Month: May 2024

  • Турция начала серийное производство своего танка Altay

    Турция приступила к серийному производству своего танка Altay, который в перспективе станет основным боевым танком Вооруженных сил страны. Об этом сообщил глава Секретариата оборонной промышленности Турции Халук Гергюн.

    “Мы приступили к серийному производству нашего национального танка Altay. Есть страны-партнеры, которые тоже хотели бы его использовать. Мы продолжаем с ними переговоры на этот счет”, – сказал он. Гергюн отметил, что танк получил несколько обновлений и новых систем, которые соответствуют современным боевым требованиям и необходимы для повышения боеспособности и живучести. Многие из этих систем локализованы.

    Танк получил усовершенствованные системы обнаружения целей, лазерный дальномер, более чувствительную стабилизацию системы прицеливания. Также усилено бронирование Altay. По словам Гергюна, уровень защиты танка теперь соответствует требованиям поколения 3+. Это и пассивная модульная защита, и системы активной защиты от поражения.

    Локализовано производство танковых пулеметом калибра 12,7 мм и 7,62 мм, систем хранения боекомплекта, поворота башни, гидравлических механизмов, элементов подвески и системы наблюдения и обзора.

    Контракт на производство танка был подписан в 2018 году Секретариатом оборонной промышленности Турции и компанией BMC и оценивается в 500 млн долларов. В разработке и производстве систем вооружения для танка участвуют крупнейшие турецкие предприятия ВПК. Техническое содействие и трансфер некоторых технологий обеспечивают южнокорейские оборонные компании. На первом этапе танк будет оборудован двигателем производства оборонного подразделения компании Hyundai, а в дальнейшем планируется устанавливать турецкие моторы от BMC.

    Всего в планы Анкары входит производство 1 000 боевых машин. В перспективе планируется выпуск безэкипажных вариантов. Altay должен заменить стоящие на вооружении ВС Турции немецкие танки Leopard и американские M60.

    Источник: ТАСС

  • Türkiyə “Altay” tankının seriya istehsalına başlayıb

    Türkiyə gələcəkdə ölkə silahlı qüvvələrinin əsas döyüş tankına çevriləcək “Altay” tankının seriya istehsalına başlayıb.

    Bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin rəhbəri Haluk Görgün məlumat verib.

    “Biz milli “Altay” tankımızın seriya istehsalına başladıq, ondan istifadə etmək istəyən ölkələr var”, – deyə o bəyan edib.

    Görgün bildirib ki, tank müasir döyüş tələblərinə cavab verən, döyüş effektivliyini, sağqalma qabiliyyətini artırmaq üçün zəruri olan bir neçə yeni sistemlə təchiz edilib. Bu sistemlərin çoxu lokallaşdırılıb.

    Ümumilikdə, Ankaranın planlarına min döyüş maşınının istehsalı daxildir. Gələcəkdə pilotsuz versiyaların buraxılması planlaşdırılır. “Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Almaniyanın “Leopard” və ABŞ-nin M60 tanklarını əvəz etməlidir.

    Mənbə: Milliyet

  • В Зангилане стартовала III Международная конференция по противоминной деятельности

    Сегодня в Зангилане открылась третья международная конференция по противоминной деятельности “Снижение воздействия мин на окружающую среду: мобилизация ресурсов для безопасного и зеленого будущего”.

    Как сообщает Report, первый день двухдневной международной гуманитарной конференции пройдет в Зангилане, а второй – в Баку.

    Целью мероприятия является информирование мировой общественности о минной проблеме в Азербайджане, укрепление международного партнерства в области гуманитарного разминирования, мобилизации финансовых ресурсов для снижения воздействия на окружающую среду загрязнения минами и другими боеприпасами.

    В конференции принимают участие более 300 делегатов из 75 стран. Среди них высшие должностные лица ряда стран, руководящий состав головного офиса ООН, представители авторитетных международных организаций и центров разминирования различных стран, а также представители дипломатических миссий, аккредитованных в нашей стране, в том числе посол ЕС в Азербайджане Петер Михалко, заместитель генерального секретаря, заместитель администратора Программы развития ООН (ПРООН) и директор Регионального бюро для Европы и СНГ Ивана Живкович и др.

  • Zəngilanda III Beynəlxalq Minatəmizləmə Konfransı başlayıb

    Bu gün Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda minalarla mübarizə üzrə üçüncü beynəlxalq konfrans işə başlayıb.

    “Report” xəbər verir ki, tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, beynəlxalq ekspertlər iştirak edirlər.

    Konfrans sabah Bakıda davam edəcək.

  • Fransada əczaçılar tətil edəcək

    Fransa əczaçılarının həmkarlar ittifaqı mərkəzləri cümə axşamı bütün ölkə boyu tətil elan ediblər.

    Median.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

    Məlumata görə, əczaçılar bu yolla “diqqəti dərman qıtlığına yönəltmək, maaşların artırılmasına nail olmaq və dərmanların onlayn satışının yayılması ilə razılaşmaqlarını” ifadə etmək niyyətindədirlər.

    Qeyd edilir ki, Fransada hazırda 5 mindən çox dərman növündə çatışmazlıq var. Hər beş reseptdən dördünün dərman təminatında problemlər yaranır.

  • Universitetlərə qəbul imtahanının modeli dəyişdiriləcək?

    Artıq müasir dünyada yeni imtahan modeli var. Burada təkcə biliklər yoxlanılmır, həmçinin bacarıqlar yoxlanılır.

    Bu barədə Trend-in suallarını cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov bildirib.

    O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtihanlar kifayət qədər obyektiv, şəffaf, əlçatandır.

    “Amma burada biz imtahan iştirakçılarının yalnız əzbər biliklərini yoxlamaq imkanına malikik və yeni məzmumlu imtahanlara ehtiyac var. Bu imtahanlar təkcə kağızdaşıyıcı üzərində olmur. Həmçinin bu imtihanlar elektron qaydada, evdən də ola bilər. Artıq dünyada İELTS, TOEFL kimi imtahanlar digital formada keçirilir. Yəni, imtahan iştirakçıları kağız üzərində yox, həmçinin onlayn platformalarda bu imtahanlara qoşulurlar. İmtahanların təkcə məzmunu yox, formatı da, müddətləri də dəyişməlidir. Yəni, bir imtihan iştirakçısına bir dəfə yox, bir neçə dəfə imtihanda iştirak edilmək imkanı yaradırmalıdır ki, müxtəlif səbəblərdən imtihan nəticələri zəif olan şəxslər öz nəticələrini yaxşılaşdırmalıdır. Artıq qəbul imtihanlarına, xüsusən son 10 il ərzində, hər hansısa bir müdaxilə yoxdur və yaxud da kimsə bu və ya digər yollardan ali məktəblərə qəbul ola bilmir. Bizim indiyənə qədər ən narahatlı olduğumuz məqam şəffaf imtihanlar idi. İndi isə artıq biz şəffaflıq mərhələsini geridə qoymuşuq və bir mənalar şəkildə indi biz imtahanların keyfiyyətini yüksətməliyik”, – deyə o əlavə edib.

    Ekspert əlavə edib ki, bu gün ali məktəblərə 650-700 bal ilə qəbul olan şəxslər əmək bazarında bəzi halda uğurlu mütəxəssislərə çevrilə bilmirlər.

    “Ona görə ki, bizim imtahan modelimizdə yanlışlıq var. Hesab edirəm ki, biz imtahan iştirakçılarının təkcə test mərhəzində bilikləri yoxlamamalı, onların həm də imtahandan sonra ki, ixtisas seçimi mərhələsinə xüsusi diqqət etməliyik.

    Ümumilikdə Azərbaycanda artıq universitetlərə qəbul plan yeri ciddi şəkildə artıb. Əgər 2010-cu ildə ali məktəblərin bakalavr qəbul plan yeri 29 min idi isə, 2024-cü ildə bu rəqamlar 60 minə çatıb.

    İmtahan modeli həm də elə olmalıdır ki, imtihan iştirakçısı psixoloji rahat olsun, gərginlik keçirməsin. Məsələn, bu günləri Dövlət İmtihan Mərkəzi istər buraxılış imtihanlarına, istər qəbul imtihanlarına situasiya tipli sualları daxil edib və situasiya suallarını markerlər yoxlayırlar. Bu, doğru yanaşma tərzi deyil. Çünki markerlər yoxlama zamanı müəyyən qədər yanlışlıqlara yol verir”, – deyə K.Əsədov vurğulayıb.

  • Təkrar sertifikatlaşdırmadan keçməyənlərin nəzərinə

    “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliklə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcək.

    Bundan başqa, Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq MÜTDA və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə verəcək.

    Dəyişikliklə, həmçinin təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi yeni tədris ili başlayanadək ləğv ediləcək.

  • Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? – İnanılmaz

    Bu yaxınlarda aparılan araşdırma göstərib ki, xərçənglə mübarizə düşünüldüyündən daha erkən başlayıb. Arxeoloqlar qədim misirlilərin 4000 ildən əvvəl bədxassəli şişləri cərrahi yolla çıxarmağa çalışdıqlarını aşkar ediblər.

    Müvafiq araşdırmanın nəticələri “Frontiers in Medicine” jurnalında dərc edilib.
     
    Alimlər əvvəllər qədim Misir həkimlərinin xərçəngin müxtəlif növlərini dəqiq təsvir edə bildiyinə dair sübutlar tapmışdılar. Lakin xəstəliyin təbiətinin anlaşılması və effektiv müalicə üsullarının daha gec  sənədləşdirilməyə başlanılıb. Qədim misirlilərin xərçəngə necə yanaşdıqlarını daha yaxşı başa düşmək üçün İspaniya, Britaniya və Almaniyadan olan beynəlxalq alimlər qrupu Kembric Universitetində Dakvort kolleksiyasından iki kəllə sümüyünü tədqiq ediblər.

    Kəllə sümüyü və alt çənəsi 236 kimi tanınan ilk nümunə eramızdan əvvəl 2687-2345-ci illərdə yaşamış təxminən 30 yaşında bir kişiyə aiddir. İkinci kəllə sümüyü, nümunə E270, eramızdan əvvəl 663-343-cü illərdə yaşamış 50 yaşdan yuxarı bir qadına aiddir. Mikroskopik analizdən istifadə edərək, tədqiqatçılar hər iki kəllə sümüyündə geniş yayılmış xərçəng izlərini müəyyən ediblər. 236 kəllə sümüyünün vəziyyəti xüsusilə maraqlı olub, orada da metastaz verən xərçəngi göstərən çoxsaylı kiçik izlər olub.

    Tədqiqatçılar bu izlərin ətrafında aydın kəsiklər aşkar etdikdə təəccübləniblər. Bu, kəskin metal alətlərdən istifadə edərək şişi cərrahi yolla çıxarmaq cəhdlərini göstərə bilər. Əgər bu fərziyyə təsdiqlənərsə, bu, bəşər tarixində xərçəngin cərrahi müalicəsinin sənədləşdirilmiş ilk hadisəsi olacaq.

    “Mikroskop altında şişin üzərindəki kəsikləri görəndə biz əvvəlcə şübhə ilə yanaşdıq, baxmayaraq ki, onlar çox aydın idi. Tibb tarixində mühüm bir mərhələnin şahidi olduğumuzu başa düşülməsi bir müddət çəkdi”, – İspaniyanın Santyaqo de Kompostela Universitetinin paleopatoloqu, tədqiqatın həmmüəllifi Edqard Kamaros bildirib.

    Cərrahiyyə böyük şişlərin müalicəsinin əsas istiqamətlərindən biri olaraq qalır, xüsusən də erkən aşkar edildikdə. Lakin 236 nümunəsinin kəllə sümüyünün ümumi vəziyyətini və kəsiklərin izlərini nəzərə alsaq, müalicənin uğursuz olduğunu güman etmək olar. Kəsiklərin ölümdən sonra edildiyi də mümkündür ki, bu da hələ də qədim Misir həkimlərinin bu ciddi xəstəliyi anlamaq cəhdlərindən xəbər verir.
    //qaynarinfo.az

  • Bəhram Bağırzadənin sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)

    Əməkdar artist Bəhram Bağırzadə barəsində inzibati iş başlanıb.

    Qaynarinfo-nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.

    Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

    İttihamdan aydın olur ki, Bəhram Bağırzadə hansısa inzibati tənbehetmə haqqında qərarı icra etməyib.

    İttiham sübuta yetirələrsə, Bəhram Bağırzadənin sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırıla bilər.

    İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib.

  • “YouTube” reklamlara baxmayanlarla mübarizə aparmaq üçün yeni üsul tapdı

    Reklam bloklayıcıları quraşdıran istifadəçilər “YouTube”da videoları izləməkdə yenidən problemlə üzləşəcəklər.

    Bu barədə “9to5Google” yazır.

    Bu həftə reklam bloklayıcıları quraşdıran istifadəçilər “YouTube” oxudulan zaman yalnız videonun sonunu görməyə başlayıblar. Digər problemləri də müşahidə edilib: təkrar video oxudulma, video göstərilmədən sonsuzadək yüklənmə və s. Eyni zamanda, reklam bloklayıcısı söndürdükdən sonra videolar həmişəki kimi oxudulur. Bunu nəzərə alaraq, istifadəçilər bunun “YouTube”un reklam bloklayıcılarından istifadəni dayandırmaq üçün qəsdən atdığı addım olduğunu düşünməyə başlayıblar.

    Bu, tamamilə mümkündür, lakin bunun reklam bloklayıcısının özü ilə bağlı problem olması da mümkündür. Bu ilin əvvəlində “AdBlock”dakı səhv videoların yavaş yüklənməsinə və “YouTube”un işlədiyi avadanlıqda həddindən artıq yüklənməyə səbəb olub. Həmin vaxt da güman edilirdi ki, bütün bunlar “YouTube”un platformasının yeni tədbirlərinin nəticələridir.

    Son bir neçə ay ərzində “YouTube” reklam bloklayıcılarının qarşısını almaq üçün səylərini artırıb. Xüsusilə, platforma insanlardan reklamların bloklanmasını aradan qaldırmağı xahiş edən bildirişlər göndərir. Aprel ayında “YouTube” xəbərdarlıq edib ki, reklamı bloklayan mobil proqramı olan istifadəçilər problemlər və oxutma xətası mesajları ilə üzləşə bilərlər.

    //qaynar.az