Month: May 2024

  • İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib – Yenilənib

    İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.

    “Report” xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar və Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.

    Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.

    * * * * *

    İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında görüş keçirilir.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşım deyilir.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda Xarici İşlər Nazirliyinə gedib və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib.

    Danışıqlar zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

  • Президент: С момента окончания войны в 2020 году жертвами мин стал 361 наш гражданин

    Азербайджан в результате почти 30-летнего конфликта и оккупации его земель Арменией страдает от проблемы загрязнения своих территорий минами и входит в число наиболее загрязненных минами стран в мире. По предварительным оценкам, около 12% территории страны загрязнено 1,5 млн мин и неизвестным количеством неразорвавшихся боеприпасов.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Ильхама Алиева к участникам международной конференции на тему “Снижение воздействия мин на окружающую среду: мобилизация ресурсов для безопасного и зеленого будущего”.

    “С момента окончания войны в 2020 году по сегодняшний день 361 наш гражданин, большинство из которых являются гражданскими лицами, стал жертвой мин, 68 из них погибли и 293 получили тяжелые ранения. В целом с начала военной агрессии Армении против Азербайджана от мин пострадали более 3 400 наших граждан, в том числе 358 детей и 38 женщин. Среди основных причин ежедневного роста числа жертв мин – отказ Армении предоставить точные карты мин, установленных ею на территории Азербайджана, установка мин-ловушек на дорогах, кладбищах и других объектах гражданского назначения, расположенных за бывшей линией соприкосновения. С 2020 по 2023 годы на территории Азербайджана были созданы новые заминированные зоны протяженностью до 500 км, вновь были установлены мины. Ответственность за это ложится на Армению”, – отмечается в обращении.

  • Prezident: “Müharibənin başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub”

    “Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

    “Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir”, – deyə müraciətdə qeyd olunub.

  • Президент направил обращение участникам III Международной конференции по противоминной деятельности

    Президент Азербайджана Ильхам Алиев направил обращение участникам проходящей в Зангилане III Международной конференции по противоминной деятельности на тему “Снижение воздействия мин на окружающую среду: мобилизация ресурсов для безопасного и зеленого будущего”.

    Об этом сообщает President.az.

  • İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT

    Prezident İlham Əliyev “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

    President.az xəbər verir ki, müraciətdə deyilir:

    “Sizi “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram.

    Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur.

    Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır.

    Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.

    Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.

    Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir.

    Humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və onun təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurum Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA-dır.

    Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır.

    Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir.

    Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Bildiyiniz kimi, keçən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində tərəfimizdən davamlı iş aparılır. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb.

    Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2013-cü ildə keçirilmiş 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilmişdir. Azərbaycan tərəfi bu mühüm qətnamənin davamı olaraq cari ilin may ayında Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi konfrans təşkil etmişdir.

    Ölkəmiz son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslar keçirmişdir. Bu tədbirlər minaya qarşı fəaliyyət məsələlərinə dair əsas müzakirə platformaları olmaqla yanaşı, müasir dövrdə bəşəriyyəti narahat edən bu vacib problemə diqqətin artırılmasına xidmət edir. Hazırda Azərbaycan BMT ilə birlikdə mina fəaliyyətinin tədrisi üçün “Mükəmməllik Mərkəzi”nin yaradılması istiqamətində iş aparır. Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanacaqdır. Bu əlamətdar hadisə Azərbaycanın bu sahədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməyinə də kömək edəcəkdir.

    Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini nümayiş etdirir. İnanıram ki, konfrans mina probleminin, onun törətdiyi bütün, o cümlədən ekoloji fəsadların aradan qaldırılması imkanlarının müzakirəsi, habelə mina fəaliyyəti sahəsində qabaqcıl təcrübə mübadiləsinə töhfə verəcəkdir.

    Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.

  • В Баку мужчину убила сожительница? – Обновлено

    Выяснилась интересная подробность в связи с убийством, совершенным в одном из домов в поселке Сабунчи одноименного района столицы.

    По информации Qafqazinfo, Самир Исрафилов и Рухия Таирова жили в гражданском браке.

    Отметим, что в полицию поступила информация о смерти С.Исрафилова (1986 г.р.) от колото-резаных ран в одном из домов в бакинском поселке Сабунчи.

    Сотрудники полиции задержали по подозрению в совершении преступления Р.Таирову (1976 г.р.).

    * * * * *

    Сегодня около 09:00 в полицию поступила информация о смерти Самира Исрафилова (1986 г.р.) от колото-резаных ран в одном из домов в бакинском поселке Сабунчи.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел.

    Сотрудники полиции задержали по подозрению в совершении преступления Рухию Тахирову (1976 г.р.).

    По предварительной версии, убийство было совершено на почве личного конфликта.

    По данному факту ведется расследование.

  • Bakıda kişi sevgilisi tərəfindən öldürülüb? – Yenilənib

    Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı detal üzə çıxıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.İsrafilovla R.Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.

    Qeyd edək ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

    * * * * *

    Bu gün saat 9 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.

    İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

    Faktla bağlı araşdırma aparılır

  • Али Инсанов обратился в суд

    Экс-министр здравоохранения Азербайджана, председатель Партии справедливости Али Инсанов обратился в суд.

    Как сообщает АПА, бывший министр подал в суд ходатайство о снятии с него судимости.

    Его обращение будет рассмотрено в ближайшие дни.

    Напомним, А.Инсанов был осужден на 11 лет за попытку госпереворота. В 2009 году он был освобожден на основании распоряжения Президента Ильхама Алиева о помиловании.

  • Əli İnsanov məhkəməyə müraciət edib

    Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov məhkəməyə müraciət edib.

    APA xəbər verir ki, sabiq nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə verib.

    Yaxın günlərdə onun müraciətinə baxılacaq.

    Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçki ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.

    2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

    2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

  • Вниманию водителей: один из центральных проспектов столицы закрывается на ремонт

    31 мая с 08:00 на проспекте Азадлыг города Баку (на участке между улицами Джафара Хандана и Михаила Каверочкина) начнутся ремонтные работы.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана (ГААДА).

    Было отмечено, что в период ремонта движение по полосам, на которых ведутся работы, будет частично ограничено и перенаправлено на другие полосы.

    Агентство просит водителей быть внимательными при передвижении по указанному участку дороги, соблюдать требования временных дорожных знаков и правила дорожного движения.