Month: May 2024

  • Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı mərkəzi prospektlərdən biri bağlanır

    Mayın 31-də saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissə) təmir işlərinə başlanılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilir ki, təmir müddətində sözügedən hissədə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

    Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edir.

  • Xaçmazda bir aydan çoxdur 4 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapılıb

    Mayın 29-da polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, aprelin 16-da Beyləqan rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, aprelin 18-də Xaçmaz rayonu ərazisində 4 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 34 yaşlı qadın, mayın 6-da Naxçıvan şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 27-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı qız və mayın 27-də Şəmkir rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 54 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

  • Завтра ожидается геомагнитная буря

    С 20:00 31 мая до 14:00 1 июня ожидается геомагнитная буря.

    Об этом сообщили на кафедре астрофизики факультета физики Бакинского государственного университета (БГУ).

    “Коэффициент, показывающий геомагнитные условия в этот период, составит 6 (на уровне G2) по 10-балльной системе. Буря окажет влияние на более высокие географические широты”, – говорится в сообщении.

  • Sabah geomaqnit qasırğası gözlənilir – PROQNOZ

    Mayın 31-i axşam saat 20:00-dan başlayaraq iyunun 1-i saat 14:00-dək geomaqnit qasırğası olacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

    Bildirilib ki, son üç gün ərzində Günəş aktivliyi artıb, radiosiqnalları əngəlləyən və pozulmasına gətirən çoxlu M sinif, eləcə də radiodalğaların yayılmasına, mobil rabitəyə güclü mane olan X1.4 sinif alışmaları yüksək səviyyədə olub:

    “Günəş səthində digər aktiv oblastlar M sinif alışmalarla aktivliklərini davam etdirib. Mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq. Mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək. Bu periodda geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək”.

  • Сегодня станут известны соперники сборной Азербайджана по футзалу на Евро-2026

    Сегодня станут известны соперники сборной Азербайджана по футзалу в отборочном этапе чемпионата Европы 2026 года.

    Церемония жеребьевки стартует в 15:15 по бакинскому времени.

    В мероприятии примет участие менеджер команды Фаррух Гусейнзаде.

    Сборная Азербайджана займет место в III корзине. 40 команд (6 национальных сборных – Андорра, Австрия, Болгария, Кипр, Мальта и Швейцария – прошли квалификацию на предварительном этапе) будут разделены на 10 групп по четыре участника в каждой.

    Игры будут проводить по принципу дома и на выезде. Победители групп встретятся друг с другом, а восемь команд с лучшими показателями встретятся друг с другом в играх плей-офф (дома и на выезде).

    Отметим, что в финальном этапе к этим участникам присоединятся хозяева турнира – Латвия и Литва.

  • Millimizin AVRO-2026 seçmə mərhələsindəki rəqibləri bəlli olacaq

    Bu gün futzal üzrə Azərbaycan millisinin final mərhələsi 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.

    Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

    Tədbirdə seçmə komandanın meneceri Fərrux Hüseynzadə iştirak edəcək.

    Azərbaycan millisi III səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

    Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

    Qeyd edək ki, final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli AVRO-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.

  • В Сабирабадском районе задержаны три водителя-наркомана

    В Сабирабадском районе выявлены водители-наркоманы.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы Министерства внутренних дел.

    Сотрудники отделения Государственной дорожной полиции Сабирабадского райотдела полиции задержали А.Асадова, Х.Губадова и Т.Зарбалиева, управлявших транспортными средствами под воздействием наркотических средств.

    Экспертиза установила, что они употребляли марихуану. Собранные в отношении задержанных материалы были направлены для дачи правовой оценки в суд.

  • Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən üç sürücü saxlanıldı

    Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən üç sürücü müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

    Müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

  • В Абшеронском районе пропала без вести 11-летняя девочка – ФОТО

    Минувшим днем в селе Хёкмали Абшеронского района пропала 11-летняя школьница.

    Соответствующая информация распространилась в соцсетях.

    Было отмечено, что она села в автобус №156, чтобы добраться до автовокзала.

    “От автовокзала она должна была сесть на автобус №91 и доехать до школы №299. Около 16:00 родители школьницы были проинформированы о том, что она не пришла в школу. После этого она была объявлена в розыск”, – говорится в заявлении.

    В связи с данным вопросом мы решили направить запрос в МВД. Сотрудник пресс-службы министерства Нурлан Алиев в ответ на запрос oxu.az подтвердил факт.

    Он отметил, что в 40-м отделении полиции Бинагадинского районного управления полиции принимаются меры по нахождению несовершеннолетней.

  • Abşeronda 11 yaşlı məktəbli itkin düşüb – FOTO

    Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb.

    Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

    Qeyd olunub ki, 11 yaşlı qız Hökməli kəndindən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.

    “Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub”, – deyə məlumatda bildirilir.


    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidməti İdarəsinin əməkdaşı Nurlan Əliyev oxu.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

    Bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən azyaşlının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür.