Month: May 2024

  • Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş olacaq

    Peşəkar boks üzrə ağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş döyüşünün tarixi məlum olub.

    Məlumata görə, Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Alalşih bu barədə danışıb.

    O, döyüşün bu il dekabrın 24-də Ər-Riyadda keçiriləcəyini bildirib.

    Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda baş tutan görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.

    Mənbə: Marca.com

  • В Балакенском районе задержан “любитель” конопли – ФОТО

    Сотрудниками отдела полиции Балакенского района проведены операции против лиц, подозреваемых в незаконном обороте наркотических средств.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    По информации, был задержан 38-летний местный житель Гурбан Гасанов. Было обнаружено и изъято 65 растений конопли, которые он посадил в лесном массиве.

    Во время другого мероприятия был задержан Гахраман Гахраманов, который занимался незаконным оборотом наркотических средств и ранее был шесть раз осужден за аналогичное деяние. В его доме была обнаружена марихуана.

    По указанным фактам возбуждены уголовные дела, продолжаются расследования.



  • Altı dəfə eyni əmələ görə həbs olunan şəxs yenə tutuldu – FOTO

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakini, 38 yaşlı Qurban Həsənov saxlanılıb. Onun meşə massivində əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

    Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə 6 dəfə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan marixuana aşkar olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



  • В Шамкирском районе задержан подозреваемый в ограблении женщины

    В Шамкирском районе задержан подозреваемый в ограблении.

    В результате проведенных сотрудниками Шамкирского районного отдела полиции соответствующих мероприятий был задержан Г.Дюньямалыев, который вечером 22 мая в районе села Заям Джырдахан ограбил жительницу Гейгельского района, отобрав у нее телефон.

    Расследование по данному факту продолжается.

  • Şəmkirdə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

    Şəmkirdə qadına qarşı soyğunçuluq edən şəxs ələ keçib.

    Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində may ayının 22-də axşam saatlarında Zəyəm Cırdaxan kəndi ərazisində Göygöl rayon sakini olan qadına qarşı zor tətbiq edərək mobil telefonunu alaraq soyğunçuluq etməkdə şübhəli bilinən Q. Dünyamalıyev saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Yuxunun hansı mərhələsi stresin qarşısını alır?

    Finlandiyanın Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, dərin və ya ləng dalğa adlanan fazada pozulmuş yuxu oyanış zamanı emosional stresin artmasına səbəb olur.

    Eksperimentdə 29 nəfər iştirak edib. Tədqiqatçılar iştirakçılardan stres reaksiyalarını üzə çıxarmaq üçün karaokedə bir neçə mahnı ifa etməyi xahiş edib, daha sonra isə onların hər birinə oxuduqları mahnını musiqi müşayiəti olmadan təqdim ediblər.

    Səs yazısını dinləməklə yaranan stresə fizioloji reaksiyalar tədqiqatın birinci mərhələsindən sonra axşam, həmçinin növbəti iki gün ərzində səhər saatlarında ölçülüb. Qeyd olunur ki, iştirakçılar əvvəllər yuxunun sürətli və yavaş fazalarının pozulmasını simulyasiya etmək üçün iki qrupa bölünüblər.

    Tez yuxu fazası beyin fəaliyyətinin artması ilə xarakterizə olunur. Bu mərhələnin əlamətlərindən biri göz almalarının sürətli hərəkətidir. Ləng dalğalı yuxu ilə nəfəsalma və ürək döyüntülərinin tezliyi azalır, əzələlər rahatlaşır və bütün hərəkətlər yavaşlayır. Tez və ləng yuxu dövrləri gecə bir neçə dəfə bir-birini əvəz edir.

    Araşdırma göstərib ki, tez yuxu fraza yuxusunu qoruyarkən ləng dalğalı yuxunun pozulması ertəsi gün səhər stresə daha güclü fizioloji reaksiyalarla nəticələnib. Elm adamları tez yuxu fazasının stresli xatirələrin emosional rənglənməsini gücləndirdiyini, beynin ləng fazada kifayət qədər istirahət etmədiyini irəli sürüblər.

    //gazeta.ru

  • Əməkdar artist ona məxsus şadlıq evini niyə satıb?

    “Ərindən boşanan, həbsdən çıxan gəlirdi ki, yardım elə. Ona görə də, şadlıq evimi satdım”.

    Bu fikirləri Əməkdar artist Yusif Mustafayev verilişlərin birinə qonaq olarkən deyib.

    O, aparıcının “doğrudur ki, Cəlilabaddakı məscidin tikintisi üçün insanlardan 30 min almısınız və qalan məbləği özünüz qoymusunuz” sualına belə cavab verib:

    “O məscid var idi, dağılmışdı. İnsanlarla imza topladıq, qurumlara müraciət etdik. Onlar da, insanlar da yardım etdilər. Bu söhbətə görə, 5 ay efirə çıxmayacaqdım. Pul məsələsini burada açmaq düzgün deyil. Kim nə istəyirsə, danışsın. Kim nə veribsə, Allah yolunda edib. Millətimiz yaxşıdır, amma aramızda olan naqislər mərdi qova-qova namərd edirlər. Amma 100 ildən sonra deyəcəklər ki, belə bir insan olub, Allah ona rəhmət eləsin.

    Uzaqdan baxan elə bilir ki, “Kamaz”larla pulum var. Tövbə, yoxumdur. Allah ruzimi verir. Oturduğum yerdə toya gedirəm. Əziyyətlə Bakıda şadlıq evi tikdirmişdim. Orada qohumlar işləyirdi. Ərindən boşanan, həbsdən çıxan gəlirdi ki, yardım elə. Ona görə satdım. Şadlıq evinin adı var idi, bina görünürdü, içində heç nə yox idi. İnan ki, üzümün tükü yoxa çıxmışdı, kosa qalmışdım. Mənə 100 şər atırlar. Qurban olum Azərbaycan dövlətinə. Hamının nə işlə məşğul olduğunu yaxşı bilirlər”.

  • В Баку повесился бывший заключенный

    В Абшеронском районе произошло самоубийство.

    Как передает lent.az, случай зафиксирован на территории поселка Сарай.

    Сообщается, что ранее судимый 33-летний А.Гараев повесился в хлеву, принадлежащем его семье.

    Причины суицида пока неизвестны.

    По данному факту проводится расследование.

  • Abşeronda keçmiş məhkum tövlədə özünü asdı

    Abşeron rayonunda intihar olub.

    Lent.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə baş verib.

    33 yaşlı Ə.Qarayev ailəsinə məxsus tövlədə özünü asıb.

    Məlumata görə, Ə.Qarayev əvvəllər məhkumluq həyatı yaşayıb. İntiharın səbəbləri isə bilinmir.

  • Azərbaycanda həcc ziyarətinin qiyməti niyə artıb?

    Azərbaycandan həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota artıq dolub.

    Azərbaycandan həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.

    Qeyd edək ki, ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət hava nəqliyyatı ilə həyata keçiriləcək.

    Artıq son bir neçə ildir ki, həcc ziyarətinin bir nəfər üçün olan qiymətinin artırılması ilə bağlı narazılıqlar olur. Bununla bağlı suallar da verilir

    İqtisadçı ekspert Eldəniz Əmirov başqa ölkələrlə müqayisə apararaq qiymət artımının səbəblərindən danışıb:

    “Hazırda bir nəfər üçün həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır. Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar olub. Bu, ötən illə müqayisədə ciddi artım deyil. Ona görə ki, bunu faizə çevirdikdə bu il ötən ilə nisbətən 1,7 % artım olub. İnflyasiya faktoru nəzər alınsa, bu, elə də ciddi artım deyil. Çünki ötən il Azərbaycanda 8,8 %, Ərəbistanda isə 2,47 % inflyasiya olub. Odur ki, 1,7 % artım normal hesab edilə bilər.

    Lakin ümumiyyətlə, “bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?” sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil. Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olduğu təqdirdə və üstəlik məhdud sayla olarsa, bu, özünü qiymətdə göstərməyə bilməz”.

    Xatırladaq ki, Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Qeyd edək ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.