Month: May 2024

  • Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kislovka kəndini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

    Məlumata görə, yaşayış məntəqəsi “Qərb” qoşun qrupunun bölmələri tərəfindən ələ keçirilib.

    Bundan başqa Rusiya Silahlı Qüvvələri Donetskin Novokalinovo kəndini də nəzarətə götürüb. Bu rusiyalı hərbçilərin bir həftə ərzində Donetskdə ələ keçirdikləri üçüncü yaşayış məntəqəsi olub. Bundan əvvəl Oçeretino kəndi, mayın 6-da isə Solovyovo kəndi nəzarətə götürülüb.

    Mənbə: Lenta.ru

  • Армянская церковь – источник всех бед армян – ВИДЕО

    Со времени переселения Российской империей этнических армян в новозавоеванные ею к первой трети XIX века азербайджанские ханства на Южном Кавказе Армянская григорианская церковь с ее католикосами во главе мало удосуживала себя соблюдением четкой грани между сугубо духовной сферой и политикой.

    Об этом говорится в очередном выпуске YouTube-канала Caliber.

    В нем отмечено, что для тех, кто объявил себя священнослужителями этого сомнительного религиозного института, плевым делом считалось отступление от богословия и прямое вмешательство в политическую жизнь общества, нередко ценою нарушения ими основополагающих постулатов христианства, а то и вовсе прямого грехопадения.

    “Учрежденному еще императором Николаем Первым “Третьему отделению Собственной Его Императорского Величества канцелярии” во главе с графом Александром Бенкендорфом, пристально следившему за деятельностью в стране не только различных тайных политических кружков, но и религиозных структур, и не в последнюю очередь за деятельностью Армянской григорианской церкви, было хорошо известно о чертях, которые в большом количестве водились во внешне тихом омуте”, – говорится в выпуске.

    Подробнее – в полной версии сюжета ниже.

  • Erməni kilsəsi – daşnakların bütün bəlalarının mənbəyi – VİDEO

    “XIX əsrin birinci rübündə Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda yeni işğal olunmuş Azərbaycan xanlıqlarına etnik ermənilər köçürüldükdən sonra başda katolikoslar olmaqla erməni Qriqoryan kilsəsi mənəvi sfera ilə siyasət arasında aydın həddi saxlama zəhmətinə girmədi”.

    Bu barədə Caliber.Az “YouTube” kanalındakı növbəti süjetində deyilir.

    Qeyd olunur ki, özlərini bu şübhəli dini institutun ruhanisi elan edənlər üçün çox vaxt xristianlığın fundamental ehkamlarını pozmaq, hətta açıq-aşkar günaha batmaq bahasına dindən yayınmaq və cəmiyyətin siyasi həyatına birbaşa müdaxilə etmək əhəmiyyətsiz bir iş sayılır.

    “İmperator I Nikolay tərəfindən yaradılan və qraf Aleksandr Benkendorfun başçılıq etdiyi, ölkədə nəinki müxtəlif gizli siyasi dairələrin, həm də dini strukturların, o cümlədən erməni Qriqoryan kilsəsinin fəaliyyətini yaxından izləyən Əlahəzrət İmperatorun Şəxsi Dəftərxanasının III Bölməsinə “lal axan sudakı şeytanlar” haqqında yaxşı məlum idi”, – deyə materialda vurğulanıb.

    Ətraflı süjetdə:

  • Peskov Putin və Paşinyanın görüşündən danışdı

    “Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçiriləcək danışıqlar zəruri və gözləniləndir”.

    Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Görüş zəruridir və hər iki tərəfdən gözlənilir”, – deyə o, qarşıdakı danışıqları xarakterizə edib. Qeyd edək ki, daha əvvəl Kreml son vaxtlar Moskva ilə İrəvan arasında problemli məsələlərin yığılıb qaldığını bildirmişdi. Rusiya hakimiyyət orqanları ümid edirlər ki, qarşıdakı danışıqlar bu məsələlərə son qoyulmasına imkan verəcək.

    Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitində sədr kimi iştirak etmək üçün bu gün Moskvaya səfər edib.

    Mənbə: MK.ru

  • ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur

    ABŞ Prezidenti Co Baydenin Çinin ChatGPT kimi süni intellekt sistemlərinin proqram təminatına çıxışını məhdudlaşdırmağı nəzərdən keçirdiyi açıqlanıb.

    Median.Az Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Reuters xəbər agentliyinə danışan mənbələr məlumat verib.

    Məsələ ilə tanış olan üç mənbə bildirib ki, ABŞ Ticarət Departamenti proqram təminatı və məlumatları gizli saxlanılan özəl və ya qapalı mənbəli süni intellekt modellərinin ixracını məhdudlaşdırmaq üçün yeni tənzimləməni nəzərdən keçirir.

    Birləşmiş Ştatlar son iki il ərzində Çinin hərbi məqsədlər üçün ən son texnologiya inkişafını ləngitmək məqsədilə Çinə qabaqcıl süni intellekt çiplərinin ixracını əngəlləmək üçün bir neçə addım atıb.

    ABŞ Ticarət Nazirliyi mövzu ilə bağlı suallara cavab verməyib. Çinin Vaşinqtondakı səfirliyi də sualları hələ cavablandırmayıb.

    Microsoft tərəfindən dəstəklənən OpenAI şirkəti Alphabet-in Google DeepMind və ən güclü qapalı mənbəli süni intellekt modellərini hazırlamış rəqib Anthropic kimi ABŞ-nin süni intellekt nəhənglərinə hökumət nəzarəti olmadan proqram təminatını dünyada hər kəsə satmaqdan heç nə mane olmur.

    Hökumət və özəl sektor tədqiqatçıları ABŞ-nin rəqiblərinin kiberhücumlar və güclü bioloji silahlar istehsal etmək üçün süni intellekt modellərindən istifadə edə biləcəyindən narahatdırlar.
    //azxeber

  • Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Qröningen, Frislandiya, Overeysel, Limburq, Şimali-Brabant, Zelandiya, Drente, Cənubi Hollandiya əyalətlərində, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, Avstriya Respublikasının Yuxarı Avstriya, Ştiriya inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının isə Oreqon, Şimali Dakota və Şimali Karolina ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

    Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

    Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.

    Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.

    Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.

    Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.

  • Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub

    Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə qərar qəbul edib.

    “Report” xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda sabiq generalın cinayət işi üzrə müsadirə olunmuş əmlaklarının bir qisminin geri qaytarılması ilə bağlı məhkəmə qərarından verilən kassasiya protesti təmin edilməyib.

    Qeyd edək ki, sabiq general M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-14-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar.

    İttihamda bildirilir ki, M.Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin, səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib.

    Onların barəsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) və digər maddələr ilə cinayət işi açılıb.

    Cinayət işi üzrə 32 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

    Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakların dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.

  • Üç ildir axtarışda olan qadın həbs edildi

    Üç ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad və soyad şərti) həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.

    Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi ilə yekun ittiham elan edilib.

    Xanım müttəhim iki nəfər həmcinsini cinsi istismara məruz qoymaqda təqsirləndirilib.

    İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

  • Румен Радев: Азербайджан играет важную роль в диверсификации газоснабжения Болгарии

    Азербайджан стал для Болгарии важным, решающим партнером в энергетической сфере и играет важную роль в диверсификации газоснабжения нашей страны.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент Болгарии Румен Радев в заявлении для прессы по итогам встречи с Президентом Азербайджана Ильхамом Алиевым.

    “Осенью 2022 года с участием Президента Алиева в городе София мы приступили к использованию газовой сети между Грецией и Болгарией и, таким образом, Южный газовый коридор соединился с Центральной и Восточной Европой”, – добавил глава болгарского государства.