Month: May 2024

  • Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb

    İndiyədək Azərbaycan ərazisində 97 735 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

    Bu ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

    DVX-nın məlumatında bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

  • ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns çərşənbə günü (8 may – Qeyd) Baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə səfər edəcəyi gözlənilir.

    Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Berns digər yüksək vəzifəli rəsmilərlə də danışıqlar aparmağı planlaşdırır.

  • Завершился официальный визит президента Болгарии Румена Радева в Азербайджан

    Официальный визит президента Болгарии Румена Радева в Азербайджан завершился 8 мая.

    В Международном аэропорту Гейдар Алиев, где развеваются государственные флаги обеих стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Болгарии Румена Радева провожали первый заместитель премьер-министра Азербайджанской Республики Ягуб Эюбов, заместитель министра иностранных дел Ялчин Рафиев и другие официальные лица.

  • Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

    Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

  • Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış

    Braziliya futbolunun əfsanələrindən olan “İmperator” ləqəbli Adriano yaşadığı işgəncələrdən danışıb.

    Məlumata görə, Adriano futbolçu karyerasında narkotik vasitələr istifadə etdiyini və işgəncələr gördüyünü deyib.

    “İtaliya A seriyasında çıxış edərkən əldə etdiyim nailiyyətlər ulduz xəstəliyinə tutulmağıma səbəb oldu. Məhz buna görə də narkotik vasitələrin istifadəsinə başladım. Daha sonra isə işgəncələr gördüm və böyük səhvlərə yol verdim”.

    Qeyd edək ki, Adriano karyerası ərzində dörd dəfə İtaliya A seriyasının, üç dəfə İtaliya Super Kubokunun, iki dəfə İtaliya Kubokunun, bir dəfə isə Dünya Çempionatının qalibi olub.

  • 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

    Mərkəzdən verilən məlumata görə, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı baş tutacaq.

    İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

    İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – imtahana buraxılış vərəqəsini;

    – şəxsiyyəti təsdiq edən sənədin əslini.

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

    dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
    dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
    oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
    İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

    Bu il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

    Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

    Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

    İmtahanda ümumilikdə 24 987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

    İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.

    İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

  • Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

    Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    Z.Hüseynzadə bildirib ki, məhkəmədə zərərçəkmiş kimi tanınmış Kənan Rəsulova Avropa Yenidənqurma və İnkişaf Bankından məhsul yetişdirmək üçün kredit götürən zaman bankın onun öz şirkətindən borc götürdüyünü qeyd edib:

    “Kənan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə bağlayıb, iki milyon manat kredit götürüb. Daha sonra o, hər gün həmin bank hesabından 100-150 min dollar çıxarıb. Bank müəyyən edib ki, bu şirkətlərin bir-birinə borcu var və bu onların standartlarına uyğun deyil. Kənan istintaq vaxtı guya sənədləri mənim saxtalaşdırdığımı deyib. O, ümumilikdə özünə 737 min dollar pul götürüb”.

    Müttəhim vurğulayıb ki, kredit alındıqdan və parnik qurulduqdan sonra Kənan Rəsulov yalnız qazancdan pul götürə bilərmiş:

    “Kənan Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı krediti özünə borc kimi götürüb. Bu məsələdə “Muğanbank” da qanunsuzluq edib. Çünki o, bankdan 30 min manatdan artıq pul çıxara bilməzdi. Bu işdə “Muğanbank”ın Bakı şəhərinin Xəzər rayon şöbəsinin rəhbəri də onunla əlbir olub”.

    Z.Hüseyinzadə qeyd edib ki, Kənan Rəsulov Avropa Yenidənqurma və İnkişaf Bankına həyat yoldaşının maliyyə müdiri olduğu barədə tərcümeyi-halını göndərib. İstintaq zamanı tərcümeyi-halın saxta olduğunu, onu da müttəhimin saxtalaşdırdığını söyləyib.

    Təqsirləndirilən şəxs qeyd edib ki, bank Kənan Rəsulova kredit verməmişdən əvvəl müəyyən tələblər qoyub. Buna görə də Kənan ondan borc istəyib.

    Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

    Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

    Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

  • Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu

    Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

    Bu barədə AQTA-dan bildirilib.

    Bildirilib ki, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, bazarda süd məhsullarının saxlanması üçün kifayət qədər soyuducularla təmin olunmadığı, satışı həyata keçirilən ət və ət məhsullarının, süd və turşu məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin olmadığı, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

    Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazar daxilində açıq şəkildə satışı həyata keçirilən süd və turşu məhsulları, o cümlədən ət və ət məhsullarının satışı sahələrində fəaliyyətin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.

    Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, bu satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidirlər.

    Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri barəsində ən sərt tədbirlər görüləcək.

  • Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı

    Britaniya hakimiyyətinin Rusiya hərbi attaşesini ölkədən çıxarmaq və rusiyalılar üçün diplomatik vizaların alınması qaydalarını sərtləşdirmək niyyətini bəyan etməsindən sonra Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Britaniya XİN-in yaydığı bəyanatda bildirilib.

    “Bu gün görülən tədbirlər barədə məlumat vermək və Londonun Rusiyanın bu cür hərəkətlərinə dözməyəcəyini bir daha bəyan etmək üçün Birləşmiş Krallıq Rusiya səfirini nazirliyə çağırıb”, – deyə sənəddə qeyd edilib.

    London Rusiya xüsusi xidmət orqanlarından kəşfiyyat məlumatları toplamaqda və krallıq ərazisində təxribat fəaliyyəti həyata keçirməkdə şübhələnir.

    Mənbə: TASS

  • Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı

    Britaniya hakimiyyətinin Rusiya hərbi attaşesini ölkədən çıxarmaq və rusiyalılar üçün diplomatik vizaların alınması qaydalarını sərtləşdirmək niyyətini bəyan etməsindən sonra Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Britaniya XİN-in yaydığı bəyanatda bildirilib.

    “Bu gün görülən tədbirlər barədə məlumat vermək və Londonun Rusiyanın bu cür hərəkətlərinə dözməyəcəyini bir daha bəyan etmək üçün Birləşmiş Krallıq Rusiya səfirini nazirliyə çağırıb”, – deyə sənəddə qeyd edilib.

    London Rusiya xüsusi xidmət orqanlarından kəşfiyyat məlumatları toplamaqda və krallıq ərazisində təxribat fəaliyyəti həyata keçirməkdə şübhələnir.

    Mənbə: TASS