Month: May 2024

  • Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”

    “Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Prezidenti Rumen Radev söyləyib.

    “2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi”, – deyə Prezident Radev əlavə edib.

  • Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb – FOTO

    Mayın 8-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

    Görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.

    Həmçinin Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti qeyd olunub

    Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

    Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  • Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

    9 May – Faşizm üzərində Qələbə Günündə paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə AYDA məlumat yayıb.

    Qeyd edək ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır.

    Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.

  • Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər

    Mayın 8-də səhər tezdən Günəşdə iki güclü partlayış baş verib.

    Partlayışların gücü X sinfində 1,0 bal olub ki, bu da ən yüksək dərəcədir. Onlardan biri 51 dəqiqə davam edib.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.

    “Mayın 8-də səhər saatlarında Günəşdə Yerə doğru böyük istilik kütləsinin atılması qeydə alınıb. Günəş kütlələrinin ilkin olaraq Yerə çatması şənbə günü, mayın 11-də gözlənilir”, – deyə o bildirib.

    Boqaçovun sözlərinə görə, partlayışlar səbəbindən həftəsonu G2-G3 gücündə maqnit qasırğaları gözlənilir. Üstəlik, G3 artıq güclü hesab olunur.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalarının gücündən asılı olaraq A, B, C, M və X olmaqla beş sinfə bölünür. Bir qayda olaraq, onlar plazma emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir.

    Mənbə: Gazeta.ru

  • Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”

    “Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.

    Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlətimizin başçısı bildirib:

    “Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq”.

  • Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir – AÇIQLAMA (VİDEO)

    Bakıda kirayə evlərə tələbat artır. Əksər hallarda kirayə götürənlə ev sahibi arasında müqavilə imzalanmır.

    Bu isə bəzən mübahisələrə səbəb olur.

    Əgər ev kirayəsi zamanı notarial qaydada müqavilə bağlanarsa, heç bir problem yaşana bilməz.

    Hüquqşunas Şamil paşayev aztv-yə bildirim ki, evi kirayə verən şəxslər VÖEN açdırmalı, vergi qeydiyyatına durmalı və ödəmə mənbəyindən 14 faiz vergi tutulmalıdır. Bunları etmədikdə, şəxslər barəsində ən azı 40 manat maliyyə sansksiyası nəzərdə tutula bilər.

    Ətraflı süjetdə izləyə bilərsiniz:

  • Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama

    Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.

    Açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirdiyi, müdir səlahiyyətlərini icra etmədiyi bildirilib.

    “Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”, – məlumatda vurğulanıb.

    İdarədən, həmçinin qeyd edilib ki, sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

  • Prezident İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”

    “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

    “Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyalarını ödəyib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Qeyd olunub ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

  • Президенты Ильхам Алиев и Румен Радев выступают с заявлениями для прессы

    8 мая Президент Азербайджанской Республики Ильхам Алиев и президент Республики Болгария Румен Радев выступают с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.