Month: May 2024

  • Daha 4 kənddə qaz təchizatı dayandırılacaq

    Sabah Sabirabad rayonunun 4 kəndinin qaz təchizatı dayandırılacaq.

    A.İsmayılov küçəsindən Muradbəyli kəndini qidalandıran PE 160 mm-lik orta təyziqli qaz kəmərində kipliyin sınaq olunması ilə əlaqədar olaraq sabah saat 10:00-dan işlər etibarən işlər yekunlaşana qədər rayonunun Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı, Muradbəyli kəndlərində (ümumi 1026 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Кэмерон потребовал от России освобождения британского гражданина Кара-Мурзы

    Министр иностранных дел Великобритании Дэвид Кэмерон потребовал от России освобождения британского гражданина Владимира Кара-Мурзы.

    Об этом глава британской дипломатии написал в соцсети “X”.

    “Возмутительно, что Россия отклонила апелляцию на приговор Владимиру Кара-Мурзе. Владимир гражданин Великобритании, и не совершал никаких преступлений. Он является политическим заключенным, которого удерживают в заключении за антивоенные выступления, и должен быть немедленно освобожден”, – говорится в публикации.

    Ранее Верховный суд России не удовлетворил апелляцию защиты и оставил в силе приговор 25 лет лишения свободы оппозиционному политику Владимиру Кара-Мурзе.

    В апреле 2023 года Мосгорсуд приговорил Кара-Мурзу к 25 годам колонии строгого режима. Его признали виновным в распространении “фейков” об армии, сотрудничестве с нежелательной организацией и госизмене.

  • Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib

    Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın Rusiya tərəfindən əsassız həbs edildiyini vurğulayaraq rəsmi Moskvadan onun dərhal azadlığa buraxılmasını tələb edib.

    Bu barədə o, “X”də yazıb.

    “Rusiyanın Vladimir Kara-Murzanın hökmündən verilən apellyasiya şikayətini rədd etməsi rəzalətdir. Britaniya vətəndaşı olan Vladimir heç bir cinayət törətməyib. O, siyasi məhbusdur, Rusiya tərəfindən müharibə əleyhinə çıxış etdiyinə görə saxlanılıb və dərhal azad edilməlidir”,- Baş nazir qeyd edib.

  • Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

    Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb.

    “Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.

    “Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb, – R. Hümmətov bildirib,

    Onun sözlərinə görə, həmçinin Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə isə işlər davam edir.

    İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

  • COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq

    Azərbaycan digər ölkələrlə birlikdə dayanıqlı və ədalətli gələcəyə can atır.

    Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

    “Afrikada təmiz kulinariya”ya giriş sammitində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və digər liderlərə qoşularaq bu məqsədə çatmaq üçün bir yol müəyyənləşdirib. Biz birlikdə dayanıqlı və ədalətli gələcəyə can atırıq”, – o bildirib.

  • Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

    Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    G.Məmmədova bildirib ki, qərb küləyi 15-18 m/s, 17-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək:

    “Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”.

  • Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub

    Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxt şəhəri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısı (AİM Congress) çərçivəsində təşkil edilmiş sərgidə iştirak edib. Səlahiyyətli Qurumun nümayəndələri tanınmış Çin, BƏƏ, Rusiya, Polşa və s. şirkətləri ilə görüşərək, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes mühit haqqında məlumat veriblər.

    Eyni zamanda, sərgi əsnasında Səlahiyyətli Qurum tərəfindən Şeyx İssa bin Abdulla Al-Ma’ala və Şeyx Zayed bin Məhəmməd bin Xalid Al-Qasimiyə Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, nəqliyyat və logistika xidmətləri, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri və digər imkanları haqqında geniş məlumat verilib.

    Son olaraq, BƏƏ Palatalarının sədri Həmid Məhəmməd bin Salem stendə baş çəkib, o, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar və güzəştlər barədə məlumatlandırılıb.

  • По меньшей мере 50 человек погибли в Индонезии из-за наводнений

    По меньшей мере 50 человек погибли в результате вызванных ливнями наводнений на острове Суматра на западе Индонезии.

    Об этом сообщает агентство AFP.

    Ранее сообщалось о 41 погибшем.

    Как заявил представитель агентства по управлению стихийными бедствиями, по меньшей мере 37 человек пострадали в результате наводнений, еще 27 числятся пропавшими без вести.

  • İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb

    İndoneziyanın qərbindəki Sumatra adasında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb.

    Bu barədə AFP məlumat yayıb.

    Təbii fəlakətlərin idarə olunması agentliyinin rəsmisi bildirib ki, daşqınlar nəticəsində azı 37 nəfər xəsarət alıb, daha 27 nəfər itkin düşüb.

    Xatırladaq ki, daha öncə 41 nəfərin öldüyü bildirilirdi.

  • “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

    “Google”un “Chrome” brauzerində kodun kritik boşluq (“bug”) müəyyən edilib.

    Bu barədə problem haqqında protokoldan məlum olub.

    Boşluq “Visuals” komponentində olub və artıq ləğv edilib.

    Boşluq iki fərqli reytinq sisteminə görə “kritik” və “yüksək” kimi qiymətləndirilib və ictimaiyyətə açıqdır. Potensial pisniyyətli şəxs ondan brauzerdə ixtiyari kodu icra etmək üçün istifadə edə bilərdi.