Month: May 2024

  • Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb

    Tbilisidə keçirilən etiraz aksiyaları ilə əlaqədar Böyük Britaniya səfirliyi vizaların verilməsini müvəqqəti dayandırıb.

    Bu barədə səfirliyin bəyanatında bildirilib. Qeyd olunub ki, buna səbəb viza mərkəzinin parlament binasının yaxınlığında yerləşməsi, ərazidə polis kordonunun olması və aksiyaların davam etməsidir.
    //report

  • Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var

    Goyçayda avtomobil qəzası baş verib.

    Hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.

    “Ford transit” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində Göyçay sakini 1993-cü il təvəllüdlü Nuranə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    //report

  • Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib

    Bakıdakı 1 saylı Hüquq məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Şahid Pərvanə Əliyeva ifadəsi zamanı onu işə Sümbülə Əliyevanın götürdüyün deyib: “15 il məktəbdə laborant işləmişəm. Atam Sümbülə xanımdan məni işə götürməsini xahiş etdi. Mənə verilən pulları kassaya yığırdım. Sonra da müqavilə jurnalına qeyd edirdik. Mən hər dəfə məxaric sənədlərini Sümbülə xanımdan istəyirdim. Hər dəfə də sənədləri vermirdi”.

    Sümbülə Əliyeva isə ona “Mənim işlərim olurdu, məsləhətxanada olurdum ki” deyə cavab verib. Hakim Mahmud Ağalarov Sümbülə Əliyevanın şahidə suallarına iradını bildirib.

    Sümbülə Əliyeva hakimə müraciətlə “İşə baxmağınıza etiraz edirəm, belə işə baxmırlar”, deyib.

    Daha sonra iş üzrə digər şahidlər Taliyə Gəncəliyeva və Tofiq Aslanov ifadə verməyə dəvət edilib. Hakim hər iki şəxsin məhkəmədə bir dəfə dindirildiyini və həm istintaqda, həm də məhkəmədə verdikləri ifadələri təsdiq etdiklərini deyib.

    Proses mayın 20-də davam etdiriləcək.
    //apa

    İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

    Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.

  • Zaqatalada 32 yaşlı kişi intihar edib

    Zaqatalada intihar hadisəsi baş verib.

    Hadisə bu gün səhər saat 06 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

    Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən aşkar edilib.

    İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

  • “Formula 1” pilotu filmə çəkiləcək

    Yeddiqat dünya çempionu, “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton filmə çəkiləcək.

    O, Cozef Kosinskinin rejissoru olduğu, Bred Pittin baş rolda çəkildiyi “Apogee” filmində yer alacaq.

    39 yaşlı pilot real həyatda olduğu kimi, filmdə də “Formula 1” sürücüsü obrazını canlandıracaq.

    “Apogee” filminin nümayiş tarixi məlum deyil.

  • Ukraynada Rusiyaya məxsus helikopter vurulub

    Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadasının döyüşçüləri Rusiyaya məxsus “Alliqator” Ka-52 tipli helikopteri vurublar.

    Bu barədə məlumatı “RBK-Ukraina” yayıb.

    Hərbi mütəxəssislərin bildirdiyinə görə, bu helikopterin qiyməti 16 milyon dollardır.

    Helikopterin heyət üzvlərinin taleyi barədə məlumat verilməyib.

  • “Qarabağ”ın mükafatlandırılacağı stadion bəlli olub

    Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan “Qarabağ”ın qızıl medalları XXXVI turun oyunundan sonra təqdim olunacaq.

    Təltifetmə mərasimi “Azərsun Arena”da baş tutacaq.

    Cari mövsümün son turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək “köhlən atlar” matçdan sonra qızıl medal və kubokla mükafatlandırılacaq.

    Naxçıvan təmsilçisi ev sahibi olsa da, qarşılaşma Ağdam klubunun stadionunda keçiriləcək.

    Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” görüşü mayın 26-da reallaşacaq.
    //report

  • В этом году в Азербайджане усыновлены 46 детей, 58 детей возвращены в семьи

    В этом году в Азербайджане через Агентство социальных услуг при Министерстве труда и социальной защиты населения усыновлено 46 детей.

    Как сообщает Median.Az со ссылкой на министерство, среди них 24 мальчика и 22 девочки.

    Кроме того, в текущем году в результате реинтеграционных мер 58 детей (33 мальчика и 25 девочек) из государственных детских учреждений возвращены в свои семьи.

    В целях изучения ситуации в семьях, усыновивших детей, до достижения ими 18-летнего возраста в первый год усыновления мониторинг проводится ежеквартально, а в дальнейшем раз в год.

  • Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə 46 uşağı övladlığa verib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, övladlığa verilən uşaqlardan 24-ü oğlan, 22-si qızdır.

    Bundan başqa, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.

    Xatırladaq ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

  • Президент Турции примет в Анкаре премьер-министра Греции

    Президент Турции Реджеп Тайип Эрдоган примет в Анкаре премьер-министра Греции Кириакоса Мицотакиса для обсуждения дальнейшего улучшения двусторонних отношений.

    Параллельно встречи проведут главы МИД Турции Хакан Фидан и Греции Георгиос Герапетритис, а также руководители спецслужб двух стран.

    По итогам переговоров Эрдоган и Мицотакис выступят с совместными заявлениями. На этой встрече лидеры определят “дорожную карту”, которой Анкара и Афины будут придерживаться в предстоящий период.

    Визит будет однодневным, вечером премьер Греции вернется в страну, отмечает греческая газета Parapolitika.

    Анкара ожидает, что в ходе двусторонних переговоров лидеров двух стран будут обсуждены пути решения имеющихся между Турцией и Грецией вопросов в области морских границ, ситуация вокруг Кипра, торгово-экономические отношения и развитие политического и делового взаимодействия.

    Турецкий лидер намерен подробно остановиться на ситуации в регионе Ближнего Востока и обсудить другие зоны конфликтов в регионе. Ожидается, что стороны подпишут соглашения о сотрудничестве в сфере здравоохранения и медицины, в области борьбы с последствиями стихийных бедствий и чрезвычайных ситуаций.