Month: May 2024

  • Nohur gölündə suyun səviyyəsi təhlükəli həddə çatıb – VİDEO

    Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Hazırda mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

  • Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”

    Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”

    “Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar – xırda təkanlar ola bilər”.

    Bunu “Report”a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

    “Güclü təkan artıq geridə qalıb, əhali təşvişə düşməsin”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, bu gün Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı zəlzələ olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.

  • Azərbaycanlı müğənni avtomobili ilə iki azyaşlını vurdu

    Mayın 8-də paytaxtın Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, azyaşlıları vuran “Changan” markalı avtomobili tanınmış müğənni Ziba Osmanova idarə edib.

    Nəticədə azyaşlılar xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Hazırda polis orqanında təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

  • “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən diskvalifikasiya edildi

    “Avroviziya-2024” mahnı müsabiqəsinin iştirakçısı müğənni Yost Klayn rəsmən diskvalifikasiya edilib.

    Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

    Müsabiqənin təşkilatçıları Klaynın şounun finalında iştirak etməyəcəyini təsdiqləyiblər.

    “İsveç polisi cümə axşamı gecəsi Klaynın yarımfinalda çıxışından sonra baş vermiş insidentdən sonra çəkiliş qrupunun qadın üzvünün şikayətini araşdırır. Məhkəmə davam etdiyi halda onun müsabiqədə iştirakını davam etdirməsi yersiz olardı”, – deyə EBU-dan bildirilib.

    Təşkilatçıların sözlərinə görə, hadisədə başqa artistlərin iştirakı olmayıb:

    “Tədbirimizdə qeyri-münasib davranışa qarşı sıfır dözümlülük siyasətimiz var, yarışın bütün heyəti üçün təhlükəsiz iş mühiti təmin etməyə sadiqik. Bu baxımdan, Yost Klaynın komanda üzvünə qarşı davranışı yarış qaydalarının pozulması kimi qiymətləndirilir”, – deyə təşkilatçılar əlavə ediblər.

    NOS agentliyinin məlumatına görə, mayın 10-da Klayn İsveç polisi tərəfindən dindirilib və iş prokurorluğa verilib.

  • Azərbaycanda güclü zəlzələ oldu

    Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Belə ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.

    Yeraltı təkanların ocağı 18 kilometr dərinlikdə yerləşib.

  • Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb

    “Baş plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil. Baş plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir”.

    Bu barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsində yaxın gələcəkdə Baş plan çərçivəsində görüləcək irimiqyaslı layihələrin həyata keçirilməsi barədə danışarkən deyib.

    O bildirib ki, Baş plan əsasında şəhərin müxtəlif hissələrində konkret işlər görüləcək:

    “Bu işlər üzrə artıq layihələndirmə proseslərinə başlanılıb. Məsələn, Baş planın ən vacib sahələrindən biri nəqliyyat infrastrukturudur. Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb. Zənnimcə, ikinci vacib məsələ paytaxt ərazisində olan 1-2 mərtəbəli yararsız məhəllələrin, hətta deyərdim böyük bir rayonun yerində müasir yaşayış evlərinin tikintisidir”.

  • Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi

    Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şixəliyevin kassasiya şikayətinə baxılıb.

    “Qaynarinfo” xəbər verir ki, keçmiş rəisin şikayəti təmin olunmayıb. Hakim Nazim Mövsümovun sədrliyi keçirilən prosesdə Mövlam Şixəliyev barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb.

    Mövlam Şixəliyev və digərləri kassasiya şikayətlərində onlara bəraət verilməsini və müsadirə olunmuş əmlkalarının geri qaytarılmasını istəyirdi.

    Xüsusilə, Mövlam Şixəliyev ən pis halda əmlakları barədə qərarın ləğvinə çalışırdı. Hətta onun ailə üzvləri də bununla bağlı ayrıca iddia qaldırmışdı. Bu prosesin nəticəsi hələ ki, bəlli deyil.

    Mövlam Şixəliyev, İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələr ilə təqsirli biliniblər.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Mövlam Şixəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə edilib.

  • Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürdü

    Sumqayıtda 18 yaşlı qızı maşın vurub.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

    Belə ki, 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı “Chevrolet Cruze” markalı avtomobil vurub.

    Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Российская армия взяла под контроль шесть украинских населенных пунктов

    Российская армия за последние сутки взяла под контроль шесть украинских населенных пунктов.

    Об этом сообщает Министерство обороны России.

    Группировка ВС РФ “Север” взяла под контроль Борисовку, Огурцово, Плетеневку, Пыльную и Стрелячью Харьковской области, а также населенный пункт Керамик в Донецкой области Украины.

    Источник: “Известия” (Россия)

  • Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya qoşunları Ukraynanın daha altı yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

    Məlumata görə, ordu Xarkov vilayətində Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya kəndlərini, Donetskdə isə Keramik məntəqəsini ələ keçirib.

    Xatırladaq ki, Rusiya qoşunları bir neçə gün öncə Xarkovun Kislovka kəndini nəzarətə götürüb, ötən həftə ərzində isə Donetskin Novokalinovo, Oçeretino və Solovyovo kəndini ələ keçirib.

    Mənbə: İzvestiya