Month: May 2024

  • Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü – VİDEO

    Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

    Ekspertiza rəyində Əfsanə Qalabəylinin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu qeyd edilib.

    Xatırladaq ki, ilkin ekspertiza Ə.Qalabəylinin hadisəni anlaqsız vəziyyətdə törətməsi barədə rəy verib. Dövlət ittihamçısı ekspertiza rəyi ilə razılaşmayıb və əlavə tibbi ekspertiza keçirilməsini istəmişdi.

    Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

    Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

    Xatırladaq ki, Əfsanə Qalabəyli ifadəsində həyat yoldaşının ona zülm etdiyini bildirmişdi:

    “Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan, biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdir, ayıbdır. Dedi, “yaxşı edirəm”. Dözə bilməyib öldürdüm”.

  • Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR

    Mayın sonunda 4 bürc pozitivliyə nail olacaq. Gəlirlərin artmasına və maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olacaq hadisələri gözləyirlər.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bürcün dörd nümayəndəsi unikal ideyalarla aşılanacaq və may ayının son həftəsində böyük pul mükafatı alacaqlar.

    Xərçəng

    Mayın sonunda Xərçənglər üçün yeni perspektivlər açılacaq. Onlara maraqlı layihəyə rəhbərlik etmək təklifi gələcək. Xərçənglər əlavə iş öhdəlikləri götürəcəklər.

    Onların şərəfli şəxs olmaq şansı olacaq. Xərçənglər özlərini şöhrət şüaları içində tapa biləcəklər. Onlar lider mövqe tutacaq və effektiv lider olmaq bacarıqlarını nümayiş etdirəcəklər.

    Xərçənglər fürsətlərdən istifadə etməli və yaradıcılıqlarını nümayiş etdirməlidirlər. Onlar əmək haqqını artıracaq və maddi vəziyyətlərini xeyli yaxşılaşdıracaqlar.

    Tərəzi

    Bir çox insanlar keçmişdə əldə etdikləri böyük uğurlara görə Tərəzilərə çox diqqət yetirəcəklər. Əvvəllər seçdikləri yolda hərəkət edərək, yavaşlamağa və xəyalları üçün səy göstərməyə ehtiyac yoxdur.

    Tərəzilər uğur və məqsədlərə nümayiş etdirilən uğur və şanslar vasitəsilə nail olacaqlar. Onlar mütləq uğurun zirvəsinə çatacaqlar.

    Tərəzi böyük mükafat alacaq. Onların maddi vəziyyəti xeyli yaxşılaşacaq, bu da onlara özlərinə inam verəcək.

    Oxatan

    İnadkarlıq və özünə inam Oxatan bürcünü işdə müsbət dəyişikliklərə aparacaq. Onlar bütün enerjilərini performanslarını artıracaq və peşəkar inkişaflarına töhfə verəcək layihələrə yönəldəcəklər.

    Oxatan bürcünün dəyişmək üçün unikal şansı olacaq. Onlar karyera nərdivanında yüksələ biləcəklər.

    Oxatan əlavə gəlir mənbəyi kəşf edəcək, bu da onların maddi rifahına müsbət təsir edəcək. Onlar qazanclarının bir hissəsini tətil üçün saxlaya biləcəklər.

    Dolça

    May ayının sonunda Dolçalar inkişaf və yeni biliklər əldə etmək arzusu ilə dolu olacaqlar.

    Onlar təhsil almaq və ya təcrübə keçmək üçün unikal şans əldə edəcəklər. Dolçalar onları çoxdan maraqlandıran sahəni öyrənməklə məşğul olacaqlar.

    Onları böyük nailiyyətlərə və nailiyyətlərə aparacaq yeni məlumatlar alacaqlar. Dolçalar, əziz xəyallarına sərf edəcəkləri layiqli miqdarda pul qazana biləcəklər.

    Özlərini inkişaf etdirməklə məşğul olacaqlar və yeni üfüqlər yolunda olacaqlar. Dolçalar əsl firavanlıq və xoşbəxtlik yaşayacaqlar.

  • Pakistanda yaşayış binasında partlayış: Ölənlər var

    Cənubi Vəziristan rayonunda (Əfqanıstanla həmsərhəd olan Xayber Paxtunxva əyalətinin şimal-qərbində) yaşayış binasında baş verən partlayış nəticəsində azı beş nəfər ölüb, iki nəfər yaralanıb.

    Bu barədə yerli polisə istinadən məlumat yayılıb.

    Ölənlər arasında iki qadın və uşaq da var.

    Polis evdə uzaqdan işə salınan kustar partlayıcı qurğunun olduğunu bildirib. Hadisə yerində araşdırma aparılır.

    Qeyd edək ki, Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan qurumun yaradılmasına can atır.

    Mənbə: TASS

  • В Турции апрель стал самым жарким за последние 53 года

    Средняя температура воздуха в апреле в Турции стала самой высокой за последние 53 года.

    Как сообщает Report со ссылкой на TRT Haber, об этом заявил министр экологии и градостроительства страны Мехмет Озхасеки.

    По его словам, средняя температура воздуха в апреле в Турции составила 16,6 градуса по Целью, что на 4,3 градуса выше нормы. При этом самая высокая средняя температура зафиксирована в провинции Шанлыурфа – 38,9 градуса.

  • Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb

    Türkiyədə aprel ayında orta hava istiliyi son 53 ilin ən yüksək temperaturu olub.

    “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

    Onun sözlərinə görə, aprel ayında Türkiyədə havanın orta temperaturu 16,6 dərəcə Selsi olub ki, bu da normadan 4,3 dərəcə yüksəkdir.

    Eyni zamanda, ən yüksək orta temperatur Şanlıurfa vilayətində qeydə alınıb – 38,9 dərəcə.

  • Əli Əsədov İqor Petrişenko ilə görüşdü

    Mayın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

    Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd edilib, səfərin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

    Müzakirələr zamanı cari ilin iyun ayında Minskdə keçiriləcək Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclasının əhəmiyyəti də vurğulanıb.

    Görüşdə Azərbaycan ilə Belarus arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran sahələrdə gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub.

  • Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb

    Son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin pambıqçılığa təsirlər açıqlanıb.

    Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev “Report”un Muğan bürosuna bildirib ki, analoji hava şəraiti belə davam edərsə, torpağa səpilən pambıq çiyidləri çürüyə bilər.

    Həmçinin mütəxəssis qeyd edib ki, havaların soyuq keçməsi pambıq bitkisinin kök sistemində çürümə xəstəliyinin inkişafına səbəb ola bilər.

    M.Zəkiyev vurğulayıb ki, bu cür hava şəraiti biçilmiş və sahədə qalan ot bitkilərinə də ziyan vurur. Çünki yüksək nəmlik səbəbindən biçilmiş otda kifləmə və çürümə prosesi baş verir, yem keyfiyyətini itirir.

    Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

  • Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

    Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.

    Median.Az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan verilişlərin birində məlumat verib.

    O, əvvəlcə bu barədə danışmaq istəməsə də, daha sonra auditoriyadakıların israrı ilə etiraf etmək məcburiyyətində qalıb:

    “Mənim o qədər işim-gücüm, ailəm, uşaqlarım, konsertlərim olur. Sənətim isə göz qabağındadır”.//oxu.az

  • Daha bir naməlum şəhidin kimliyi bilindi

    Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. 
     
    Median.Az Azərtac-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb.
     
    Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb. 
     
    1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Sirac Nərimanovun da nəşinin yeri bəlli olub.

  • Azərbaycanlı gənc qəzada həlak oldu – ANBAAN VİDEO

    Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsində ölüb. 

    Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Kənan Bəhram oğlu Mehdiyev Rusiyada qəzaya düşüb. Nəticədə, aldığı xəsarətdən hadisə yerində həlak olub. 
     
    Mərhumun nəşi bu gün Azərbaycana gətirilərək doğulduğu Zaqatala rayonunda torpağa tapşırılacaq. 
     
    Qəzanın başvermə anının videosunu təqdim edirik: