Month: May 2024

  • Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub

    Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

  • “TikTok” axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir

    “TikTok” süni intellekt tərəfindən yaradılan axtarış nəticələrini sınaqdan keçirir.

    “ChatGPT” tərəfindən yaradılan nəticələr “axtarış məqamları” kimi daxil edilir.

    Son illərin ən populyar tətbiqlərindən biri olan “TikTok” bir müddətdir hökumətlərin sərt reaksiyaları ilə qarşılaşsa da, işini davam etdirir.

    Tətbiq süni intellektin istifadəsini sınaqdan keçirməyə başlayıb.

    “TikTok” süni intellektdən istifadə edərək daha güclü axtarış nəticələri səhifəsini sınaqdan keçirir.
    //azxeber.com

  • Naxçıvanda yağış suları sinif otaqlarına doldu – VİDEO

    Naxçıvan şəhərində bir neçə gündür ki, qeyri-sabit hava şəraiti davam edir. Yağan güclü leysan şəhərdəki məktəb, tibb müəssisələri və yaşayış evlərinə ziyan vurub.

    Bunu əks etdirən görüntülər “Nuhçıxan”ın sosial şəbəkə hesabında paylaşılıb.

    Görüntülərdən də yağış sularının məktəbin sinif otaqlarına dolduğunu görmək mümkündür.

  • Balakəndə qanunsuz tikili sökülüb – VİDEO

    Balakən rayonunun Hənifə kəndi ərazisində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

  • Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır

    Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi üçün işçi qrupu yaratmağa hazırlaşır.

    Məlumata görə, işçi qrup “Yol departamenti” fondu adlanacaq.

    Qeyd olunur ki, belə bir zərurət İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması, həmçinin Əkərək-Qacaran yolunun bir hissəsinin tikintisi layihəsinin həyata keçirilməsi fonunda yaranıb.

    Mənbə: Sputnik Ermənistan

  • Спикеры парламента Азербайджана и Армении встретятся в Женеве

    Спикеры парламента Азербайджана и Армении Сахиба Гафарова и Ален Симонян 16 мая встретятся в Женеве.

    Армянская делегация будет там находиться с 15 по 18 мая для участия в заседании подготовительного комитета VI Всемирной конференции председателей парламентов.

    Источник: Sputnik Армения

  • Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

    Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.

    Görüş mayın 15-18-də parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutacaq.

    Mənbə: Sputnik Ermənistan

  • Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar

    Sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib:

    “Araşdırmalar zamanı Azərbaycan ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.

    “Reklam haqqında” Qanunun 32.7-ci maddəsinə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

    Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.

    Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir”.

  • Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI – FOTO

    “Aparıcı-aktyor Elcan Rəsulovun vəziyyəti yaxşıdır”.

    Bu barədə oxu.az-a onun köməkçisi Rauf Əlizadə məlumat verib.

    O, aktyorun güclü soyuqdəymə keçirdiyini qeyd edib:

    “Elcana güclü soyuq dəyib. Bronxlarında problem yaranıb. Bir neçə müddət öncə də xəstələnmişdi. Müalicə almadı, öskürürdü. Xəstəliyi ayaqüstü keçirdi. İndi də xəstələndi. Bir müddət öncəki xəstəlik ilə yenisi üst-üstə yığıldı”.

    R.Əlizadə aktyorun ötən gün xəstəxanaya yerləşdirildiyini əlavə edib:

    “Dünən xəstəxanaya yerləşdirdik. Xəstəxanaya getdi ki, rahat olsun. Həkimlər onu tez sağaltsınlar. Yay aylarında da xəstəxanaya yerləşdirilmişdi. Öd kisəsində problem var idi. Hazırda öd kisəsində heç bir problem yoxdur”.

    “Elcan indi özünü normal hiss edir. İki-üç gün sonra xəstəxanadan çıxacaq”, – deyə R.Əlizadə deyib.

    Xatırladaq ki, aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilməsi ilə bağlı öz şəxsi “Instagram” səhifəsində paylaşım etmişdi.

  • Срок ареста Аркадия Гукасяна продлен

    В суд подан иск по поводу продления меры пресечения в отношении Аркадия Гукасяна – т.н. бывшего “президента” незаконного сепаратистского режима в Карабахе.

    Как сообщает АПА, в Бинагадинском районном суде были рассмотрены ходатайство и представление прокурора, осуществлявшего процессуальное руководство предварительным следствием.

    Было предложено продлить меру пресечения в отношении Аркадия Гукасяна еще на несколько месяцев, данное решение было аргументировано продолжением предварительного следствия по крупному уголовному делу.

    Суд удовлетворил ходатайство и представление.

    Согласно решению, срок содержания под стражей А.Гукасяна продлен на 5 месяцев.

    Кроме того, в суд поступило представление о продлении срока ареста еще одному сепаратисту, находящемуся под арестом в Баку.

    Напомним, правоохранительные органы Азербайджана арестовали и доставили в Баку лидеров незаконного режима в Карабахе – Аркадия Гукасяна, Бако Саакяна, Араика Арутюняна, т.н. бывшего “министра иностранных дел” Давида Бабаяна, а также т.н. “председателя парламента” Давида Ишханяна, генералов Леву Мнацаканяна, Давида Манукяна и бывшего “государственного министра” Рубена Варданяна.