этом официальный представитель МИД Российской Федерации (РФ) Мария Захарова заявила на брифинге.

    Официальный представитель МИД отметила, что российская сторона поддерживает урегулирование всех делимитационных вопросов исключительно политико-дипломатическими методами.

    “Исходим из того, что договоренности должны носить устойчивый, сбалансированный, взаимоприемлемый характер и служить основой для достижения прочного мира в регионе”, – добавила она.

    По словам М.Захаровой, Москва подтверждает готовность регулярно оказывать сторонам консультативное содействие по делимитации на основе трехсторонних договоренностей лидеров России, Азербайджана и Армении.

  • Zaxarova: “Delimitasiya üzrə işlərin praktiki mərhələsi regional sabitlik üçün vacibdir”

    “Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə işlərin praktiki mərhələsinin başlanılmasını izləyirik. Bu, regional sabitlik üçün vacibdir”.

    “Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    O qeyd edib ki, Rusiya tərəfi delimitasiya prosesi ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıdır: “Belə bir prinsipdən çıxış edirik ki, razılaşmalar davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır. Bunlar regionda dayanıqlı sülhə nail olmaq üçün əsas olmalıdır”.

    Onun sözlərinə görə, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə mütəmadi olaraq məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiqləyir.

  • МИД России: На Южном Кавказе ситуацию дестабилизируют силы Запада

    На Южном Кавказе ситуацию дестабилизируют западные силы, об этом заявляет и официальный Баку.

    Как передает российское бюро Report, об этом официальный представитель МИД России Мария Захарова заявила на брифинге.

    По ее словам, странам Запада нужно, чтобы страны Южного Кавказа не налаживали отношения, а враждовали.

    “Страны региона между собой должны с их точки зрения не налаживать связи, а враждовать. Соседи должны заниматься не экономикой, торговлей, инфраструктурой, а бесконечным выяснением отношений. Им нужно выдавить Россию из Южного Кавказа. Я думаю, что все видят и в Баку, и в других столицах эти тенденции. Я думаю, что во многом с ними солидарны”, – сказала Захарова.

    Официальный представитель МИД РФ отметила, что у России с Азербайджаном выстроены отношения стратегического партнерства и союзничества.